Məhkəmə qərarları › İş №3(049)-684/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-684/2025

06.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-684/2025 06.10.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi: X7, Şikayət verən şəxs: X3, Şikayət verilən orqanın nümayəndəsi Lənkəran Şəhər Rayon X10 X11 yol patrul xidməti inspektoru, polis baş leytanantı X6 iştirakı ilə, X2 Lənkəran Şəhər Rayon X10 X11 yol patrul xidməti inspektoru, polis baş leytanantı X6 TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, müəyyən etdi: X1 Şəhər Rayon X10 X11 TP ******* nömrəli, xx.xx.2025 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, xx.xx.2025-ci il tarixində, saat 12:30 radələrində idarə etdiyi **-GX-*** dövlət nömrə nişanlı, Mersedes-benz A160 minik markalı avtomaşınla Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsində Ləvəngi dairəsi istiqamətində hərəkətdə olduğum zaman Aptekdən dərman almaqdan ötrü avtomobili yolun sağ kənarında saxlamışdır. Daha sonra hərəkətə davam edərkən arxadan gələn avtomobilin uzaq məsafədə olduğunu düşünüb avtomobilini eyni istiqamətdə olan sol zolağa çəkmişdir. Bu zaman arxadan surətlə gələn avtomobil ilə toqquşmuşdur. Amma buna baxmayaraq barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən İXP7430986 nömrəli protokol tərtib edilmişdir. İXP7430986 nömrəli protokolda onun İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə törətmiş olduğum xətaya görə məsuliyyət qeyd edilmişdir. Həmin protokol əsasında TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar da çıxarılmışdır. Protokol tərtib edildiyi zamanı DYP əməkdaşına şahid çağırılmasını və törədiyi inzibati xətanı sübut edilməsini tələb etməyinə baxmayaraq, protokol tərtib olunarkən şahid cəlb edilməmişdir. Protokol tərtib edilən zaman şahidlərin iştirakını nəzərdə tutulması ona dəlalət edir ki, inzibati xətanın törədilməsi faktı şübhəsiz olaraq təsdiq edilsin. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından şahidin cəlb edilməsində polis əməkdaşı maraqlı olmalıdır. Məhkəmə iclasında iştirak edən şikayət verən şəxs X3 ərizəsinə uyğun izahat verərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən şəxs Lənkəran Şəhər Rayon X10 X11 yol patrul xidməti inspektoru, polis baş leytanantı X9 bildirdi ki, şəxsin barəsində hadisə yerində inzibati xəta haqqında məlumat müəyyən edilərək məsuliyyətə cəlb edilmişdir. İş üzrə sübutları foto və izahatlardır və bunlar əsasında da qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən, məhkəmədən şikayətin təmin edilməməsi və qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, şikayət rədd edilməməlidir. Şikayətə əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə araşdırılmış 15 sentyabr 2025-ci il tarixli İXP ******* saylı protokoldan görünür ki, X2 idarə etdiyi xx.xx.2025-ci il tarixdə saat 12:30-da MERCEDES BENZ A 160 minik markalı ** GX ***5 qeydiyyat nəqliyyat vasitəsi olan avtomobillə İXM-nın 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Şikayətə əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə araşdırılmış 15 sentyabr 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 100 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmədə tədqiq edilmiş fotoşəkillərdən və xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, X3 MECSEDES BENZ A 160 minik markalı ** GX ***5 dövlət qeydiyyat nişanlı avtomobil ilə **-XQ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və sonuncu avtomobilə 450 manat məbləğində maddi ziyan dəymişdir. İXM-nin 327.2-ci maddəsinin tələbinə görə də, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 80.2-ci maddəsinə əsasən sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. İXM-nin 61.1.9-cu maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq hüququ vardır. İXM-nin 93.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə baxış fasiləsiz videoçəkiliş aparılmaqla nəqliyyat vasitəsi sahibinin iştirakı ilə həyata keçirilir. İXM-nin 93.3-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə baxış haqqında protokolda fasiləsiz videoçəkilişdən istifadə barədə müvafiq qeyd aparılır və videoçəkilişi əks etdirən məlumat daşıyıcısı həmin protokola əlavə edilir. İXM-nin 122.1-ci maddəsinin tələbinə görə Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. “X12” Azərbaycan Respublikası Qanunun 83-cü maddəsinin İİ hissəsinə əsasən yollarda hərəkət təhlükəsizliyinin təmin edilməsinə nəzarət Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşları tərəfindən stasionar və digər postlarda, eləcə də xüsusi avadanlığı olan nəqliyyat vasitələrində və ya xüsusi texniki vasitələrin tətbiqi ilə həyata keçirilir. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunmalıdır. Göründüyü kimi qanunvericilik konkret olaraq yol hərəkəti təhlükəsizliyi əleyhinə törədilmiş inzibati xətaların aşkar edilməsini videomüşahidə aparılmaqla müəyyən edilməsini, habelə vizual müşahidə nəticəsində aşkar edildikdə belə həmin halların xüsusi texniki vasitələr vasitəsi ilə inteqrasiyasını təsbit etmişdir. Məhkəmə iş üzrə məhkəməyə təqdim edilmiş fotoları iş üzrə mötəbər sübut kimi qəbul edərək işin həlli üçün kifayət edən sübut kimi qiymətləndirir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən müəyyən olunur ki, X3 idarə etdiyi MERCEDES BENZ A 160 minik markalı ** GX ***5 qeydiyyat nəqliyyat vasitəsi ilə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməmişdir. Bu hal İXMnin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. İnzibati xəta haqqında protokola əsasən inzibati xəta hadisəsi xx.xx.2025-ci il tarixdə saat 12:30-da baş vermişdir. X3 qeyd olunan maddənin sanksiyasında nəzərdə tutulmuş – 100 manat həddində cərimə edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X3 barəsində qəbul edilmiş qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, qərara aldı: X2 şikayəti təmin edilməsin. Lənkəran Şəhər Rayon X10 X11 yol patrul xidməti inspektoru, polis baş leytanantı X6 15 sentyabr 2025-ci il tarixli, TP 7511630-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar