Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-694/2022 29.07.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi, İbrahimov Elvin Telman oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs: Lənkəran Rayon Polis Şöbəsinin polis sahə rəisi Nümayəndə, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə, xx xxxx 1997-cü il tarixdə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, X2 Lənkəran Rayon Regional Bölməsində bitkilərin sağlamlığı və fitosanitar təhlükəsiyi sektorunda aparıcı məsləhətiçi vəzifəsində işləyən, ünvan 2ində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər Rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər Rayon Polis Şöbəsinin 29 iyul 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərardadı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün inzibati təhbeh tədbiri tətbiq olunması üçün material məhkəməyə göndərilmişdir. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin 28 iyul 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, Şəxs 28 iyul 2022-ci il tarixdə, saat 16 radələrində Lənkəran rayonu, Vilvan kəndində polisin ünvanına nalayiq ifadələr işlətməklə polisin qanuni tələblərinin qəsdən tabe olmamışdır. Bununla da, Şəxs tərəfindən İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş X7 göstərdi ki, Lənkəran Rayon Polis Şöbəsinin polis sahə rəisi vəzifəsində işləyir. 28 iyul 2022-ci il tarixdə, saat 16.25 radələrində ünvan 2i ünvanıdan qeydiyyatda olmaqla yaşayan Şəxs Lənkəran rayon, Vilvan kəndində polisin ünvanına ucadan nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuş, polis əməkdaşlarını onu nizam-intizama dəvət etmələrinə baxmayaraq o, polis əməkdaşlarına məhəl qoymadan hərəkətlərinə davam edərək qəsdən polisin qanuni tələblərinə tabe olmamışdır. Qeyd edilənlər nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək göstərdi ki, ünvan 2ində qeydiyyatda olmaqla yaşayır. 28 iyul 2022-ci il tarixdə, saat 15.50-də Gil kəndi istiqamətində öz şəxsi istifadəsində olan avtomobil ilə hərəkət edərkən qarşsında hərəkətdə olan traktoru ötmə əməliyyatı etmişdir. Polis əməkdaşları saxla işarəsi verdikdən sonra avtomobili saxlayaraq düşmüşdür. Yol patrul xidməti əməkdaşları özlərini təqdim etmədən sənədlərini tələb etdikdə, sənədlərinin üstündə olmadığını elktron portala baxmalarını xahiş etmişdir. Bu zaman ondan rüşvət tələb edən polis əməkdaşına Qida təhlükəsizliyi agentliyində işlədiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları onun avtomobilini polis bölməsinə aparacaqlarını bildirmiş, onun icazəsi olmadan avtomobilin açarını götürmüşlər. Bu barədə irad bildirdikdə polis əməkdaşları öz avtomobillərindən kamera və səsyazan cihazları götürmüşlər. Hadisə zamanı o, avtomobildə tək olmamışdır. Onunla birlikdə iş yoldaşı da bütün olanları görmüşdür. Kamaranı açmazdan əvvəl polis əməkdaşları ona nalayiq sözlər demişlər. O, da normal insan kimi həmin söyüşlərə cavab olaraq polis əməkdaşlarını söymüşdür. Onun polis əməkdaşlarını söyməyinə səbəb sonuncuların onu təhrik etməsi olmuşdir. Onun mobil telefonlarını götürmüşlər, mobil telefonda polis əməkdaşlarının onu təhqir etməsi haqda video vardır. Bölməyə gətirilən zaman ona yumruq atmışlar, bölməyə daxil olarkən 8-10 patrul xidməti əməkdaşı onu əhatəyə alıb yumruq atmışlar. Qeyd edilənlər Lənkəran Rayon Polis Şöbəsinin 1-ci polis bölməsinin kameraları tərəfindən qeydə alınmışdır. Göstərilənləri nəzərə alaraq barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X11 izahatında göstərdi ki, Lənkəran Şəhər Rayon X12 X16 Yol Polisi Xidmətinin inspektoru vəzifəsində, polis baş serjantı rütbəsində xidmət edir. 28 iyul 2022-ci il tarixdə, saat 16.25 radələrində Lənkəran rayonu, Vilvan kəndi ərazisində xidmətdə olarkən ardıcıl şəkildə ötmə qadağandır yol nişanı tələbini pozduğu üçün tərəflərindən VAZ 21074 markalı **-GG-*** nömrəli avtomobilə işarə verilsə də, o, ardıcıl şəkildə ötmə əməliyyatı etdikdən avtomobili saxlamışdır. O, sürücüyə yaxınlaşıb qayda pozuntusunu izah edib özünü təqdim etmiş, sürücü qayda pozuntusuna etiraz etmiş, Lənkəran Rayon qida təhklükəsizliyi idarəsinə işlədiyini deyərək onlara hədəqorxu gəlmişdir. Həmin vaxt onunla birlikdə xidmətdə olan polis baş leytenantı Şahin Qocayev də sürücüyə qayda pozuntusunu izah etməyə çalışmış, həmin vaxt sürücü avtomobilə əyləşib getmək istəmiş, onlara “meymunluq etməyin”, “sizin üçün pis olar” demişdir. Onlar sürücünü nizam-intizama dəvət etsələr də, sürücü onları təhqir edərək qanuni tələblərinə qəsdən tabe olmadığı üçün onlar da məcbur qalıb sürücünü Lənkəran Şəhər Rayon X17 Patrul Xidməti əməkdaşlarının köməkliyi ilə polis şöbəsinin növbətçi hissəsinə gətirmişlər. Şöbədə həmin şəxsin Masallı rayon sakini Şəxs olduğu məlum olmuşdur. Məhkəmə iclasında iştirak edən şahid X14 da eyni məzmunlu izahat verərək göstərdi ki, Lənkəran Şəhər Rayon X12 X16 Yol Polisi Xidmətinin inspektoru vəzifəsində, polis baş leytenantı rütbəsində xidmət edir. 28 iyul 2022-ci il tarixdə, saat 16.25 radələrində Lənkəran rayonu, Vilvan kəndi ərazisində xidmətdə olarkən ardıcıl şəkildə ötmə qadağandır yol nişanı tələbini pozduğu üçün tərəflərindən VAZ 21074 markalı **-GG- *** nömrəli avtomobilə işarə verilsə də, o, ardıcıl şəkildə ötmə əməliyyatı etdikdən avtomobili saxlamışdır. Onunla birlikdə xidmətdə olan polis serjantı Xaliq Əliyev sürücüyə yaxınlaşıb qayda pozuntusunu izah edib özünü təqdim etmiş, sürücü qayda pozuntusuna etiraz etmiş, Lənkəran Rayon qida təhklükəsizliyi idarəsinə işlədiyini deyərək onlara hədəqorxu gəlmişdir. Həmin vaxt o, da sürücüyə qayda pozuntusunu izah etməyə çalışmış, həmin vaxt sürücü avtomobilə əyləşib getmək istəmiş, onlara “meymunluq etməyin”, “sizin üçün pis olar” demişdir. Onlar sürücünü nizam-intizama dəvət etsələr də, sürücü onları təhqir edərək qanuni tələblərinə qəsdən tabe olmadığı üçün məcbur qalıb sürücünü Lənkəran Şəhər Rayon X17 Patrul Xidməti əməkdaşlarının köməkliyi ilə polis şöbəsinin növbətçi hissəsinə gətirmişlər. Şöbədə həmin şəxsin Masallı rayon sakini Şəxs olduğu məlum olmuşdur. Məhkəmə iclasında iştirak edən şahid X3 izahat verərək göstərdi ki, Lənkəran Şəhər Rayon X18 Patrul Xidməti Bölüyündə polis nəfəri vəzifəsində, polis baş serjantı rütbəsində xidmət edir. 28 iyul 2022-ci il tarixdə, saat 16 radələrində xidməti yoldaşı Tərlan Əhmədli ilə avtopatrul avtomobilində xidmətdə olarkən yol patrul xidmətinin əməkdaşı Xalid Əliyev onlarla əlaqə saxlayaraq Lənkəran rayonu, Vilvan kəndində kömək istədiyini bildirmişdir. Onlar həmin ünvana getdikdə adını bilmədiyi sürücünün polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək qanuni tələblərinə tabe olmadığını görmüşlər. Onlar sürücünü nizam-intizama dəvət etsələr də, sürücü onlara qarşı əl-qol hərəkətləri atıb tabeçilik göstərmədiyi üçün sürücünü Lənkəran Şəhər Rayon Polis Şöbəsinə gətirmişlər. Şöbədə həmin şəxsin Masallı rayon sakini Şəxs olduğu məlum olmuşdur. Məhkəmə iclasında iştirak edən şahid X9 da eyni məzmunlu izahat verərək göstərdi ki, Lənkəran Şəhər Rayon X18 Patrul Xidməti Bölüyündə polis nəfəri vəzifəsində, polis serjantı rütbəsində xidmət edir. 28 iyul 2022-ci il tarixdə, saat 16 radələrində xidməti yoldaşı İsmayıl Abbasovla avtopatrul avtomobilində xidmətdə olarkən yol patrul xidmətinin əməkdaşı Xalid Əliyev onlarla əlaqə saxlayaraq Lənkəran rayonu, Vilvan kəndində kömək istədiyini bildirmişdir. Onlar həmin ünvana getdikdə adını bilmədiyi sürücünün polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək qanuni tələblərinə tabe olmadığını görmüşlər. Onlar sürücünü nizam-intizama dəvət etsələr də, sürücü onlara qarşı əl-qol hərəkətləri atıb tabeçilik göstərmədiyi üçün sürücünü Lənkəran Şəhər Rayon Polis Şöbəsinə gətirmişlər. Şöbədə həmin şəxsin Masallı rayon sakini Şəxs olduğu məlum olmuşdur. Məhkəmə iclasında müdafiəçinin vəsatəti əsasında dindirilmiş şahid X5 izahatında göstərdi ki, X2 Lənkəran Rayon Regional Bölməsində işləyir, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onun iş yoldaşıdır. 28 iyul 2022-ci il tarixdə, saat 16 radələrində Lənkəran rayonu, Vilvan kəndi ərazisində Şəxs məxsus avtomobil ilə hərəkətdə olarkən yol polis əməkdaşları avtombili saxlamışlar. O, ilk öncə avtombildən aşağı düşməmiş, lakin bir qədər sonra Rüstəmin yol polisi əməkdaşları ilə sözlü mübahisə etdiyini görüb avtomobildən düşdükdən sonra yol polisinin aqressiv şəkildə Rüstəmin üzərinə qışqıraraq avtomobilin cərimə meydaşçasına getməli olduğunu görmüşdür. Rüstəm mübahisə zamanı yol polisi əməkdaşlarını söymüşdür. Bundan sonra yol polis əməkdaşları kamera və mikrafon quraşdırmış və post patrul xidməti əməkdaşları gələrək Rüstəmi polis şöbəsinə aparmışlar. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Lənkəran Şəhər Rayon X12 X16 Yol Polisi Xidmətinin inspektoru X10 Şəhər Rayon Polis Şöbəsinin rəhbərliyinə ünvanladığı 28 iyul 2022-ci il tarixli raportdan görünür ki, 28 iyul 2022-ci il tarixdə, saat 16.25 radələrində Lənkəran rayonu, Vilvan kəndi ərazisində xidmətdə olarkən ardıcıl şəkildə ötmə qadağandır yol nişanı tələbini pozduğu üçün tərəflərindən VAZ 21074 markalı **-GG-*** nömrəli avtomobilə işarə verilsə də, sürücü ardıcıl şəkildə ötmə əməliyyatı etdikdən avtomobili saxlamışdır. Sürücüyə yaxınlaşıb qayda pozuntusunu izah edib özünü təqdim etmiş, sürücü qayda pozuntusuna etiraz etmiş, Lənkəran Rayon qida təhklükəsizliyi idarəsinə işlədiyini deyərək onlara hədə-qorxu gəlmişdir. Həmin vaxt o, da sürücüyə qayda pozuntusunu izah etməyə çalışmış, həmin vaxt sürücü avtomobilə əyləşib getmək istəmiş, onlara “meymunluq etməyin”, “sizin üçün pis olar” demişdir. Onlar sürücünü nizam-intizama dəvət etsələr də, sürücü onları təhqir edərək qanuni tələblərinə qəsdən tabe olmadığı üçün məcbur qalıb sürücünü Lənkəran Şəhər Rayon X17 Patrul Xidməti əməkdaşlarının köməkliyi ilə polis şöbəsinin növbətçi hissəsinə gətirmişlər. Şöbədə də sürücü ünvansız söyüşlərdən istifadə etmişdir. Sonradan həmin şəxsin Masallı rayon sakini Şəxs olduğu məlum olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 28 iyul 2022-ci il tarixdə, saat 18.00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabelyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X1 29 iyul 2022-ci il tarixli, **********4 nömrəli məktubundan görünür ki, Şəxs heç bir növ pensiya və müavinət almır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş videogörüntülərdən görünür ki, Şəxs ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək nalayiq ifadələr, həmçinin polis əməkdaşlarına qarşı söyüşlər işlətmişdir. İş materiallarına əlavə edilmiş 28 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Şəxs məxsus iki ədəd “Samsunq” və “İphone” markal mobil telefonlar götürülərək Lənkəran Şəhər Rayon Poliş Şöbəsində saxlanılmışdır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla öz təsdiqini tapmışdır. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, .......cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi (köhnə redaksiyada) ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 28 iyul 2022-ci il tarixdə, saat 16 radələrində ictimai yer hesab olunan Lənkəran rayonu, Vilvan kəndində ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək nalayiq ifadələr, həmçinin polis əməkdaşlarına qarşı söyüşlər işlətmiş, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirmiş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verməklə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Həmin hal polis əməkdaşlarının izahatları ilə tam təsdiq olunmuşdur. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində həmçinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin də olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə, Şəxs özünü təqsirli bilməməsinə lakin mahiyyət etibarı ilə etirafedici izahat verməsini, yəni polis əməkdaşları ictimai yerdə söyməsini və qanuni tələblərinə tabe olmamasını bildirməsinə, bu hərəkətinin polisin onu qıcıqlandırması və təhrik etməsinə cavab olaraq etdiyinə dair göstərdiklərinə qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin həmin izahatı bir daha məhkəməyə həmin izahatı da sübut qismində istifadə etməyə əsas verir. Eyni zamanda, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə izah edərək bildirmişdir ki, polis əməkdaşlarının ona qarşı hər hansı qanun pozuntusu ilə nəticələnən hərəkətlər etməsi barədə şikayət etmək hüquq var, lakin indiki halda məhkəmənin həmin şikayətlə əlaqədar araşdırma aparmaq səlahiyyəti yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-nin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyəti yüngülləşdirən hal müəyyən edilməmişdir. İXM-nin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İXM-nin 3, 4, 6.1, 9.1, 12.1 və 21-ci maddələrinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, işin faktiki hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, törədilən inzibati xətalara görə şəxsin daha ciddi xəta ilə bağlı sanksiya çərçivəsində tənbeh edilməli olduğunu nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində İXMin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbet tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə, Şəxs barəsində inzibati həbs növündə inzibati təhbeh tədbiri tətbiq edərkən İXM-nin 31.4-cü maddəsinin tələblərini nəzərə alır. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. İXM-nin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Məhkəmə, iş üzrə tədqiq edilmiş tutma protokoluna əsasən Şəxs həbsdə saxlama müddətinin əvvəlinin inizbati qaydada tutulduğu vaxtdan, yəni 28 iyul 2022-ci il tarixdən, saat 18.00-dan hesablanmasını qanuni və əsaslı hesab edir. Məhkəmə, bu qənaətə gələrkən “İnsan hüquqları və Azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 5-ci maddəsinin 3.5-ci bəndlərini rəhbər tutmuşdur. İXM-nin 77.3-cü maddəsinə əsasəniİcraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Buna görə də, məhkəmə hesab edir ki, Şəxs məxsus olmaqla polis əməkdaşları tərəfindən XX XXX tarixli protokola əsasən götürülməklə Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan iki ədəd mobil telefon Şəxs qaytarılmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə Vəkil məhkəmədə iştirak etdiyi 2 (iki) saata görə 12 (on iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Lənkəran Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 31.4, 34.3, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1, 510 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbs müddətinin əvvəli 28 iyul 2022-ci tarixdən, saat 18.00-dan hesablansın. Şəxs oğlu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər Rayon Polis Şöbəsinə həvalə edilsin. 28 iyul 2022-ci il tarixli protokola əsasən götürülməklə Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan iki ədəd - “Samsunq” və “İphone” markalı mobil telefonlar Şəxs qaytarılsın. Şəxs göstərilmiş hüquqi xidmətə görə Vəkil 2 (iki) saata görə 12 (on iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Lənkəran Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-694/2022
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-694/2022
29.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver