Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-677/2022 20.07.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi, İbrahimov Elvin Telman oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs: Lənkəran Rayon Polis Şöbəsinin X8 polis sahə rəisi X6, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə, 02 aprel 1964-cü il tarixdə Lənkəran rayon, Boladi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Lənkəran rayon, Boladi kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər Rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər Rayon Polis Şöbəsinin 20 iyul 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərardadı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün inzibati təhbeh tədbiri tətbiq olunması üçün material məhkəməyə göndərilmişdir. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin 20 iyul 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, Şəxs 19 iyul 2022-ci il tarixdə, saat 22 radələrində Lənkəran rayonu, Boladi kəndində ictimai qaydanı pozaraq polisin qanuni tələblərinin qəsdən tabe olmamışdır. Bununla da, Şəxs tərəfindən İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş X6 göstərdi ki, Lənkəran Rayon Polis Şöbəsinin X8 polis sahə rəisi vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə X8 əməliyyat istintaq qrupunda xidmətdə olduğu zaman X11 Boladi kəndindən çağırış olmuş, o, sahə polis nəfəri Vaqif Məmiyev və sürücü polis nəfəri Ruslan Bəşirovla birlikdə hadisə yerinə getmişlər. Qeyd olunan ünvana çatdıqda bir nəfər şəxsin, Zərərçəkmiş şəxs adlı şəxsin işlədiyi Boladi kəndində yerləşən marketin qarşısında küçədə nalayiq ifadələrlə təhqir etdiyinin şahidi olmuşlar. Bu zaman onlar həmin şəxsi dəfələrlə nizam intizama dəvət etsələr də, həmin şəxs onlara məhəl qoymamış, əksinə onları da təhqir etmişdir. Onlar həmin şəxsin içkili olduğunu görüb xidməti avtomobilə dəvət etsələr də, həmin şəxs onların üzərinə hücüm etmiş, təhqir etmiş və heç bir yerə getməyəcəyini bildirmişdir. Həmin şəxsin qəsdən tabesizlik göstərərək yenidən həmin hərəkətlərinə davam etdiyini görüb həmin şəxsi xidməti avtomobilə əyləşdirib polis bölməsinə aparmışlar. Polis Bölməsində həmin şəxsin Lənkəran rayon, Boladi kənd sakini Şəxs olduğu müəyyən olunmuş, bundan sonra müvafiq olaraq sərxoşluğu müyyən edilməsi üçün tibbi müayinəyə göndərilmiş və sərxoş olduğu müəyyən edilmişdir. Şəxs bütün gecə boyu onları təhqir etməyə davam etmiş ayıldıqdan sonra müvafiq izahatı alınaraq materiala əlavə edilmişir. Lakin Şəxs nə vaxt ayılması konkret vaxt olaraq yadında deyil. Qeyd edilənlər nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü tam təqsirli bilərək göstərdi ki, hadisə günü o, şənlikdə iştirak etmiş və spirtili içki olan araq qəbul etmişdir. Spirtli içkinin miqdarı yadında qalmamışdır. Hadisənin necə baş verməsini xatırlamır, zərərçəkmiş şəxs və polis əməkdaşlarını təhqir etdiyi yadında deyil, əməlindən peşmandır. Göstərilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Lənkəran rayon, Boladi kəndində ərzaq mağazaı işlətməkdə fərdi sahibkarlıqla məşğuldur. 19 iyul 2022-ci il tarixdə, saat 22:30 radələrində azyaşlı qızı ilə mağazada olan zaman əvvəllər tanımadığı və heç bir münasibəti olmadığı bir nəfər şəxs mağazaya daxil olaraq anidən onun ünvanına təhqiramiz ifadələr işlətməyə başlamış, onun, ailəsinin, qızınn ünvanına söyüşlər söymüşdür. O, dərhal bu barədə polisə məlumat vermişdir. Polis əməkdaşları hadisə yerinə gəlib həmin şəxsi polisin xidməti avtomobilinə əyləşdirmək istəyərkən o, polis əməkdaşlarının ünvanına söyüşlər söymüş, polis əməkdaşları ilə mübahisə edib onlara tabe olmayaraq avtomobilə əyləşmək istəmişdir. Sonradan həmin şəxs polis bölməsinə aparılmış və orada ona məlum olmuşdur ki, həmin şəxs Lənkəran rayon, Boladi kənd sakini Şəxsdur. Hesab edir ki, əvvəllər heç bir münasibəti olmadığı Şəxs onu azyaşlı qızının yanında söyməsi qəbuledilməz haldır və buna görə də məhkəmədən Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X4 izahatında göstərdi ki, Lənkəran Şəhər Rayon Polis X9 Bölməsində sürücü vəzifəsində, polis serjantı rütbəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə Liman polis bölməsində xidmətdə olduğu zaman X11 Boladi kəndindən çağırış olmuş, o, sahə polis nəfəri Vaqif Məmiyev və sahə rəisi Toğrul Əzizli birlikdə hadisə yerinə getmişlər. Qeyd olunan ünvana çatdıqda bir nəfər şəxsin, Boladi kəndində yerləşən marketin qarşısında küçədə nalayiq ifadələr işlətdiyinin şahidi olmuşlar. Bu zaman onlar həmin şəxsi dəfələrlə nizam intizama dəvət etsələr də, həmin şəxs onlara məhəl qoymamış, əksinə onları da təhqir etmişdir. Onlar həmin şəxsi xidməti avtomobilə dəvət etsələr də, həmin şəxs onların üzərinə hücüm etmiş, təhqir etmişdir. Həmin şəxsin qəsdən tabesizlik göstərərək yenidən həmin hərəkətlərinə davam etdiyini görüb həmin şəxsi xidməti avtomobilə əyləşdirib polis bölməsinə aparmışlar. Polis Bölməsində həmin şəxsin Lənkəran rayon, Boladi kənd sakini Şəxs olduğu müəyyən olunmuşdur. Şəxs hadisə vaxtı sərxoş olmuş, onun nə zaman ayılması haqqında məlumatı yoxdur. Şəxs onların üzərinə hücüm etsə də, heç bir xəsarət yetirməmiş, onları dayanmadan söymüşdür. Məhkəmə iclasında iştirak edən şahid X5 da eyni məzmunlu izahat verərək göstərdi ki, Lənkəran Şəhər Rayon Polis X9 Bölməsində polis nəfəri vəzifəsində, polis serjantı rütbəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə, saat 22.30 radələrində Liman polis bölməsində xidmətdə olduğu zaman polis bölməsinə Boladi kəndindən çağırış olmuş, o, sahə polis nəfəri Ruslan Bəşirov və sahə rəisi Toğrul Əzizli birlikdə hadisə yerinə getmişlər. Qeyd olunan ünvana çatdıqda bir nəfər şəxsin, Boladi kəndində yerləşən marketin qarşısında küçədə nalayiq ifadələr işlətdiyinin şahidi olmuşlar. Bu zaman onlar həmin şəxsi dəfələrlə nizam intizama dəvət etsələr də, həmin şəxs onlara məhəl qoymamış, əksinə onları da təhqir etmişdir. Həmin şəxsin qəsdən tabesizlik göstərərək yenidən həmin hərəkətlərinə davam etdiyini görüb həmin şəxsi xidməti avtomobilə əyləşdirib polis bölməsinə aparmışlar. Polis Bölməsində həmin şəxsin Lənkəran rayon, Boladi kənd sakini Şəxs olduğu müəyyən olunmuşdur. Şəxs hadisə vaxtı sərxoş olmuş, onun nə zaman ayılması haqqında məlumatı yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Lənkəran Rayon Polis Şöbəsinin X8 polis sahə rəisi, polis kapitanı X2 Polis Bölməsinin rəhbərliyinə ünvanladığı 20 iyul 2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə X8 əməliyyat istintaq qrupunda xidmətdə olduğu zaman X11 Boladi kəndindən çağırış olmuş. Polis nəfəri, polis baş serjantı Vaqif Məmiyev və sürücü polis nəfəri, polis serjantı Ruslan Bəşirovla birlikdə hadisə yerinə getmiş. Qeyd olunan ünvana çatanda bir nəfər şəxsin, vətəndaş Zərərçəkmiş şəxs adlı şəxsin işlədiyi Boladi kəndində yerləşən marketin qarşısında küçədə nalayiq ifadələrlə təhqir etdiyinin şahidi olmuş. Bu zaman həmin şəxsi dəfələrlə nizam intizama dəvət etsə də, onların qanuni tələblərinə qəsdən tabesizlik göstərərək yenidən həmin hərəkətlərinə davam etdi. Onu bu zaman X11 gətirmişlər. Polis bölməsində məlum oldu ki, həmin şəxs Boladi kənd sakini 1963-cü il təvəllüdlü Şəxsdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş X8 rəhbərliyinə ünvanlanmış Məlumatdan görünür ki, X8 məsul növbətçisi, polis mayoru Ənvər Ağayev rəhbərliyə məlumat vermişdir ki, 19 iyul 2022-ci il tarixdə, saat 22.30 radələrində X11 050 307-00-19 nömrəli telefonla Zərərçəkmiş şəxs zəng vuraraq ona məxsus Boladi kəndində yerləşən ərzaq dükanının qarşısında Bədəl adlı şəxsin dayanmadan küçə söyüşləri söydüyü üçün həmin ünvana polisin gəlməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 201 nömrəli, 20 iyul 2022-ci il tarixli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, 20 iyul 2022-ci il tarixdə, saat 02.30-da müayinə vaxtından Şəxs orta dərəcəli (2,21%) alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabelyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X1 20 iyul 2022-ci il tarixli, **********9 nömrəli məktubundan görünür ki, Şəxs heç bir növ pensiya və müavinət almır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla öz təsdiqini tapmışdır. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, ...cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi (köhnə redaksiyada) ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 19 iyul 2022-ci il tarixdə, saat 22.30 radələrində ictimai yer hesab olunan Boladi kəndində ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək sərxoş halda nalayiq ifadələr işlətmiş, həmçinin zərərçəkmiş şəxsə və polis əməkdaşlarına qarşı söyüşlər işlətmiş, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirmiş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verməklə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Həmin hal polis əməkdaşlarının izahatlaı ilə yanaşı məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin izahatı ilə də tam təsdiq olunmuşdur. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində həmçinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin də olması barədə nəticəyə gəlməyə əsas verir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-nin 32-ci maddəsinə əsasən Şəxs özünü təqsirli bilərək əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İXM-nin 33-cü maddəsinə əsasən Şəxs səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi və inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi onun məsuliyyətini ağırlaşdıran hallardır. İXM-nin 3, 4, 6.1, 9.1, 12.1 və 21-ci maddələrinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, işin faktiki hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, törədilən inzibati xətalara görə şəxsin daha ciddi xəta ilə bağlı sanksiya çərçivəsində tənbeh edilməli olduğunu nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində İXMin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbet tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Məhkəmə, Şəxs həbsdə saxlama müddətinin əvvəlinin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, materiala şəxsin barəsində inzibati qaydada tutma haqqında protokol əlavə edilməmişdir. Lakin iş materiallarından aydın olur ki, şəxs polis əməkdaşları tərəfindən 20 iyul 2022-ci il tarixdə X11 gətirilmişdir. Eyni zamanda, yuxarıda şərh olunan tibbi müayinə protokolundan görünür ki, şəxsin 20 iyul 2022-ci il tarixdə, saat 02.30-da alkoqol vəziyyətinin yoxlaması barədə müayindən keçirilmişdir. Yəni şəxs polis tərəfindən saxlanılmış, xidməti avtomobilə mindirilmiş, polis bölməsinə və oradan isə tibbi müayinəyə gətirilmişdir. Yəni, şəxs tibbi müayinəyə gətirilərkən artıq polis tərəfindən azadlığı məhdudlaşdırılmışdır. İXM-nin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Lakin indiki halda şəxsin nəvaxt ayılması məhkəməyə aydın olmadığı üçün məhkəmə hesab edir ki, şəxsin inzibati tutma müddətinin əvvəli, faktiki olaraq azadlığının məhdudlaşdırıldığı 20 iyul 2022-ci il tarixdən, saat 00.00-dan hesab edilməlidir. Məhkəmə, bu qənaətə gələrkən “İnsan hüquqları və Azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 5-ci maddəsinin 3.5-ci bəndlərini rəhbər tutmuşdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə Vəkil məhkəmədə iştirak etdiyi 3 (üç) saata görə 18 (on səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Lənkəran Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 34.3, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1, 510 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbs müddətinin əvvəli 20 iyul 2022-ci tarixdən, saat 00.00-dan hesablansın. Şəxs oğlu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər Rayon Şöbəsinə həvalə edilsin. Şəxs göstərilmiş hüquqi xidmətə görə Vəkil 3 (üç) saata görə 18 (on səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Lənkəran Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-677/2022
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-677/2022
20.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver