Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-682/2025 06.01.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, Lənkəran Şəhər Rayon X14 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis leytenantı X3 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşağı olan, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan. FİN: xxxxxxx Şəxs barəsində Lənkəran ŞRPŞ tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq və İXM-nin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə müəyyən etdi : Lənkəran Şəhər Rayon X14 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis leytenantı X3 tərtib etdiyi 18 sentyabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, Lənkəran şəhəri Qala Xiyabanında yerləşən 042 Çay Evi obyektinin sahibi Zərərçəkmiş şəxslə mübahisə edib müştərilərin qarşısında ictimai qaydanı pozmuş və sonradan polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu əməlləri ilə o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Lənkəran Rayon Məhkəməsinin 3(049)-682/2025 saylı, 18 sentyabr 2025-ci il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 5 (beş gün) müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilmiş və həbsetmənin əvvəlinin xx.xx.2025-ci il tarixdən saat 23:35-dən hesablanması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3(106)-592/2025 saylı, 14 oktyabr 2025-ci il tarixli qərarı ilə Şəxs apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin 18 sentyabr 2025-ci il tarixli, 3(049)-682/2025 nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə ləğv edilmiş, inzibati xəta haqqında iş üzrə icraat materialları qərarın təsviri-əsaslandırıcı hissəsində sadalanan halların araşdırılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd edilmişdir ki,: “iş materiallarında olan Şəxs tərəfindən yazılan ərizədən görünür ki, müqavilə əsasında müdafiəçi ilə təmin olunmaq hüququndan məhrum edildiyindən dövlət hesabına təyin edilmiş vəkildən imtina edir. Şəxs tərəfindən məhkəməyə təqdim olunan səs yazısından görünür ki, yazıda olan şəxs Əliyev X17 Əliniyazzadədən şikayəti olmadığı ilə bağlı ifadələr işlədir. Apellyasiya məhkəməsi inzibati xəta haqqında iş üzrə icraat materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini tədqiq edərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, Şəxs müdafiə hüququnun pozulduğunu bildirməklə, hadisə baş verən zaman çayxanada olan digər şəxslərin şahid qismində dindirilməsini xahiş edir. Bundan başqa Zərərçəkmiş şəxs iş materiallarında olan ərizəsinin onun tərəfindən tərtib olunmadığını, Zərərçəkmiş şəxs ondan şikayət etmədiyini göstərir. Qeyd olunanları nəzərdən keçirən apellyasiya məhkəməsi belə qənaətə gəlir ki, iş üzrə qanuni və əsaslı qərarın qəbul edilməsi üçün işin bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmalı və qarşılıqlı təhlil edilməli, bundan sonra işin mahiyyəti üzrə yekun nəticəyə gəlinməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs özünün seçdiyi müdafiəçi ilə hüquqlarının qorunması üçün şərait yaradılmalı, məhkəməyə sübutlar təqdim etmək hüququ təmin edilməli, işə baxılarkən inzibati xətalar haqqında qanunvericiliyin müvafiq normalarının tələblərinə riayət olunmalı, daha sonra hazırkı inzibati xəta haqqında iş üzrə araşdırma aparılıb qanuni və əsaslı qərar qəbul edilməlidir.” Lənkəran Rayon Məhkəməsində iş üzrə xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquqları izah edilmiş, ona işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək və dövlət hesabına müdafiəçinin yardımından pulsuz istifadə etmək hüququnun olduğu xüsusilə bildirilmişdir. Şəxs məhkəmə iclasında dövlət hesabına müdafiəçinin yardımından pulsuz istifadədən imtina etmiş, müqavilə əsasında özünün seçdiyi digər müdafiəçinin yardımından istifadə etmək istəmədiyini bildirmiş və məhkəmədə hüquqlarını özü müdafiə edəcəyini bildirmişdir. O, bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında Şəxs məhkəməyə aidiyyəti sübutlar təqdim etməsi təklif edilmiş, o, X20 və X2 məhkəmə iclasında əlavə şahid qismində dindirilmələri barədə vəsatət vermişdir. Şəxs əlavə şahidlərin dindirilməsi barədə vəsatətin təmin edilmişdir. Lənkəran Şəhər Rayon X14 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis leytenantı X8 məhkəmə iclasında iştirak edib, protokolun məzmununa uyğun izahat verərək, əlavə olaraq qeyd etmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 22:30 radələrində Zərərçəkmiş şəxs məxsus 042 çay evinə daxil olaraq orada dönər yemiş və dönərin iyi oradakı müştəriləri narah etdiyi üçün Zərərçəkmiş şəxs Şəxs obyekti tərk etməsini və əlindəki dönəri bayırda yeməsini xahiş etmişdir. Lakin Şəxs Azərə qarşı təhqiedici ifadələr işlətməklə aralarında mübahisə düşmüşdür. Bunu görən polis əməkdaşları Pərvizə yaxınlaşıb iradlarını bildirsələr də, o polis əməkdaşlarının iradına məhəl qoymamışdır. Nəticədə polis əməkdaşları onu saxlayaraq polis şöbəsinə gətirmişlər. Əlavə olaraq verilən sulallara cavab verərək bildirdi ki, Şəxs barəsində inzibati xəta haqqında icraat polis əməkdaşının raportu əsasında başlanmışdır. Şirvan Apellyasiya Məhkəməsində hazırki iş üzrə məhkəmə baxışı zamanı Şəxs özü də ifadəsində bildirmişdir ki, hadisə yerinə əlliyə yaxın şəxs toplaşmışdır. Eyni zamanda polis əməkdaşları hadisə yaxınlaşan zaman oraya çoxlu sayda mülki şəxslər toplaşdığından həmin şəxslərin şəxsiyyətinin müəyyən edilməsi mümkün olmamışdır. O, özü hadisənin biləvasitə şahidi olmamışdır. Qeyd edilən çay evində çoxlu sayda müştəri olur və hadisə olan vaxtda da orada çoxlu sayda müştəri olmuşdur. Həmin vaxt ora polis əməkdaşlarının gəlməsi, Zərərçəkmiş şəxslə mübahisənin baş verməsi, hadisə yerinə kənardan da çoxlu insan kütləsinin toplaşması, polis əməkdaşlarının Şəxs polis şöbəsinə dəvət etmələri halı Şəxs orada xırda xuliqanlıq hərəkətinin etməsinin göstəricisidir. İnzibati xəta haqqında icraat zamanı izahatı alınmış polis əməkdaşlarının qeyd etdiyi xüsusatlardan da Şəxs sonradan polis əməkdaşlarının qanuni tələblərini yerinə yetirmədiyi müəyyən olunur. Qeyd edilənlərə əsasən, Şəxs əməllərində İXM-nin 510 və 535.1-ci maddələrinin tərkibi olduğunu müəyyən edərək şəxs barəsində həmin maddələrə müvafiq olaraq protokol tərtib etmişdir. Odur ki, məhkəmədən şəxsin inzibati məsuliyyətə cəlb edilərək, barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Barəsində inzabati xəta haqqında icraat aparılan şəxs Şəxs tərəfindən məhkəməyə təqdim edilən ərizələrdə aşağıdakı xüsusatlar qeyd edilmişdir: “Polis nəfəri X1 təqdim etdiyi raportda (Zərərçəkmiş şəxs bir nəfər şəxslə uca səslə söyüşlü mübahisə etdiklərini gördük) və şahidlər, polis nəfəri X4 (Zərərçəkmiş şəxs bir nəfər şəxslə uca səslə söyüşlü mübahisə etdiklərini gördük) polis nəfəri X5 (Zərərçəkmiş şəxs bir nəfər şəxslə uca səslə söyüşlü mübahisə etdiklərini gördük), polis İsmayılzadə Sadiq Hicran oğlu (Zərərçəkmiş şəxs bir nəfər şəxslə mübahisə etdiklərini görmüş),ifadələrini işlədmişlər. Raport və şahidlərin izahatından da göründüyü kimi onlar Zərərçəkmiş şəxs mənimlə söyüşlü mübahisə etdiklərini görmüşlər. Şahidlərin izahatı doğrudursa, məhkəmə niyə məni (vəya sadəcə məni) söyüş söyməklə inzibati xətaya cəlb etmiş? Daha sonra hər 3 şahid izahatlarının davamında mış, miş, muş, müş, şəkilçiləri ilə bəzədilmiş nəqli keçmiş zamanda, qaynağı bəlli olmayan sübütlarla izahatlarını davam etmişlər. Yuxarıdakı faktlardan da göründüyü kimi, hər 3 şahid gözləri ilə gördükləri Azərin mənimlə söyüşlü mübahisə etdiyidir (vəya hər ikimizin bir birimizlə). Buna baxmayaraq polis araşdırmasında Zərərçəkmiş şəxs təqsirləndirilmir. Məhkəmə də material ilə zərrə qədər tanış olmadığı üçün, bir insanın qanunsuz həbsi hakim üçün maraqlı olmadığı üçün materialı oxumadan mənim haqqımda qanunsuz və qərəzli həbs qərarı verir (hadisənin qərəzli olmasını aşağıda sübut edəcəiyəm). Halbu ki mən məhkəmə iclasında hakim Elvin Ələsgərova raportda bu şəkildə yazdığını bildirdim, özü şəxslə raportu açıb oxudu və belə tazdığını polislər üçün də təsdiqlədi, ama hərəkətsizliyini davam etdirdi. Bu belə özlüyündə hakimin, səbəbini anlamadığım bir qərəzi olduğunu sübut edir. İsmayılzadə Sadiq məhkəmə ifadəsində bildirir ki; “Həmin vaxt ərazidə xidmət apararkən 042 çay evinin qarşısında səs-küy eşidib hadisə yerinə gəlmiş və orada vətəndaşın çay evinin sahibi Zərərçəkmiş şəxslə əlbəyaxa olduğunu görmüşdür.” İsmayılzadə Sadiq polisdə izahatında Zərərçəkmiş şəxs bir nəfər şəxslə mübahisə (izahatında söyüşlü mübahisə ifadəsi yoxdur, sadəcə mübahisə var) etdiyini, məhkəmədə ifadəsində isə mənim Zərərçəkmiş şəxslə əlbəyaxa olduğumu gördüyünü bildirir. • Hətəmzadə Mirtalıb məhkəmə ifadəsində bildirir ki; “həmin vaxt orada çoxlu adam olduğunu, özünün hadisə yerinə bir qədər gec gəldiyini və orda olduğu müddətdə vətəndaşın söyüş söyməsinin şahidi olmadığını bildirdi.” Hətəmzadə Mirtalıbın polisdə izahatı Azərin mənimlə söyüşlü mübahisə etdiyi, lakin məhkəmədə ifadəsi isə mənim söyüş söymədiyimi bildirməsidir. Baxmayaraq ki, Hətəmzadə Mirtalıb məhkəmədə hadisə yerinə bir qədər gec gəldiyini bildirsə də, izahatında İsmayılzadə Sadiq və Talıbzadə Zəfər ilə birlikdə gəldiyini bildirir. Eyni zamanda İsmayılzadə Sadiq və Talıbzadə Zəfər də öz izahatında onunla birlikdə gəldiklərini bildirir. Burada da görüldüyü kimi şübhələrin cavabdehin xeyrinə həll olması prinsipi ilə Hətəmzadə Mirtalıbın ifadəsi əsas alınmalı idi. Hadisə yerinə digər 2 polislə eyni vaxtda gəldiyini və söyüş eşitmədiyini bildirir. Digər iki şahid o qədər yalançı şahidlik etmiş ki, polisdə izahatında Azərin bir nəfərlə söyüşlü mübahisə etdiyini, məhkəmədə isə artıq əlbəyaxa və tutaşdığımızı bildirirlər. Sanki, hakim Elvin Ələsgərovun məqsədi hər bir halda məni həbs etmək olmuş ki, bu qədər qüsurlu, izahatları diqqətə almamış, ədaləti mühakimənin heçbir prinsiplərinə riayət etməmişdir. Əminliklə söyləyə bilirəm ki, Elvin Ələsgərov Lənkəran polisinin mənim materialımı hazırlanmasında rolu olan əməkdaşlara güvənmiş və material ilə zərrə qədər tanış olmamışdır. Sanki sifarişli həbs üçün məhkəmə iclasına gəlmişdir. Hakim Elvin Ələsgərov iş materialında sadəcə mənim adımı öyrənmişdir. Əgər o material ilə tanış olsaydı, bir vətəndaşın bu qədər bariz qanunsuz həbsinə bir hakim kimi razı ola bilməzdi. Halbuki məhkəmə iclasında mən ona dedim ki, “ Polisin şərrindən məhkəmənin ədalətinə sığınmışam” • Talıbzadə Zəfər məhkəmə ifadəsində bildirir ki; “Həmin gün postda xidmətdə olarkən 042 çay evinin qarşısında səs-küy olduğunu görüb həmin əraziyə yaxınlaşmış və orada vətəndaşın çayxana sahibi ilə tutaşdığını və ona nalayiq söyüşlər söydüyünü görmüşdür.” Talıbzadə Zəfər həm təqdim etdiyi raportda, həm izahatında Zərərçəkmiş şəxs bir nəfər şəxslə söyüşlü mübahisə etdiyini, məhkəmə ifadəsində isə mənim Zərərçəkmiş şəxslə tutaşdığımı bildirir, • Zərərçəkmiş şəxs məhkəmə ifadəsində bildirdi ki; “ Şəxs onu döyməmişdir.” Eyni zamanda məhkəmə qərarda bildirir ki, “Belə ki, adları çəkilən şahidlər hadisə yerinə gəldikləri zaman Şəxs və Zərərçəkmiş şəxs əlbəyaxa olduqlarını bildirsələr də, işin faktiki halıdır ki, həmin polis əməkdaşları hadisə yerinə gəldikdə artıq kənar şəxslər Zərərçəkmiş şəxs oradan kənarlaşdırmışdılar.” Eyni zamanda məhkəmə bildirir “ Göründüyü kimi, şahid izahatları ilə inzibati protokol arasında ziddiyət vardır. Bu ziddiyət də Şəxs xeyrinə həll olunmalıdır.” Maraqlıdır ki, məhkəmə ziddiyyət Pərvizin xeyrinə həll olunmalıdır desə də hansı ziddiyəti mənim xeyrimə həll etmişdir? Hakim Elvin Ələsgərov işin faktiki halı olaraq polislərin gəldiyi zaman Zərərçəkmiş şəxs kənarda olduğu qənaətinə gəlir və bunu fakt olaraq bildirir.Belə bir faktı qəbul edən məhkəmə hansı əsasla mənim günahkar olduğuma qərar verir? Hanı əsasla yalançı şahidlərin izahatı ilə mənim Zərərçəkmiş şəxs söydüyüm qənaətinə gəlmişdir? “Məhkəmə iclasında bilavasitə hadisəni görmüş şahidlər öz izahatlarında Şəxs çay evinin sahibi Zərərçəkmiş şəxslə ilə mübahisə edərək onu təhqir etməsinibildirsələr də, onun həmin vaxt polisin qanuni tələblərinə qəsdən tabe olmamaqla İXM-nin 535.1cimaddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verməsinə dair fikir bildirə bilməmişlər. Məhkəməşahidlər X4, İsmayılzadə Sadiq Hicran oğlu və X6 izahatlarına tənqidi yanaşır”. Çox maraqlıdır ki, hər üç şahid izahatlarında mənim onların əmrlərinə tabe olmadığımı, anoloji əməllərimə davam etdiyimi və məni iradəmin xaricində polis şöbəsinə apardıqlarını bildirirlər. Qəribə haldır ki, məhkəmə polislərin şəxsən özlərinə aid olan izahatlarında, onların əmrlərinə tabe olmamağmı inandırıcı qəbul etmir, ama onların ziddiyətli, yalan ifadələrini eləcə də mənbəyi məlum olmayan məlumatlara əsaslanan şahid izahatları (polislər izahatında, “sonra bizə məlum oldu ki” ) qanuna zidd sübut hesab olunaraq mənim həbsim üçün əsas sayır. (İXM 79.3. Mənbəyi məlum olmayan məlumatlara əsaslanan şahid izahatları sübut hesab edilmir.)Necə olur ki, polis mənim əmrimə tabe olmadı deməsi inandırıcı olmur, amma başqa yerdən mənim Azərlə mübahisəmi eşidməsi nəticəsində verdiyi məlumatlar hakim üçün əsas olur. Bundan başqa Qulamov Elnur öz izahatında və eləcə də məhkəmədə ki ifadəsində mənim onu da təhqir etdiyimi və əmrinə tabe olmadığımı bildirir. Hakim bu hissəni şərh edərkən bildirir ki, “ Digər polis əməkdaşı X13 isə mülki geyimddə olduğundan Şəxs onun hər hansı göstərişini, qanuni tələbini yerinə yetirmək öhdəliyi mövcud deyildir. Çünki Şəxs ümumiyyətlə Elnur Qulamovun polis əməkdaşı olmasını bilmirdi”. Çox üzücü haldır ki, mərhəmətli hakim Elvin Ələsgərov mənim Elnuru təhqir etməyimi (yalan ifadə, şər böhtan olsa belə) görməməzlikdən gələrək sadəcə əmrinə tabel olmamağımı, onu tanımadığım ilə əlaqələndirir. Sanki tanımadığım üçün onu təhqir etməyim belə məqbul sayılır. Buradan açıq aydın görünür ki, Hakim Elvin Ələsgərov əslində bütün deyilənlərin yalan olduğunu bilir sadəcə anlaşılmayan bir səbəbdən mənim həbsimə qərar verir. Sanki buna məcbur qalır. Sanki qanunun tələbləri, öz qənaəti və iradəsi ilə deyil bir sifarişlə məni həbs edir. Mən bir vətəndaş kimi bunları düşünməkdən belə ehtiyyat edirəm. Amma hakim Elvin Ələsgərovun hərəkətləri (hərəkətsizliyi) məni bunları düşünməyə vadar edir. Məhkəmə iclasında hakimə polis tərəfindən saxlanıldıqdan sonra Lənkəran RŞPŞ ə aparıldığımı və orada polis serjantı Qulamov Elnur tərəfindən döyüldüyümü bildirdim. Mən istər izahatımda istər məhkəmə ifadəmdə mübahisənin yaranmasının əsas səbəbinin polis serjantı Qulamov Elnur olduğunu bildirmişəm. Bunun üçün məhkəmədə dəfələrlə Qulamov Elnurun hadisənin yaranmasının əsas səbəbi olduğunu desəm də hakim buna məhəl qoymamışdır. Belə ki, Lənkəran RŞPŞ nin inzaibati binasının kamerlarında mənim döyüldüyümün faktı olduğunu məhkəmənin bu sübutu tələb etməsi haqqında şifai vəsatət verdim. Hakim Elvin Ələsgərov da bunun üçün materialı prokurorluğa göndərəcəyini lazimi tədbirlər görüləcəyi haqqında fikrini bildirdi. BU videokamera görüntüləri polis serjantı Elnur Qulamovun əməllərini sübut edərək, mübahisənin baş verdiyi yerdə də təqsirkərın Elnur Qulamov olduğunu sübuta yetirəcəkdi. Daha sonra Lənkəran rayon prokurorluğunun mənə göndərdiyi cavabında məlum oldu ki, prokurorluğa məlumat xx.xx.2025 tarixində yəni mənim həbsimdən 14 gün sonra göndərilmişdir. Mübahisənin tək səbəbi Elnur Qulamovun ona sataşması olmuşdur. Bundan sonra isə, telefon edib polisləri çağırmış, mübahisəni kənarda davam etdirərək, onun müdafiəsizliyindən istifadə edərək küçədə ona vurmuş, daha sonra isə öz qanunsuz əməllərinə Lənkəran rayon polis idarəsində davam etmişdir. Lakin məhkəmə bu olanları işin mahiyyəti saymaqdan yayınmış, bundan əlavə işin sübutlarının əldə edilməsi üçün zəruri hərəkətləri etməmişdir. Halbu ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Görüldüyü kimi hakim Elvin Ələsgərov İXM-nin 48-ci maddəsinə əməl etmədən onun qanunsuz həbsinə səbəb olmuşdur. Bunlar azmış kimi, şahidlərini məhkəmə zalına izahat üçün çağırmamış, könüllü gələn şahid və qohumlarımın açıq məhkəmə zalına girişini təmin etməmiş, hətta Elnur Qulamovun onları məhkəmədən uzaqlaşdırmasına da Lənkəran Məhkəməsi laqeyd yanaşmışdır. Elnur Qulamovun bütün qanunsuz əməllərini görməməzlikdən gələn, üzərini ört basdır edən Lənkəran Rayon Məhkəməsi işin mahiyyətini fərqli tərəfə çəkərək hardasa onun qanunsuz həbsimə haqq qazandırmaq istəyib. Bunlar azmış kimi öz hüquqlarımı bərpa etməyə çalışan ona, bütün məhkəmə iclaslarında, hətta iki apellyasiya məhkəməsində tək iştirak edən ona, ədalət üçün xaricdəki yaşayışdan, işlərindən uzaqlaşan ona, şahidlərin məhkəmədə iştirakı üçün vəsatət verən ona, əgər növbəti məhkəməyə gəlməsən səni məcburi gətirmə ilə gətirəcəyik deməklə üzərində təzyiq yaradmaq istəyib. Onu polis idarəsində saxlayanda tək ümüdi məhkəmə idi. O gecə olan hər bir şey onun haqlı, Elnur Qulamovun günahkar olduğu üçün yetərincə əsas idi. Bu səbəbdən mən məhkəmə ədalətinə ümid edir, bunun üçün mən məhkəmə iclasında yüksək səslə hakim Elvin Ələsgərova polisin şərindən, məhkəmənin ədalətinə sığınmışam demişdir. Məgər, Elnur Qulamov və onunla birlikdə hərəkət edən, onun əməllərinin gizlədilməsinə vasitəşilik edən polis Azər Hüseynzadə, Etibar Əhmədov kimilərin də ümidi Lənkəran Məhkəməsi imiş. Sanki onlar əmin idi ki, Lənkəran Rayon Məhkəməsi heç bir araşdırma etmədən, cavabdeh şəxsin vəsatətlərini təmin etmədən, könüllü gələn şahidləri məhkəmə zalına girə bilməməsi üçün açıq məhkəmə iclasının qanunsuz şəkildə qapalı keçiriləcəyindən, hadisə zamanı orada olmayan, sifarişlə (telefon zəngi ilə) çağrılan polislərin istədikləri yalan şahidlik etmələrinə hakimin etiraz etməyəcəyindən əmin idilər. Əgər bu əminlik olmasaydı heç bir polis iş materialında bu qədər prosesual xətalara yol verməzdi. Nəticə o oldu ki, Pərvizin məhkəməyə ümidi puç, Elnurun məhkəməyə ümidi güc oldu. O, elə bilirmiş ki, Elnur, Azər, Etibar kimilər öz polis idarələrinə güvənərək bu qanunsuz əməlləri rahatlıqla edirlər, məgər onların güvəndiyi yer Lənkəran Rayon Məhkəməsi olub. Düşünür ki, onlar tam əmin olublar ki, məhkəmə onların qanunsuz əməllərinə hüquqi qiymət verməyəcək. Əmin olublar ki, məhkəmə, Pərvizin hadisə olan yerdə və polis idarəsində Elnur Qulamov tərəfindən vurulmasını araşdırmayacaq, sübutları (kamera görüntülərini) dərhal tələb etməsi lazım olduğu halda 14 gün sonra tələb edəcək və bu müddətdə kameraların silindiyini iddia edə biləcəklər. Əmin olublar ki, polislərin yalan şahidliyini, tutarsız izahatlarına məhkəmə sadəcə “tənqidi yanaşır” ifadəsini işlədəcək və bununla da heçbir məsuliyyət daşımıyacaqlar. Elnur Qulamovun eləcə də, iş materialını saxtakarlıqla hazırlayan, zərərçəkmişə nə yazması lazım olduğunu deyən, təqsirləndirilən şəxsin izahatını belə oxumayan, bununla yanaşı yetərincə prosesual xətalara yol verən sahə rəisi Azər Hüseynzadəni, əlaqəsi olmadığı halda iş materialını hazırladığını, yəni bu kobud qanun pozuntularına yol verdiyini, cavabdeh Şəxs izahatı özünün götürdüyünü məhkəmədə açıq şəkildə etiraf edən Etibar Əhmədovu, istər ilkin izahatlarında, istər digər məhkəmə iclasındakı izahatlarında yalan, qərəzli, tutarsız izahat verən polislər Talıbzadə Zəfər, İsmayılzadə Sadiqin qanunamüvafiq qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. İşin məhkəmə baxışında barəsində inzabati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəməyə təqdim etdiyi yuxarıda qeyd edilən ərizələrin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 22:30 radələrində Lənkəran şəhərində yerləşən 042 çay evində onunla Zərərçəkmiş şəxs arasında heç bir mübahisə olmamışdır, o, həmin vaxt orada heç bir nalayiq ifadələr işlətməmiş və həmin vaxt ora gələn polis əməkdaşlarının qanuni tələbinə riayət edərək, onlarla birlikdə polis şöbəsinə getmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs ona qarşı heç bir şikayət və tələbi yoxdur. Barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X13 bildirdi ki, Lənkəran ŞRPŞ-nin əməkdaşıdır. 17 sentyabr 2025-ci il tarixdə axşam vaxtı mülki geyimdə Lənkəran şəhərində yerləşən 042 çay evinin qabağında olarkən bir vətəndaşın həmin çay evinin sahibi Zərərçəkmiş şəxslə mübahisə etdiyini və onu küçə söyüşləri ilə təhqir etdiyini görmüşdür. Əvvəlcə özü, daha sonra isə ərazidə xidmət göstərən post patrul xidmətinin əməkdaşları həmin vətəndaşa yaxınlaşaraq ona iradlarını bildirmişlər. Lakin həmin vətəndaş Zərərçəkmiş şəxs və onun ünvanına nalayiq ifadələr işlətmişdir. Ərazidə olan mübahisəy çoxlu sayda mülki şəxslər toplaşmışlar. Qeyd etdiyi çay evində həmin vaxt 50-60-a yaxın insan olmuşdur və orada belə bir mübahisə olmur, sakit bir məkandır. Həmin vaxt orada yaranan qarışıqlıq məhz Şəxs mübahisə etməsi səbəbindən olmuşdur. Daha sonra əraziyə Post Patrul Xidmətinin əməkdaşları gələrək, həmin vətəndaşı Lənkəran polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında digər şahid X9 bildirdi ki, Lənkəran ŞRPŞ-nin əməkdaşıdır. Onun xidmət göstərdiyi post 042 çay evinin 15-20 metrliyində yerləşir. Həmin gün postda xidmətdə olarkən 042 çay evinin qarşısında səs-küy olduğunu görüb həmin əraziyə yaxınlaşmış və orada Şəxs çayxana sahibi ilə mübahisə etdiyini görmüşdür. Həmin şəxs ucadan nalayiq küçə söyüşləri işlədirdi. O, ifadələrində ucadan bildirirdi ki, məni buradan heç kəs durğuza bilməz, buranı dağırdaram və s.. Nalayiq küçə söyüşlərini isə məhkəmə iclasında ifadə edə bilmir. Hadisə yerinə post patrul xidməti avtomaşını çağırmışlar və həmin şəxsi polis şöbəsinə aparmışlsr. İlkin olaraq həmin şəxs polis şöbəsinə getməkdən imtina etsə də sonradan razılaşaraq, polis şöbəsinə getmişdir. Hadisə yerinə səs-küyə çoxlu sayda insan kütləsi toplaşmışdır. Hətta ətrafda yerləşən digər obyektlərdən də, məsələn “Bazar Store” mağazasından da insanlar səs-küyə çıxmışdılar. Məhkəmə iclasında digər şahid X4 bildirdi ki, Lənkəran ŞRPŞ-nin post patrul xidmətinin əməkdaşıdır. Onun xidmət göstərdiyi post 042 çay evindən 60-70 metr aralıda yerləşir. 17 sentyabr 2025-ci il tarixdə axşam saatlarında xidməti yerində olarkən 042 çay evinin qarşısında səs-küy eşidərək hadisə yerinə gəlmiş və yaranmış qarmaqarışıqlığda səs-küy salan vətəndaşı kənara çəkib ondan sakit olmasını tələb etmişdir. Lakin vətəndaşın sakitləşmədiyini gördükdən sonra ratsiya ilə komandirlə əlaqə saxlayıb əraziyə post patrul maşınını çağırmışdır. Verilən sualları cavablandırarkən bildirdi ki, o, həmin hadisə yerinə yaxınlaşarkən sonradan adını bildiyi Şəxs çay evinin sahibi Zərərçəkmiş şəxslə ucadan qışqıraraq, mübahisə edirdi. Bir tərəfdən Pərvizi dostları tutub ayırırdı, digər tərəfdən də Azəri işçiləri tutmuşdu. Pərviz ucadan ifadələr işlətməklə asayişi pozurdu. Mübahisənin nə isə dönər üstündə olduğu anlaşılırdı. Pərvizin nalayiq söyüşlər söydüyünü xatırlamır. Hadisə yerinə mübahisəyə çoxlu sayda insanlar toplaşmışdılar. Məhkəmə iclasında şahid İsmayılzadə Sadiq Hicran oğlu bildirdi ki, Lənkəran ŞRPŞnin əməkdaşıdır. 17 sentyabr 2025-ci il tarixdə ərazidə xidmət apararkən 042 çay evinin qarşısında səs-küy eşidib hadisə yerinə gəlmiş və orada vətəndaşın çay evinin sahibi Zərərçəkmiş şəxslə mübahisə etdiyini görmüşdür. Məhkəmə iclasında şahid X20 bildirdi ki, Şəxs onun dostudur. 17 sentyabr 2025-ci il tarixdə axşam radələrində o özü, Pərviz və X16 şəhərində yerləşən 042 çay evinə getmişlər və çay sifariş vermişlər. İlkin olaraq çay evinin ofisiantı onlara iki çay gətirmiş, sonradan yaxınlaşaraq çay evinin sahibi Azərin, Farizin orada dönər yediyini etiraz edərək, dönəri yığşdırmasını bildirmişdir. Bir müddət sonra həmin ofisiant gələrək çayı onların qabağından götürmək istəyəndə Pərviz çayı onun əlindən alaraq stola qoymuşdur. Sonra Zərərçəkmiş şəxs ora yaxınlaşmış oradan getmələrini bildirmişdir. Kənarda olan mülki geyimli şəxs də Pərvizə yaxınlaşaraq, Azərin sözünə qulaq asmalarını onlara bildirmişdir. Bir müddət sonra ora polis əməkdaşları gələrək, Pərvizi polis şöbəsinə aparmışlar. Pərviz stoldan qalxarkən Farizə və ona stoldan qalxmamalarını bildirmişdir və onlar da orada qalmışlar. Pərvizin həmin vaxt ucadan danışdığını və kimisə təhqir etdiyini müşahidə etməmişdir. Məhkəmə iclasında şahid X7 bildirdi ki, Şəxs onun dostudur. İzahatında şahid X10 qeyd etdiyi xüsusatları təsdiqlədi. Məhkəmə iclasında şahid Zərərçəkmiş şəxs bildirdi ki, Lənkəran şəhərində yerləşən 042 çay evinin işinə nəzarət edir. 17 sentyabr 2025-ci il tarixdə axşam radələrində Şəxs həmin çay evində stolda əyləşərkənona yaxınlaşaraq həmin çay evində dönər yeyilməməsini bildirərək, stolda olan dönəri yığışdırmalarını bildirmişdir. Pərviz onun bu tələbinə etiraz etdikdə ofisianta tapşırmışdır ki, onların stolunda olan hər şeyi yığışdırsın. Bu barədə Pərvizlə aralarında xırda mübahisə yaranmışdır. Həmin vaxt orada olan Elnur adlı polis əməkdaşı da Pərvizə yaxınlaşaraq onun tələbini yerinə yetirməsini Pərvizə bildirmişdir. O, özü sini xəstəsidir və ayağının diz qapağında problem var. Həmin vaxt ayağı tutulmuş və ətrafdakı şəxslər onu oradan uzaqlaşdırmışlar. Sonradan nə baş verdiyi barədə məlumatlı deyildir. Lənkəran Rayon Məhkəməsinin 3(049)-682/2025 saylı, 18 sentyabr 2025-ci il tarixli qərarının mətnindən və həmin iclasa dair “Elektron məhkəmə” informasiya sistemində olan videoyazısından görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında bildirmişdir ki, Lənkəran şəhərində 1970-ci ildən bəri fəaliyyət göstərən və hazırda 10 ilə yaxındır özünün idarəçiliyində olan 042 çay evinin digər çay evlərindən fərqi ondadır ki, orada müştərilərə yalnız çay, qənd və limon təklif edilir, domino, nərd və sair oyunlar, həmçinin qəlyan, dönər, peraşki və sair yağlı qidalar isə verilmir. Həmin gün o, çay evində olarkən bir müştəri tərəfindən stolda dönər yeyildiyini görmüş və stola yaxınlaşıb həmin şəxsdən dönəri yığışdırmağı xahiş etmişdir. Həmin şəxs isə ona tərəf dönüb sən məni tanıyarsanmı deyərək dönəri yığışdırmayacağını bildirmişdir. O, vəziyyətin belə olduğunu görüb həmin şəxsə dönəri yığışdırmayacağı təqdirdə stoldakı çay süfrəsini götürəcəyi barədə xəbərdarlıq etmiş, şəxs isə əksinə onun çay süfrəsini yığışdırmağa ixtiyarı olmadığını, oturub çay içməyə davam edəcəyini və çayı bitəndə onun yenə çat gətirəcəyini aqressiv şəkildə bildirmişdir. Sonradan adını bildiyi Şəxs “geyimimə baxıb üstüm tozludur, çayçıdır deyib ona hörmətsizlik etməməlidir” ifadəsini işlədib özünün şərəfi olduğunu bildirmişdir. Pərviz isə ətrafda olan insanların stol arxasında olanların içində ona “hələ sənin şərəfini yoxlayarıq” kimi təhqiramiz ifadə işlətmişdir. Bunun ardınca isə Pərviz onu itələyərək ünvanına uca səslə nalayiq söyüş söymüş və stəkanı yerə atmışdır. Bu zaman çayxanada mülki geyimdə olan polis əməkdaşı Elnur mübahisəni görüb səs-küy salan şəxsə iradını bildirmişdir. Əlavə olaraq, yaddaşsızlıqdan əziyyət çəkdiyini bildirən Zərərçəkmiş şəxs həmin vaxt əsəbi olduğu və digər müştərilər tərəfindən kənara çəkilib aparıldığı üçün sonradan orada nə baş verdiyini bilmir. Lakin polis əməkdaşının həmin şəxsə qarşı zorakılıq etdiyini görməmişdir. Həmçinin həmin şəxs onu nəlayiq sözlərlə təhqir etsə də, onu döyməmişdir. Hazırda həmin şəxsdən şikayəti yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Lənkəran şəhər sakini Şəxs xx.xx.2025-ci il tarixdə, gecə saat 22:30 radələrində Lənkəran şəhəri Qala Xiyabani küçəsində yerləşən 042 çay evinin qarşısında, yəni ictimai yerdə həmin çay evinin sahibi Zərərçəkmiş şəxs iradına cavab olaraq onunla mübahisəyə başlamış, onu itələyərək ünvanına nalayiq söyüşlər işlətmiş, stol üzərində olan stəkanı yerə ataraq, həmin vaxt ucadan nalayiq ifadələr işlətməklə ətrafda olan insanların narahatlığına səbəb olaraq, ictimai qaydanı pozmaqla bununla da Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan xırda xuliqanlıq inzibati xətasına yol vermişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi şahidlərin izahatı ilə yanaşı inzibati xəta haqqında protokolla və işdə olan sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, həmçinin inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və şahidlərin izahatlarını dinləyərək məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Ona görə də o həmin maddəylə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə Şəxs izahatında qeyd etdiyi Zərərçəkmiş şəxs ondan şikayət və tələbinin olmaması barədə xüsusata qiymət verərək, qeyd edir ki, Azərbaycan Respublikası İXMnin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın obyekti ictimai qayda olduğundan Zərərçəkmiş şəxs Şəxs şikayətinin olmaması və onunla barışması iş üzrə icraata xitam verilməsinə əsas ola bilməz. Belə ki, İctimai qayda dedikdə isə cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və şahidlərin verdiyi ifadələrə əsasən müəyyən olunur ki, Şəxs əməlində polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmadığını göstərən kifayət qədər dəlillər yoxdur. Belə ki, işin məhkəmə baxışı zamanı şahid ifadələrindən müəyyən edildi ki, Şəxs polis əməkdaşlarının ona tələbindən sonra onlarla razılaşaraq, polisin xidməti patrul avtomaşını ilə polis şöbəsinə getməyə razılaşmışdır. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi aşağıdakı məzmundadır: «Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə – fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur». İXM-nin 535.1-ci maddəsinin dispozisiyasından görünür ki, həmin maddə məhz ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir. Yəni hər bir halda təqsirkarın qanunazidd hərəkətləri ictimai qaydanın pozulmasına, müvafiq vəzifəli şəxsin hərəkətləri isə bu pozuntunun qarşısının alınmasına yönəlməlidir. Əks təqdirdə İXM-nin 535.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən mövcud ola bilməz. Belə olan halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin obyektiv cəhətdən tərkibinin mövcud olmasından söhbət gedə bilməz. Bu səbəbdən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin mövcudluğu istisna edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Bu səbəbdən Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinməli və ona həmin Məcəllənin 510-cu maddəsinin sanksiyası çərçivəsində tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 5 (beş) gün müddətinə inzibati həbs tətbiq olunsun. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilsin. Qərarın icrası ilə əlaqədar Şəxs xx.xx.2025-ci il tarixdən saat 23:35-dən 5 (beş) gün müddətində inzibati həbsdə olması nəzərə alınsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(049)-682/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-682/2025
06.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver