Məhkəmə qərarları › İş №3(049)-7/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-7/2023

27.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-7/2023 27.01.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim İsayev Mütəllim Allahverdi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadıyev İsaq Sabir oğlunun katibliyi, Lənkəran rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Lənkəran rayonu, Nərimanabad qəsəbəsində qeydiyyatda olmaqla orada yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsi ilə təqsirləndirilməsi barədə Lənkəran rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Lənkəran rayon İcra və Probasiya şöbəsindən Lənkəran rayon məhkəməsinə Şəxs barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 24 yanvar 2022-ci il tarixdə tərtib edilmiş MN seriyalı ******* saylı protokol əsasında materiallar daxil olmuşdur. Həmin materiallardan məlum olur ki, Binəqədi rayon məhkəməsinin 2(001)-361/2020 saylı, xx.xx.2020-ci il tarixli məhkəmə qətnaməsinin icrası ilə əlaqədar borclu Şəxs tələbkar «X5 Management Services»” MMC-yə 13890 manat borcu var. Şəxs icra məmurunun qanuni tələbərini qərəzli olaraq icra etmir və məhkəmə qətnaməsini icra etməkdən yayınır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Binəqədi rayon məhkəməsinin 2(001)-361/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən məlumati var. Həmin qətnamədə «X5 Management Services»” MMC-yə 13890 manat pul ödəməsi göstərilmişdir. O, qətnamə üzrə olan borcu qəbul etmədiyindən və maddi imkanı olmadığından pulu ödəməmişdir. Məhkəmə iclasında Lənkəran rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 bildirmişdir ki, Binəqədi rayon məhkəməsinin 2(001)-361/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin tələbinə əsasən Şəxs cəmi 13890 manat pul tutularaq «X5 Management Services»” MMC-yə ödənilməlidir. Həmin icra sənədinin icrası üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya icra sənədinin könüllü icrası ilə bağlı bildiriş göndərilmişdir. Borclu Məmmədov X2 rayon İcra və Probasiya şöbəsinə gəldikdən sonra onun izahatı alınaraq qanunun tələbləri ona izah edilmiş və borcu ödəmədiyi təqdirdə məsuliyyət daşıyacağı izah edilmişdir. Borclu Şəxs hazırda tələbkara 13890 manat borcu yaranmışdır və həmin borcunu ödəməkdən o, yayındığı üçün bu barədə protokol tərtib olunaraq məhkəməyə təqdim olunmuşdur. Məhkəmə, iclasda tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Qeyd olunan inzibati xətanın törədilməsi barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs bu əməldə təqsiri özünün və icra məmurunun izahatı, inzibati xəta haqqında tərtib edilmiş protokol və digər sənədlərlə tam sübuta yetirildi. Ona görə də Şəxs həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Belə ki, iş materiallarında olan Binəqədi rayon məhkəməsinin 2(001)-361/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin tələbinə əsasən cavabdeh Şəxs 13890 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu «X5 Management Services»” MMC-nin xeyrinə tutulmalıdır. İş materiallarında olan Lənkəran rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 xx.xx.2021-ci il tarixli icraata başlamaq barədə qərarının surətindən görünür ki, Binəqədi rayon məhkəməsinin 2(001)-361/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi icraata qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına, inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş Şəxsnın şəxsiyyətini, xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51 və 109-118-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın icrası Lənkəran rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində inzibati xəta haqqında iş üzrə Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mütəllim İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar