Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-679/2025 29.09.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi X5 iclas katibliyi, Azərbaycan Dövlət Su X4 Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Xidməti 5 saylı X2 İdarəsinin nümayəndəsi X1 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1992-ci ildə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Lənkəran rayonu, Rvo kəndində qeydiyyatda olan və həmin qəsəbədə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 264.0.3-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi tərəfində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Lənkəran Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə qeyd edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixində "Lənkəran çayının Lüvəsər kəndi ərazisində keçən hisəsində qazıntı işlərinin aparlması və qum-çıngıl materiallarının ərazidən daşınması qadağan olunmuş Azərbaycan Dövlət Su X4 Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Xidməti 5 saylı X2 İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş orqan Azərbaycan Dövlət Su X4 Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Xidməti 5 saylı X2 İdarəsinin nümayəndəsi X3 inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin məzmununa uyğun izahat verərək Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda qeyd edilən inzibati xətanı törətməkdə özünü təqsirli bilərək, izahatında bildirdi ki, ona məxsus olan ekskavator vardır və həmin ekskavatorla fərdi qaydada işlər taparaq fəaliyyət göstərir. 28 avqust 2025-ci il tarixdə Lənkəran rayonu Lüvəsər kəndinə gedərək, həmin kənddə çayın kənarından daş süxurları idarə etdiyi ekskavatorla Kamaz markalı avtomaşına yükləməyə başlamışdır. Bu zaman əraziyə Su İdarəsinin əməkdaşları gəlmişlər və onun barəsində protokol tərtib etmişlər. Süxurları yüklədiyi yer çayın su olan ərazisindən 15 metr aralıda yerləşmişdir. Etdiyi əməldən peşmandır. Barəsində ənyüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Şəxs İXM-nin 264.0.3-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış: Suların İstifadəsinə və X6 Xidmətinin 5 saylı Lənkəran- X8nin əməkdaşları tərəfindən tərtib edilmiş 001038 saylı aktda qeyd edilmişdir ki, 25 avqust 2025-ci il tarixdə Lənkəran çayının Lüvəsər ərazisindən keçən hissəsində çayın mühafizə zonasından təkərli Ekskovatorun 10 GH 62 qeydiyyat nömrəli Kamaz markalı yük avtomobiinə qarışıq suxur yüklənərək daşınması aşkar edilmişdir. Araşdırma zamanı təkərli ekskovatorun Rvo kənd sakini Şəxs aid olduğu müəyyən olundu. Bununla da Azərbaycan Respublikasın su Məcəlləsinin 103-cü maddəsinin 20-ci abzasına (su mühafizə zonalarına və sahil müu j.aqlarına riayət etmədikdə) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 mart 2000-ci il tarixli 56 saylı Qərarı ilə təsdiq edilmiş "Su mühafizə zolaqlarının,onların sahil mühafizə zolaqlarının ,ölçülərinin,sərhədlərinin və istifadəsinin müəyyən edilməsi qaydalarının pozulması tələblərinə uyğun olaraq,bununla bağlı barənizdə 25 avqust 2025ci il tarixli MN ******* nömrəli protokol tərtib olunmuşdur. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən də Şəxs qeyd edilən inzibati xətanı törətdiyi müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.3. maddəsinə əsasən, su mühafizəsi zonaları və sahil mühafizə zolaqları ilə bağlı Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət edilməməsinə içazəsiz qazılmasına görə-fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs etdiyi əməli səmimi etiraf etməsi və etdiyi əməldən səmimi peşmançılığı məhkəmə tərəfindən onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirilir. Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində İXM-nin 264.0.3.-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 600 (altı yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(049)-679/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-679/2025
29.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver