Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-676/2024 12.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 1949-cu ildə Lənkəran rayonu Səpnəkəran kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Lənkəran rayonu, Səpnəkəran kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Şəhər-Rayon Polis Şöbəsi tərəfindən məhkəməyə təqdim olunmuş 12 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 2023-cü ilin mart ayında Lənkəran rayonu, Şiləvar kənd sakini Zərərçəkmiş şəxs məhkəmədə olan mülki iddiası ilə bağlı məhkəmənin qarşısında ondan 350 manat pul alaraq vədinə əməl etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək göstərdi ki, hüquqi savadı olmayan şəxslərə məhkəmədə iddia ərizələrinin yazılmasına köməklik edir. 2023-cü ilin mart ayında tanışı Şahid2 vasitəsilə bir qadın ona zəng edərək ağlamış, məhkəmədə mülki işlə bağlı ona köməklik göstərilməsini xahiş etmişdir. Telefon danışığı zamanı qadın Lənkəran rayon məhkəməsinin qarşısında olduğunu bildirdiyi üçün o da məhkəmənin binasının qarşısındakı parka gəlmişdir. Şahid2 telefonda onunla danışan qadının Zərərçəkmiş şəxs olduğunu bildirib onları tanış edib uzaqlaşmışdır. O, dostu Şahid1 və Zərərçəkmiş şəxs parkın yaxınlığındakı çayxanada əyləşmişlər. Söhbət əsnasında Zərərçəkmiş şəxs mənzil mübahisəsi olduğunu öyrənmiş, müvafiq qeydlər götürərək iddia ərizəsinin verilməsi üçün pul lazım olduğunu bildirdikdə Zərərçəkmiş şəxs ona 300 manat pul vermişdir. O, Zərərçəkmiş şəxs verdiyi pul əskinaslarından 100 manatını ona qaytarıb həmin pulun əvəzinə iki ədəd 50 manatlıq pul əskinasını ona gətirməsini xahiş etmiş, Zərərçəkmiş şəxs da iki ədəd 50 manatlıq əskinası ona gətirəndə o, 1 ədəd 50 manatlıq əskinası onun özünə qaytarmışdır. O, Zərərçəkmiş şəxs cəmi 250 manat pul almış, həmin pulun 100 manatının iddia ərizəsi verilməsi üçün dövlət rüsumu ödəniləcəyini, 150 manatının isə iddia ərizəsinin tərtib edilməsi üçün vəkilə verəcəyini bildirmişdir. O, dostu Şahid1 və Zərərçəkmiş şəxs “Kapitalbank”ın Lənkəran filialına yaxınlaşaraq 100 manat dövlət rüsumu ödəmiş, qəbzi özündə saxlamış, daha sonra 150 manat pulu isə vəkilə vermişdir. Tərtib edilmiş iddia ərizəsində çatışmazlıqlar olduğundan 4 dəfə məhkəmə tərəfindən geri qaytarılmışdır. Bundan sonra Zərərçəkmiş şəxs ondan şikayətlər etməyə başlamış, ona cəmi 250 manat verdiyi halda, 485 manat pulun qaytarılmasını tələb etmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 10 mart 2024-cü il tarixli qərarda izahatında Zərərçəkmiş şəxs 350 manat aldığı qeyd edilsə də, həqiqətdə o, Zərərçəkmiş şəxs cəmi 250 manat pul almış, həmin pulun 100 manat hissəsi dövlət rüsumu kimi ödənilərək iddia ərizəsinə əlavə edilmiş, 150 manat hissəsi isə vəkil verilmişdir. Barəsində iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, mənzil mübahisəsi ilə bağlı məhkəmədə qaldırılacaq iddia ilə bağlı köməklik göstərilməsindən ötrü tanışı Şahid2 vasitəsilə Şəxs ilə tanış olmuşdur. Mülki işin məhkəmədə həll edilməsi üçün ilk dəfə 2023cü ilin mart ayında məhkəmənin qarşısındakı parkda Şəxs ondan 250 manat almış, həmin vaxt yanlarında heç kəs olmamışdır. Bundan qısa müddət sonra ikinci dəfə 235 manat pulu Şəxs ondan almışdır. Həmin vaxt Şəxs tanışı Şahid1 onların yanında olmuşdur. Tərtib edilmiş iddia ərizəsində çatışmazlıqlar olduğundan 4 dəfə məhkəmə tərəfindən geri qaytarılmışdır. Lakin qaytarılma səbəbi dövlət rüsumunun ödənilməməsi ilə bağlı olmamış, iddia ərizəsinə 100 manat dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz əlavə edilmişdir. Şəxs onun tərəf olduğu mülki işə köməklik göstərəcəyi vədi ilə ondan ümumilikdə 485 manat məbləğində pul alsa da, heç bir müsbət nəticə əldə etməmiş, verdiyi pulu isə ondan ala bilməmişdir. Şəxs ondan aldığı 485 manat pulun geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında göstərdi ki, 2023-cü ilin mart ayında Şəxs ilə görüşmək üçün Lənkəran rayon məhkəməsinin qarşısındakı parkda yerləşən çayxanaya gəlmişdir. Həmin vaxt Şəxs yanında Şahid2 və sonradan tanıdığı Zərərçəkmiş şəxs olmuşdur. Daha sonra Şahid2 ordan getmişdir. Söhbət əsnasında Zərərçəkmiş şəxs mənzil mübahisəsi olduğunu öyrənmiş, Şəxs müvafiq qeydlər götürərək iddia ərizəsinin verilməsi üçün pul lazım olduğunu bildirdikdə Zərərçəkmiş şəxs ona 300 manat pul vermişdir. Şəxs Zərərçəkmiş şəxs verdiyi pul əskinaslarından 100 manatını ona qaytarıb həmin pulun əvəzinə iki ədəd 50 manatlıq pul əskinasını ona gətirməsini xahiş etmiş, Zərərçəkmiş şəxs da iki ədəd 50 manatlıq əskinası ona gətirəndə o, 1 ədəd 50 manatlıq əskinası onun özünə qaytarmışdır. O, Zərərçəkmiş şəxs cəmi 250 manat pul almış, həmin pulun 100 manatının iddia ərizəsi verilməsi üçün dövlət rüsumu ödəniləcəyini, 150 manatının isə iddia ərizəsinin tərtib edilməsi üçün vəkilə verəcəyini bildirmişdir. Şəxs o və Zərərçəkmiş şəxs birlikdə “Kapitalbank”ın Lənkəran filialına yaxınlaşaraq 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahatında göstərdi ki, taksi sürücüsüdür. 2023-cü ilin mart ayında Zərərçəkmiş şəxs məhkəmədə mülki işlə bağlı mübahisəsi olduğunu öyrənib onu Şəxs ilə tanış etmiş, üçü birlikdə Lənkəran rayon məhkəməsinin qarşısındakı parkda yerləşən çayxanada görüşmüşlər. Söhbət əsnasında Şəxs Zərərçəkmiş şəxs köməklik edəcəyini bildirmişdir. Daha sonra o parkın ərazisini tərk etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs özünü təqsirli bilməsə də, onun müvafiq inzibati xətanı törətməsi faktı zərərçəkmiş şəxs və şahidlərin izahatları ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. İş materiallarında olan: Şəxs adına olan sosial arayışdan görünür ki, o, ikinci dərəcə gözdən əlildir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 10 mart 2024-cü il tarixli qərardan görünür ki, Şəxs Zərərçəkmiş şəxs sonuncunun tərəf olacağı mülki işə məhkəmədə köməklik göstərilməsi vədi ilə ondan 350 manat pul almışdır. Göstərilənlərə əsasən belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi mövcuddur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs 2023-cü ilin mart ayında Zərərçəkmiş şəxs 150 manat pulunu dələduzluq yolu ilə talamışdır. Ona görə də o, həmin maddə ilə təqsirli bilinməlidir. Həmçinin qeyd olunur ki, Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən, “Cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər”. İş materiallarından görünür ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsi tərəfindən tərtib olunmuş 12 iyul 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd edilən inzibati xəta hadisəsi 2023-cü ilin mart ayında törədilmişdir. İş materiallarına əlavə edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar 10 mart 2024-cü il tarixdə qəbul edilmişdir. Hazırki inzibati xəta haqqında material məhkəməyə 12 iyul 2024-cü il tarixdə təqdim olunub. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 mart 2022-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə görə Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsində əks olunmuş mütənasiblik prinsipinə uyğun olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində göstərilən hallarda inzibati məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 38.1 və 38.2-ci maddələrinin müddəaları nəzərə alınmaqla müəyyən edilməli və inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən bir ildən artıq olmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs İXM-nin 227-ci maddəsi ilə istinad olunan əməl 2023-cü ilin mart ayında törədilmişdir. Başqa sözlə həmin inzibati xətanın törədilməsindən artıq bir il ötmüşdür. Azərbaycan Respublikası İXM-nin 53.1.6-cı maddəsinə əsasən «inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Eyni Məcəllənin 105.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir». İşin faktik hallarını və qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinməli, lakin həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyinə görə eyni Məcəllənin 53.1.6-cı maddəsinə əsasən hazırkı inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №3(049)-676/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-676/2024
12.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver