Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-698/2022 01.08.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X2, inzibati protokolu tərtib edən şəxs: Lənkəran Şəhər Rayon X5 Polis Bölməsinin sahə rəisi Nümayəndə, zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs və onun müdafiəçisi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil iştirakları ilə, 26 may 1989-cu il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Lənkəran rayonu, Göyşaban kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına 01 avqust 2022-ci il tarixdə daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Lənkəran Şəhər Rayon Polis Şöbəsinin təhqiqatçısı Vurğun Məmmədovun 12 mart 2022-ci il tarixli qərarından və rədd materialına əsasən tərtib edilmiş 01 avqust 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 02 mart 2022-ci il tarixdə Lənkəran şəhəri, M.İbayev küçəsisində yaşayan qonşusu Zərərçəkmiş şəxs2 vuraraq xəsarət yetirmiş, oraya gələn Almas Zeynalou döyərək dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən onun barəsində Lənkəran Şəhər Rayon X5 Polis Bölməsi tərəfindən müvafiq inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş Lənkəran Şəhər Rayon Polis Şöbəsinin sahə rəisi Nümayəndə izahatında bildirdi ki, Şəxs protokolda göstərilən əməli törətmişdir. Onun barəsində həmin əmələ görə cinayət işinin başlanılması rədd edilmiş, həmin qərar əsasında hazırkı inzibati xəta haqqında protokol tərtib etmişdir. Şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, hazırda 2022-ci ilin fevral ayınının sonlarında qonşuluqda yaşayan Zərərçəkmiş şəxs2 ruhi əsəb xəstəsi olduğundan onunla arasında mübahisəsi yaranmış, Emin itini küçəyə açıb buraxdığı üçün ona irad bildirmiş və buna görə onunla prinsipə düşmüşdür. 02 mart 2022-ci il tarixdə, saat 21 radələrində idarə etdiyi özünə məxsus Vaz 21011 markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Liman şəhəri, M.İbayev küçəsində hərəkət etdiyi zaman Emin küçədə onu görüb maşını saxlatdırmış, saxladıqda Emin qapı şüşəsindən əlini uzadıb, köynəyindən tutub, onun avtomobili itinin üstünə sürdüyünü demişdir. Avtomobilin qapısını açmaq istədikdə Eminin anası Almas da ora yaxınlaşıb onun üsütünə gəlmişdir. Emin həmin vaxt avtomaşının arxa işıq faralarının hər ikisini təpiklə vurub qırmışdır. Emin sonra həyətinə qaçıb dəmir parçası ilə geri qayıtmış və dəmir parçası ilə avtomaşının sağ qabaq qapısına və avtomaşının aşağı panelinə zərbə vurmuşdur. Bunu görüb polisin 102 xidmətinə zəng vurub, Emin barədə şikayət etmişdir. Almas və Emin polisə şikayət etdiyini görüb, oradan uzaqlaşıb getmişlər. Almas və Eminin göstərdikləri tamamilə yalan və böhtandır. Həmin gecə Emin və ya Alması hər hansı formada vurmamış, onlara xəsarət yetirməmişdir. Məhkəmədən inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Müdafiəçi Vəkil barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibinin olmadığını bildirib məhkəmədən inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 izahatında göstərdi ki, oğlu Zərərçəkmiş şəxs2 isə evinin yaxınlığında yerləşən özünə məxsus evdə onlardan ayrı yaşayır. Şəxs xeyli müddətdir ki, qonşuları Aşur Eyvazovun qızı ilə M.İbayev küçəsində yerləşən evdə yaşayır. 02 mart 2022-ci il tarixdə, gecə saat 21 radələrində oğlu Emin yaşadığı evdən çıxıb özünə məxsus evə yola düşdükdən bir qədər sonra ona zəng edib, evlərindən çıxıb küçə ilə getdiyi zaman Dövlətin onunla rastlaşdığını və onunla mübahisə edib, üstünə hücum etdiyini demişdir. Bundan sonra küçəyə çıxıb Eminin evinə tərəf getməyə başlamış, Emin də yenidən həyətindən küçəyə çıxıb ona tərəf gəlmişdir. Həmin vaxt Dövlət yenidən küçədə onların qarşılarına çıxmış və Eminin onu izlədiyini deyib üstünə hücum edib, əlindəki balaca cib bıçağı ilə Eminin əlinə vurmuşdur. Emin isə qorxub həyətə qaçmışdır. Dövləti tutub Eminin arxasınca qaçmasına imkan verməməyə çalışdıqda o dönüb, yumruqla onun burun nahiyəsinə bir zərbə vurmuşdur. Həmin vaxt Dövlətin qaynatası Aşur küçəyə onların yanına gəlmiş və ona etdiyi hərəkətinə görə acıqlanmışdır. Ondan sonra Dövlət maşınına əyləşib oradan uzaqlaşıb getmişdir. Məhkəmədən Şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs2 izahatında göstərdi ki, Şəxs xeyli müddətdir ki, qonşuları Aşur Eyvazovun qızı ilə M.İbayev küçəsində yerləşən evdə yaşayır. Dövlətin psixi problemləri oİduğu üçün və əsəbi olduğundan onunla münasibət yaratmamağa ondan uzaq qalmağa çalışmışdır. 02 mart 2022-ci ıl tarixdə, saat 21 radələrində M.İbayev küçəsi 100 nvanında yerləşən valideynlərinin evindən çıxıb, öz evinə getdikdə Dövlət idarə etdiyi iaşınla küçədə yanından keçdikdə maşını saxlayıb yerə düşmüş və ünvanına nalayiq sözlər deyib, onun arxasınca düşdüyünü bildirmişdir. Onunla hər hansı bir işinin olmadığını, onu izləmədəyini öz yolu ilə evinə tərəf getdiyini desə də, Dövlət ona əhəmiyyət verməyib, onu qovmağa başlamışdr. Qorxub evinə qaçmışdır, anası Almasa zəng edib məlumat verdikdən sonra Dövlət əlindəki balaca cib bıçağı ilə onun əlinə vurmuş, o, da qorxub həyətə qaçmışdır. Geri qayıtdıqda Dövlətin yumruqla anası Almasın burun nahiyəsinə vurduğunu bilmişdir. Ondan sonra Dövlət maşınına əyləşib oradan uzaqlaşıb getmişdir. Məhkəmədən Şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış Lənkəran rayonlararası MTE və PA zona mərkəzinin xx.xx.2022-ci il tarixli, 204 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində sol gözaltı nahiyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bərk küt əşya ilə vurma nəticəsində əmələ gələ bilərdi, müddəti müayinədən 8-9 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış Lənkəran rayonlararası MTE və PA zona mərkəzinin xx.xx.2022-ci il tarixli, 206 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində sol said nahiyəsində sıyrıq aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bərk küt əşya ilə vurma nəticəsində əmələ gələ bilərdi, müddəti müayinədən 9-11 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X1 28 iyul 2022-ci il tarixli, **********3 nömrəli məktubundan görünür ki, Şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqliyyinin və konsitituiya quruluşunun müdafiəsi ilə əlaqədar İİİ dərəcə müharibə əlili kimi aylıq 120 manat sosial müavinat və 300 manat Prezident təqaüd alır. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış Azərbaycan Respublikası Medalının Vəsiqələrindən görünür ki, Şəxs “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs zərərçəkmişləri döyməsi zərərçəkmiş şəxslərin izahatları və məhkəmə iclasında araşdırılan digər sübutlarla təsdiqini tapmışdır. Məhkəmə Şəxs hazırkı inzibati xətanı törətməməsinə dair izahatını işin məhkəmədə müəyyən olunan faktiki hallarına uyğun olmayan və özünümüdafiə xarakerli izahat kimi qəbul edir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 44 günlük vətən müharibəsində iştirak etməsini, medallarla təltif edilməsini onun məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, zərərçəkmiş şəxslərlə münasibətlərini, eyni ərazidə qonşu kimi yaşamalarını, həmçinin məsuliyyətini yüngülləşdirən halları, habelə ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə Vəkil məhkəmədə iştirak etdiyi 1 (bir) saata görə 6 (altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Lənkəran Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 128-130 və 157ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Şəxs Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil göstərilən hüquqi yardıma görə cəmi 6 (altı) manat dövlət büdcəsindən tutularaq Lənkəran Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-698/2022
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-698/2022
01.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver