Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-699/2025 14.10.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, şikayət verən şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş 96/2-16020 nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbehvermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin rəis müavini Elçin Xasiyev tərəfindən qəbul edilmiş 96/2-16020 nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbehvermə haqqında qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə görə vətəndaş X3 barəsində hər biri 400 (dörd yüz) manat məbləğində olmaqla 2 inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. X3 həmin qərardan şikayət verib. Şikayətdə qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixində onun etibarnamə əsasında istifadəsində olan **-CE-*** qeydiyyat nişanlı, VAZ 21074 markalı minik maşını Lənkəran rayonu, Sütəmürdov kəndi ərazisində yol hərəkəti haqqında qanunun tələbləri pozmuş və ona EQ 27148687 və EQ 27148710 elektron qərar qəbul edilmişdir. O, həmin tarixdə Azərbaycan Respublikasının ərazisində olmadığından şikayət verib, Lənkəran Rayon Məhkəməsi şikayətini əsaslı olaraq araşdırmışdır. Lənkəran Rayon Məhkəməsi (hakim E.Əsgərov) xx.xx.2025-ci il tarixində 3(049)-494/2025 saylı qərar qəbul etmişdir. Qərarda onun barəsində tərtib edilmiş elektron qərarlar olan EQ 27148710 və EQ ********* qərarların ləğv edilməsi və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə göndərilməsi qeyd edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 3(049)-494/2025 saylı qərarı qanunini qüvvəsini almışdır. Sonra o, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə şikayət edərək həmin inzibati işin yenidən araşdırılmasını tələb etmişdir. 22 sentyabr 2025-ci il tarixində onun yaşadığı ünvana poçt vasitəsilə Baş X5 İdarəsinin rəis müavini Elçin Xasıyev tərəfindən 96/2-16020 nömrəli qərar göndərilmişdir. Həmin xx.xx.2025-ci il tarixli 96/2-16020 nömrəli qərarla onun istifadəsində olan “Vaz 21074” minik markalı **-CE-*** qeydiyyat nişanlı avtomobilə Azərbaycan Respublikasının İXM-nin 339.1-1 və 469.3-cü maddələrində nəzərdə tutulan inzibati xətalara yol verilməsi faktı müəyyən edilərək onu yenidən 400 manat olmaqla 2 inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Hazırda Baş X5nin sistemində barəsində 2 elektron qərar mövcuddur. Həmin qərarlar bunlardır: EQ27148687 və EQ27148710 nömrəli qərarlar. O, qanunsuz və əassız olaraq barəsində tətbiq edilən xx.xx.2025-ci il tarixli 96/2-16020 nömrəli tənbeh etmə haqqında qərardan narazıdır və bu şikayətlə məhkəməyə müraciət edir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X3 məhkəmə iclasında şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, barəsində qəbul edilmiş EQ27148687 və EQ27148710 nömrəli inzibati tənbehvermə haqqənda qərarların məzmunundan görünür ki, o, guya 06 aprel 2025-ci il tarixdə saat 04:55 radələrində idarə etdiyi **-CE-*** qeydiyyat nişanlı, VAZ 21074 markalı minik avtomobili ilə inzibati xəta törətmişdir. Lakin o, həmin tarixdə ümumiyyətlə Azərbaycan Respublikasında olmamışdır. Bunun təsdiqinə dair məhkəməyə sübut kimi ümumvətəndaş pasportunun surətini də vermişdir. Həmçinin o, Azərbaycan respublikasında olmadıqda ona məxsus olan avtomaşın qarajında qalmış və onu heç kəs idarə etməmişdir. Bu səbəbdən onun tərəfindən həmin qərarlarda göstərilən inzibati xətaların edilməsi absurddur. Bu səbəbdən barəsində qəbul edilmiş qərarın ləğv edilməsini və barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq inzibati xəta haqqında icraat aparan orqan Baş X6 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə sorğusuna baxmayaraq inzibati orqan inzibati xəta haqqında protokolun və qərarın tərtib edilməsinə əsas olmuş sübutları məhkəməyə təqdim etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsi dinləyib, həmçinin iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin rəis müavini Elçin Xasiyev tərəfindən qəbul edilmiş 96/2-16020 nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbehvermə haqqında qərar ləğv edilərək, X1 barəsində EQ27148687 və EQ27148710 nömrəli inzibati xəta haqqında protokollar əsasında başlanmış inzibati xəta haqqın işin icraatına xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: EQ-27148687 №-li xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə qərardan görünür ki, X3 06 aprel 2025-ci il tarixdə saat 04:55 radələrində idarə etdiyi **-CE-*** qeydiyyat nişanlı, VAZ 21074 markalı minik avtomobil ilə inzibati xəta törətmişdir və o, AR İXM-nin 339.1-1 və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 400 manat inzibati cərimə edilmişdir. EQ-27148710 №-li xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə qərardan görünür ki, X3 06 aprel 2025-ci il tarixdə saat 04:55 radələrində idarə etdiyi **-CE-*** qeydiyyat nişanlı, VAZ 21074 markalı minik avtomobil ilə inzibati xəta törətmişdir və o, AR İXM-nin 496.3 və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 400 manat inzibati cərimə edilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(049)-494/2025 saylı qərarından görünür ki, həmin qərarla X1 şikayəti qismən təmin edilərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin EQ27148687 №-li xx.xx.2025-ci il tarixli, EQ-27148710 №-li xx.xx.2025-ci il tarixli və EQ27148710 №-li xx.xx.2025-ci il tarixli elektron qərarları ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin rəis müavini Elçin Xasiyev tərəfindən qəbul edilmiş 96/2-16020 nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbehvermə haqqında qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə görə vətəndaş X3 barəsində hər biri 400 (dörd yüz) manat məbləğində olmaqla 2 inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixdə «VAZ-21074» markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1 və 469.3-cü maddələrində nəzərdə tutulan inzibati xətalara yol verilməsi faktları üzrə Baş X5 İdarəsinin mərkəzi informasiya sisteminə ötürülmüş məlumatlar əsasında vətəndaş X3 barəsində inzibati xəta haqqında işlər üzrə icraat başlanmışdır. Qeyd olunan işlərə baxılarkən sonuncunun nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırıldığı müəyyən olunaraq barəsində Məcəllənin 332.3-cü maddəsilə EQ/27148687, EQ/27148710 nömrəli inzibati tənbeh vermə haqqında qərarlar qəbul olunmuşdur. Vətəndaş A.Şükürov həmin qə rarlardan Lənkəran Rayon Məhkəməsinə şikayət vermiş və məhkəmə işlərə baxaraq qeyd olunan qərarların ləğv edilməsi və həmin inzibati xəta haqqında işlərin yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməsi barədə qərarlar qəbul etmişdir. İnzibati xəta haqqında işlərə yenidən baxılarkən yol hərəkəti qayda pozuntuları tam olaraq sübuta yetirilmiş, Baş X5 İdarəsinin mərkəzi informasiya sistemində nəqliyyat vasitəsinin vətəndaş A.Şükürovun istifadəsində olması müəyyən edilmiş, habelə həmin dövr üçün onun nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırıldığı təsdiqini tapmışdır. C seriyalı, 05238938 nömrəli ümumvətəndaş pasportunun surtindən görünür ki, həmin pasport xx.xx.1982-ci il təvəllüdlü X2 məxsusdur. Pasportun 3-cü səhifəsində olan ştamplardan görünür ki, Amil Şükürov xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək Azərbaycan Respublikasının ölkə hüdudlarından kənarda olmuşdur. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş “şəxsin sərhədkeçməsi barədə” məlumatdan görünür ki, X3 xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının ölkə hüdudlarından kənara getmişdir və xx.xx.2025-ci il tarixdə geri qayıtmışdır. Məhkəmə baxışı zamanı işin faktiki hallarından müəyyən edildi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin vəzifəli şəxsi tərəfindən tərtib edilmiş EQ-27148687 №-li xx.xx.2025-ci il tarixli və EQ-27148710 №-li xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokollarda X3 tərəfindən 06 aprel 2025-ci il tarixdə saat 04:55 radələrində idarə etdiyi **-CE-*** qeydiyyat nişanlı, VAZ 21074 markalı minik avtomobil ilə inzibati xəta törətməsi qeyd edilsə də o, xx.xx.2024-cü il tarixdən xx.xx.2025ci il tarixədək Azərbaycan Respublikasının ölkə hüdudlarından kənarda olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Məhkəmə şikayət ərizəsini iş üzrə təqdim edilmiş sübutlar əsasında araşdıraraq müəyyən etdi ki, Baş X6 İdarəsinin vəzifəli şəxsi tərəfindən X1 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən onu sübutlarla əsaslandarmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilən hüquq normalarının ümumi məzmunundan, həmin normalarda təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin mahiyyətindən də göründüyü kimi, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Qanunvericiliyin tələblərinə əsasən şəxsin hər hansı inzibati xətanı törətmiş olması, onun əməlində inzibati xətanın tərkibinin inzibati xəta hadisəsinin mövcud olması faktı həmin şəxsin özü tərəfindən deyil, inzibati xəta haqqında protokolu tərtib etmiş və həmin inzibati xəta haqqında işə baxmaq səlahiyyəti olan orqan tərəfindən sübuta yetirilməlidir və bunu sübut etmək vəzifəsi həmin orqanın üzərinə düşür. Bu faktın sübuta yetrilməməsi isə şəxsin əməlində inzibati xəta tərkibinin ehtimal olunması əsası ilə onun inzibati məsuliyyətə cəlb edilməsi halını istisna edir. Bundan başqa, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr də onun xeyrinə həll olunur. Hazırki iş üzrə də X1 əməlində inzibati xəta tərkibinin olması faktının sübuta yetirilməsi vəzifəsi inzibati xəta haqqında protokolu tərtib etmiş və həmin inzibati xəta haqqında işə baxmaq səlahiyyəti olan orqanın üzərinə düşür. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi, inzibati xəta hadisəsinin və inzibati xəta tərkibinin yaranması ilk növbədə hüquqazidd olan, təqsirli sayılan (qəsd və ya ehtiyatsızlıq) hərəkət və ya hərəkətsizliyin mövcudluğunu özündə ehtiva edir. Azərbaycan Respublikası İXM-nin 53.1.1 və 53.1.2-ci maddələrinin məzmununa görə inzibati xəta hadisəsi olmadıqda; inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda (bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması) qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara gəlir ki, X1 şikayəti təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 8, 53, 128-137-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: X1 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin rəis müavini Elçin Xasiyev tərəfindən qəbul edilmiş 96/2-16020 nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbehvermə haqqında qərar ləğv edilsin və X1 barəsində Baş X6 İdarəsinin əməkdaşı tərəfindən trtib edilmiş EQ27148687 və EQ27148710 nömrəli inzibati xəta haqqında protokollar əsasında başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(049)-699/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-699/2025
14.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver