Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-675/2024 08.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1986-cı ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, Lənkəran rayonu, Kosalar kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Lənkəran Şəhər Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs etibarnamə ilə idarə etdiyi VAZ-21015 markalı **-CJ-*** nömrəli avtomaşınla Kosalar kənd orta məktəbin yaxınlığında hərəkətdə olarkən avtomaşının sağ qapı tərəfi X3 dəymiş və avtomaşın yolun sol kənarına çıxaraq dirəyə çırpılmışdır. Hadisə nəticəsində X1 qısa müddətdə pozulmasına səbəb olan Yüngül zərər vurmaya aid xəsarət almışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib olunmuşdur. Məhkəmə baxışı zamanı Şəxs izahatında qeyd etdi ki, xx.xx.2024-cü il tarixdə saat 16:30 radələrində idarə etdiyi VAZ 21154 markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı qardaşı X5 məxsus avtomaşınla qardaşı oğlu X6 kənd bağçasından götürmək üçün Kosalar kənd yolu ilə hərəkətə başlamışdır. Kosalar kənd natamam orta məktəbinə çatmamış, təxminən 200 metr qabaqda, yolun sağ tərəfində 3-4 nəfər qadının onunla eyni istiqamətdə piyada hərəkətdə olduqlarını görmüşdür. Avtomobili 50-60 km/saat sürətlə idarə etmişdir. Həmin şəxslərə çatmağa 10 metr qalmış Təranə Bəşirova qaçaraq onun yoluna çıxmış, dərhal əyləci basıb avtomobili sol tərəfə qaçırmışdır. Onun avtomobili sola döndərməsi ilə eyni vaxtda avtomobilinin sağ qapı və yaxud da güzgü hissəsi piyadaya dəymiş və yolun sol kənarına çıxıb orada olan dirəyə çırpılmışdır. Bundan sonra avtomobildən düşüb həmin qadına yardım göstərmiş və təcili tibbi yardım çağırmışdır. Təcili tibbi yardım gəldikdən sonra o, Təranə Bəşirovanı təcili tibb yardım avtomobili ilə yola salmış və öz avtomaşını ilə həmin avtomaşının arxasınca xəstəxanaya getmişdir. Xəstəxanada da Təranə Bəşirovanın müalicəsi ilə maraqlanmış, onun bütün müalicə və digər xərclərini ödəmişdir. Etdiyi əməldən səmimi peşman olduğunu bildirdi və məhkəmədən barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında icraatı aparan orqan – Lənkəran Şəhər Rayon Polis Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq həmin orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə həmin inzibati orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 24 aprel 2024-cü il tarixli qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 363 nömrəli rəyindən görünür ki, X2 bədəni üzərində - baş beyin silkələnməsi, başın ənsə nahiyəsində əzilmiş yara, sol təpəənsə nahiyəsində kəskin dərialtı subfasial hematoma aşkar edilmişdir. Qeyd olunan xəsarət küt travma nəticəsində törənmişdir, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə hərəkətdə olan minik avtomaşının qabarıq hissəsi ilə piyadanın vurulması nəticəsində əmələ gələ bilərdi və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Həmin qərar əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tənbeh tədbirinin görülməsi üçün qərarın aidiyyəti üzrə Lənkəran ŞRPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, yaşını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə işin hallarını, Şəxs şəxsiyyətini, yaşını nəzərə alaraq, hesab edir ki, A.F.Nurizadəyə cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində cərimə tətbiq edilsin. BD seriyalı, 409547 nömrəli sürcülük vəsiqəsi Şəxs qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(049)-675/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-675/2024
08.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver