Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-678/2024 15.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi X3- inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X1 Sumqayıt şəhər DYPŞ-nin YPX-nin inspektorunun TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti nəzərdən keçirib m ü ə y y ə n e t d i m: ünvan 1 ünvanda yaşayan X2 məhkəməyə şikayətlə müraciət edərək Sumqayıt şəhər DYPŞ-nin Yol Patrıd Xidmətinin İnispektoru polis serjantı X4 ona məxsus **-NU-*** qeydiyyat nişanlı avomobilinə adiyəti olmayan Nicat adlı şəxs barəsində tətbiq etdiyi TP6598580 saylı inzibati tənbeh vermə haqqında Qərarın və barəsində tətbiq etdiyi TP6598594 saylı inzibati tənbeh vermə haqqında Qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Göründüyü kimi, şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətin geri qaytarılması İXM-də nəzərdə tutulmamışdır. Bununla yanaşı şikayəti nəzərdən keçirib hesab edirəm ki, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.0.10 və 1.0.11-ci maddələrinin məzmununa görə qanunun analogiyası dedikdə, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiq edilməsi, hüququn analogiyası dedikdə isə yalnız konkret ictimai münasibətləri deyil, həm də oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə qanunvericiliyin məğzinin, hüququn ümumi prinsiplərinin və ya hüququn konkret sahələrinə aid prinsiplərin tətbiq edilməsi başa düşülür. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinin məzmununa görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsindən ibarət olduğundan və bu qanunvericilikdə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin geri qaytarılması nəzərdə tutulmadığından məhkəmə hesab edir ki, hazırki işdə hüququn analogiyasından istifadə olunmaqla oxşar ictimai münasibətləri tənzimləyən Mülki Prosessual Məcəlləsinin (MPMnin) normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hesab edirəm ki, X2 şikayət üçün nəzərdə tutulmuş məzmuna riayət etməmişdir. Belə ki:
1. O, şikayətində özünü düzgün olaraq “Şikayətçi” kimi göstərsə də, səhvə yol verərək inzibati qərarı vermiş orqanı “Cavabdeh” kimi göstərmişdir. Cavabdeh mülki işlər üzrə tərəfdir. Şikayət isə inzibati qərardan verilmişdir.
2. Onun şikayətinin məzmunundan onun Sumqayıt şəhər DYPŞ-nin Yol Patrul Xidmətinin İnispektoru polis serjantı X4 qərarından şikayət etdiyi müəyyən olunsa da, şikayətinin giriş hissəsində qərarından şikayət etdiyi orqanın adını Bakı şəhəri, Nərimanov RPİ-nin YPŞ-i kimi göstərmişdir.
3. O, özünə aid olmayan və Nicat adlı şəxs barəsində tərtib edilmiş qərarın da ləğv edilməsini xahiş edir. Halbuki, onun belə bir şikayətlə müraciət etməyə subyektiv hüququ yoxdur.
4. O, özü barəsində tərtib edilmiş TP6598594 saylı inzibati tənbeh vermə haqqında Qərarın ləğv edilməsini xahiş etsə də, tələb hissəsində həmin qərarın tarixini göstərməmişdir. Onu da qeyd edim ki, şikayət bir sıra qramatik səhvlərlə yazılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq,
qəraraaldım:
X1 Sumqayıt şəhər DYPŞ-nin YPX-nin TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
X7