Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-69/2023 22.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X2 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1996-cı il tarixdə Masallı rayonu, Yeyənkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, evli, fərdi sahibkarlıqla məşğul olan, “Vətən Müharibəsi” dövründə arxa cəbhədə göstyərdiyi xidmətlərə görə “Fəxri Fərman” la təltif olunmuş, Masallı rayonu, Yeyənkənd kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Lənkəran rayon prokurorluğundan daxil olan inzibati xəta haqqında qərara 22 fevral 2023-cü il tarixdə, Lənkəran Rayon Məhkəməsində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında iş üzrə icraata başlanması barədə qərara əsasən, Şəxs 2022-ci ilin iyun ayının ortalarından araşdırma ilə dəqiq müəyyən edilməmiş tarixdən başlayaraq Azəbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya)almadan Azərbaycan Respublikasından Rusiya Federasiyasına və Rusiya Federasiyasından Azərbaycan Respublikasına qanunsuz pul köçürülməsi fəaliyyəti ilə məşğul olmuş, həmin dövrdə ümumilikdə 2700 manat gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Qeyd olunanlar Lənkəran rayon prokurorluğunun 20 dekabr 2022-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarla təsdiq edilir. Qeyd olunan faktla əlaqədar Lənkəran rayon prokuroru Taryel Ələkbərov tərəfindən xx.xx.2022-ci il tarixli qərar qəbul edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs özünü təqsirli bilərək, göstərmişdir ki, keçən ilin yay aylarında tanışı İbrahim Teymurov ona rus rublunu manata, manatı da rus rubluna dəyişməklə qazanc əldə edə biləcəklərini bildirmiş və buna görə də o, İbrahim Teymurovla bərabər pul mübadilələrini həyata keçirərək qazanc əldə etmişdir. Həmin fəaliyyətlə məşğul olmasına rəsmi razılığı olmamışdır. Qetd olunan fakt Müşfiq Bağırovun intiharı ilə bağlı prokurorluqda araşdırılmış cinayət işində üzə çıxmış, prokurorluğunun 20 dekabr 2022-ci il tarixli qərarı ilə cinayət işi üzrə icraata xitam verilmiş, lakin barəsində İXM-nin 398-ci maddəsi ilə inzibati xəta haqqında qərar qəbul edilərək məhkəməyə göndərilmişdir. İlk dəfə inzibati məsuliyyətə cəlb edildiyini, “Vətən Müharibəsi” dövründə arxa cəbhədə göstyərdiyi xidmətlərə görə təltif olunduğunu nəzərə alaraq İXM-nin 398-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən yüngül cəza verilməsini xahiş etmişdir. Qanunla müəyyən edilmiş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, inzibati xəta haqqında qərar qəbul etmiş Lənkəran rayon prokuroru məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsaslanaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, materiala əlavə edilmiş Lənkəran rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar”dan edilmiş Çıxarışdan görünür ki, Şəxs barəsində İXM-nin 398-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə əsas məhz həmin qərar olmuşdur. Məhkəmə qeyd edir ki, prokurorluq həmin qərarın qüvvəyə minməsi, eləcə də həmin qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş 10 günlük müddəti gözləmədən, xitam qərarı qəbul edildiyi 02 gündən sonra, Şəxs İXM-nin 398-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi qərarına gəlməklə yanlışlığa yol vermişdir. Belə ki, Lənkəran rayon prokurorluğunun xx.xx.2022-ci il tyarixli “Cinayət işi üzrə icraat xitam verilməsi haqqında qərar”ından həmin cinayət işi üzrə zərəçəkmiş şəxsin hüquqi varisi X1 şikayət vermiş və materiala əlavə edilmiş Qərardan Çıxarışdan görünür ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə onun şikayəti təmin edilmiş, qeyd olunan qərar ləğv edilmiş və iş yenidən araşdırılması üçün Lənkəran rayon prokurorluğuna qaytarılmışdır. Göründüyü kimi, Şəxsun İXM-nin 398-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə əsas olmuş qərar ləğv edilmişdir. Buna görə də, həmin qərara əsaslanan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 53.1.7-ci maddəsinə əsasən ... inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə qeyd edir ki, hazırki norma bilavasitə cinayət işi başlamaq haqqında qərar olduqda xitamı nəzərdə tutsa da, artıq “Cinayət işi üzrə icraat xitam verilməsi haqqında qərar”ın ləğvi həmin cinayət işi üzrə araşdırmaların davam etdirilməsini ehtiva etdiyindən, hazirki inzibati xəta üzrə icraata xitam verilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Sadalananları və Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə əsas olmuş “Cinayət işi üzrə icraat xitam verilməsi haqqında qərar”ın ləğv edildiyini əsas tutaraq məhkəmə hesab edir ki, onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 53, 105, 112, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. X3
Məhkəmə qərarları › İş №3(049)-69/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-69/2023
22.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver