Məhkəmə qərarları › İş №3(049)-689/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-689/2025

06.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-689/2025 06.10.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi və şikayət verən şəxs X2 iştirakı ilə Bakı şəhəri X8 İdarəsinin polis mayoru, X4 tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbehvermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayətə baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Bakı şəhəri X8 İdarəsinin polis mayoru, X4 tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbehvermə haqqında qərarla X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinərək 600 manat cərimə edilmişdir. X1 xx.xx.2025-ci il tarixdə SAAT 05:56-da idarə etdiyi MERCEDES BENZ ACTROS 1844 YÜK markalı 99GD776 nömrə nişanlı abtomobillə Bakı şəhəri, İslam Abışov küçəsində inzibati xəta törətdiyi və bu barədə İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edildiyi qeyd edilmişdir. X3 həmin qərardan məhkəməyə şikayət vemişdir. Ərizəçi şikayətdə barəsində qəbul edilmiş TP ******* saylı, xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsini və inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, Lənkəran rayonu, Gərmətük qəsəbəsində qeydiyy atda olmaqla orada yaşayır. Fərdi sahibakarlıqla məşğul olmaqla yaşadığı Lənkəran rayonu, Gərmətük qəsəbəsində yolun kənarında yanacaqdoldurma məntəqəsi vardır, həmin yanacaqdoldurma məntəqəsində yanacaq və sürtgü məhsullarının satışı ilə məşqul olur. YDM-ə lazım olan yanacağı özü Bakı şəhərindən topdansatış məntəqəsindən götürüb özünə məxsus olan iriqabaritli yük maşını ilə gətərib satışını həxata keçirir. 23 avqust 2025-ci il tarixdə səhər saatlarında işlətdiyi YDM üçün Baı şəhərindən yanacaq alıb MERCEDES BENZ ACTROS 1844 YÜK markalı 99GD776 nömrə nişanlı abtomobilin çən hissəsinə yüklədikdən sonra Lənkəran istiqamətinə hərəkətə başlamışdır. Bakı şəhəri, İslam Abışov küçəsi, GPS 40.4209771. 49.8702283 koordinatlar olan ərazidə yol patrul xidmətinin əməkdaşı onu saxlamış xə yük maşınının çəkisinin yoxlanılmasını tələb etmiş və özünün təyin etdiyi tərəziyə aparmış və həmin tərəzidə nəqliyyat vasitəsi çəkilmiş yüklə birlikdə çəkisi 37700 kq., yəni 37.7 ton gəlmişdir, həmiıı vaxt yol polisi əməkdaşı guya icazə verilən normadan artıq yük vurduğunu bildirərək barəsində inziati xəta haqqında protokol tərtib etmişdir. O, buna etiraz etməklə həmin yük maşınına ümumi istifadədə olan yollarda ümumi çəkisi 40 tona qədər icazə verildiyini bildirsə də YPX əməkdaşı onunla razılaşmayaraq onun barəsində inzibati xəta haqqında protokol tərtib etmiş xə 01 sentyabr 2025-ci il tarixdə isə həmin protokol əsasında Bakı şəhər DYPİ-nin polis mayoru X4 tərəfindən TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilməklə 600 manat inzibati qaydada tənbeh tətbi edilmişdir. Həmiıı inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız olmaqla barəsində inzibati icraat aparılan şəxsin hüquq və vəzifələri pozulmaqla qəbul edildiyindən ləğv edilməli xə iş üzrə icraata xitam verilməlidir. Sözügedən qərarı 03 sentyabr 2025-ci il tarixdə Lənkəran ŞRPŞ-nin YPB-nə yaxınlaşıb portaldan çap etdirməklə almışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq inzibati xəta haqqında icraat aparan orqan Bakı şəhəri X8 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə sorğusuna baxmayaraq inzibati orqan inzibati xəta haqqında protokolun və qərarın tərtib edilməsinə əsas olmuş sübutları məhkəməyə təqdim etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışında iştirak edən şikayət verən şəxs X3 ərizəsini müdafiə edərək, onun məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, mütəmadi olaraq sözügedən yük avtomobili ilə Bakı şəhərindən Lənkəran rayonuna yanacaq daşıyır, həmin yolda iki yerdə elektron tərəzi quraşdırılmışdır və əgər yük artıq olarsa bu barədə avtomatik qaydada barəsində inzibati xəta haqqında protokol tərtib edilə bilər. O, buna görə hər zaman yüklə əlaqədar tələbə riayət edir. Bakı şəhərində olis əməkdaşı tərəfindən avtomobili tərəziyə aparılb çəkilərkən də yük qaydasında olmuş və bu barədə ona avtomobilin ümumi çəkisi barədə tərəzidən çıxarış verilmişdir. Həmin çıxarışı o, sübut kimi məhkəməyə təqdim etmişdir və həmin sənəddən də görünür ki, icazə verilən yük miqdarı 40 ton olmasına baxmayaraq, çəki 37,7 ton olmuşdur. Şikayət verən şəxs tərəfindən sübut kimi məhkəməyə təqdim edilən "xxxx" MMC tərəfindən təqdim edildiyi yazılmış “13800” nömrəli biletdən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 05:47-də **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilin çəkisi 37.700 kq.-dır. Lakin həmin “bilet”də hər-hansı hüquqi şəxsin rekvizitləri, imza, möhür, ünvan, tərəzinin parametrləri, sertifikatı barədə məlumatlar və sair rəsmi məlumatlar mövcud deyildir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri X8 İdarəsinin vəzifəli şəxsi tərəfindən tərtib edilmiş İXP seriyalı. ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqında protokolun məzmununda da X3 tərəfindən törədilən inzibati xəta əməli barədə ətraflı məlumat qeyd edilməmişdir. Belə ki, həmin protokolda da nəqliyyat vasitəsinin icazə verilən kütlə parametrlərini aşmaqla idarə edilməsi qeyd edilsə də, həmin nəqliyyat vasitəsinin kütləsinin hansı cihazla, hansı ünvanda, kimin tərəfindən yoxlanması, kütləni qeydə alan cihazın parametrləri, markası, sertifikatı barədə məlumatlar qeyd edilməmişdir. Həmçinin həmin nəqliyyat vasitəsinə dair icazə verilən və faktiki olan kütlə barədə məlumat da protokolda qeyd edilməmişdir. Şikayət verən şəxs də buna etiraz edərək, icazə verilən kütlənin 40 ton olduğu halda onun idarə etdiyi avtomobilin yüklə birlikdə çəkisinin 37,7 ton olduğunu bildirərək, bu barədə məhkəməyə sübut təqdim etməklə, heç bir inzibati xəta törətdiyini bildirmişdir. Belə olan halda X2 həqiqətən də qeyd edilən inzibati xətanı törətməsinə dair şübhələr yaranır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin məcəllənin 8.2 maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3 maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Belə olan halda məhkəmə belə qənaətə gəlir ki, qeyd edilən inzibati tənbehvermə qərar ləğv edilməli və X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə başlanmış başlanmış inzibati xəta haqqında işə yenidən baxılmaq üçün Bakı şəhəri X8 İdarəsinə göndərilməlidir. Bakı şəhəri X8 İdarəsi tərəfindən inzibati xəta haqqında işə yenidən baxılarkən hazırki qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd edilən xüsusatlar araşdırılmalıdır. QƏRARAALDİ: X2 şikayəti qismən təmin edilsin. X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə inzbati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri X8 İdarəsinin polis mayoru, X4 tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbehvermə haqqında qərar ləğv edilsin. X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Bakı şəhəri X8 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar