Məhkəmə qərarları › İş №3(049)-688/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-688/2025

22.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-688/2025 22.09.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə, barəsində inzibati icraat aparılan şəxs Şəxs və Lənkəran rayon İcra və Probasiya Şöbəsinin rəis müavini X1 iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Lənkəran rayonu, Girdəni kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsində yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİ: Lənkəran rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 tərtib etdiyi 22 sentyabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-290/2023 saylı, xx.xx.2023-cü il tarixli, e-(049)-1838/2023 saylı xx.xx.2023-cü il tarixli, e-2(012)-1085/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədlərinə əsasən, borclu Şəxs tərəfindən tələbkarlara ümumilikdə 18.089,01 manat ödənilməmiş pul vəsaiti qalmışdır. Borclu Şəxs icra sənədlərinin icrasını təmin etməmişdir. Onun barəsində Azərbaycan Rspublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Lənkəran rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 məhkəmə iclasında iştirak edərək, protokolun məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, icra sənədləri şöbənin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş tərtib edilərək, borcluya təqdim edilmişdir. Həmçinin icra sənədinin icrası ilə əlaqadar məhkəməyə təqdim etdiyi təqdimat əsasında borclunun ölkədə getmək hüququ müvvəqəti olaraq məhdudlaşdırılmışdır. Eyni zamanda borclu icra məmurunun çağırışlarına gəlməkdən boyun qaçırdığı üçün barəsində tərəfindən “borclunun axtarılması” haqqında qərar qəbul edilərək icra edilməsi üçün polisə göndərilmişdir. Borclu həmin axtarış qərarı əsasında polis tərəfindən saxlanılaraq şöbəyə təhvil verilmişdir və onun izahatı alınmışdır. Borclu hal-hazıradək qeyd edilən icra sənədinə əsasən, tələbkarlara heç bir vəsait ödəməmişdir və onun borcu hazırda 18089.01 manat təşkil edir. Tələbkarlar dəfələrlə şöbəyə müraciət edərək banklara olan borcunun ödənilməsinə köməklik göstərilməsini xahiş etmişlər. Protokolun təmin edilərək, borclu Şəxs ittiham olunduğu maddənin sanksiyası həddində cəzalandırılmasını məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, icra sənədləri barədə məlumatlıdır. Qeydiyyatda olduğu Lənkəran rayonu, Girdəni kəndində yaşamır və Bakı şəhəri Binə qəsəbəsində yaşayır. İcra şöbəsinə çağırılması barədə onun mobil nömrəsinə icra məmuru tərəfindən bir neçə dəfə SMS xəbərdarlıq göndərilmişdir. Həmçinin onun mobil nömrəsinə axtarışa verilməsi barədə SMS xəbərdarlıq gəlmişdir. Lakin o, maddi imkanı olmadığına görə icra mmurunun çağırışına getməmişdir. İnzibati xəta haqqında protokolda qeyd edilmiş 3 icra sənədi üzrə hazıradək tələbkarlara 40 və 10 manat olmaqla, cəmi 50 manat ödəniş etmişdir. Hazırda iş yeri yoxdur. Borcunu tam ödəməyə maddi imkanı yoxdur. Mütəmadi olaraq hissə-hissə borcu ödəyə bilər. Barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclasında prtotokol və ona əlavə edilmiş sənədlərin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, borclu Şəxs borcu hazırda 18089.01 manat təşkil edir. Şəxs barəsində inzibati həbs cəzası təyin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilən: Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-290/2023 saylı, xx.xx.2023cü il tarixli icra sənədindən görünür ki, həmin icra sənədinə əsasən, borclu Şəxs tələbkar Kapital Bank ASC-nin 5.138.53 manat borc və ödənilmiş 71.38 manat dövlət rüsumu tutulması qeyd edilmişdir. Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(049)-1838/2023 saylı xx.xx.2023-cü il tarixli borclu Şəxs tələbkar Tural Bank ASC –nin 2471.39 manat əsas, 650.07 manat faiz, 40.00 manat cərimə və 55.13 manat dövlət rüsumu cəmi 3216.59 manat ödənilməlidi. Lənkəran Rayon Məhkəməsinin e-2(049)-1085/2023 saylı xx.xx.2023-cü il tarixli tələbkar UniBank ASC-nin 8266.83 manat 1253.61 faiz üzrə , 26.20 manat cərimə və 115.87 manat dövlət rüsumu cəmi 9546.64 manat ödənilməlidi. Lənkəran rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən qeyd edilən icra sənədinin icrası ilə əlaqadar 27 aprel 2023-cü il tarixdə “icraata başlamaq haqqında” qərar və “tələbin könüllü icrası haqqında” bildiriş tərtib edilərək, borcluya təqdim edilmişdir. Lənkəran rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən 05 mart 2024cü il tarixdə Lənkəran rayon məhkəməsinin 2(012)-290/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqadar borclu Şəxs barəsində “axtarış elan edilməsi haqqında” qərar qəbul edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 8(049)-178/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, məhkəmə qətnaməsi barədə məlumatlı olduğu, icra sənədinin icrası ilə əlaqadar ona tələbin könüllü haqqında bildiriş təqdim edilməsinə, dəfələrlə icra şöbəsinə çağırılaraq izahatı alınıb icra sənədini icra etməsi barədə ona xəbərdar edilməsinə baxmayaraq icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Həmçinin icra məmurunun çağırışlarından boyun qaçırmışdır. Hazırki iş üzrə inzibati xəta haqında protokol tərtib edilənədək borclu icra sənədlərinə dair tələbkarlara cəmi 50 manat ödəniş etmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 22 sentyabr 2025-ci il saat 18:10-dan hesablansın. İnzibati həbs müddətində Şəxs saxlanma yeri Lənkəran Şəhər Rayon X2 Saxlama Yeri müəyyən edilsin. Qərarın icrası Lənkəran Şəhər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar