Məhkəmə qərarları › İş №3(049)-702/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-702/2025

23.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-702/2025 23.10.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi və barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi Nümayəndə iştirakı ilə Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyənetdi: X2 Xidmətinin Lənkəran - Astara regional şöbəsi tərəfindən tərəfindən 25 sentyabr 2025ci il tarixdə Şəxs barəsində MN seiyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda və ona əlavə edilmiş sənədlərdə qeyd edilmişdir ki, X2 Xidmətinin Lənkəran- Astara regional şöbəsi tərəfindən “Əmək və məşğulluq” altsisteminə keçirilən baxış zamanı "xxxx" MMC-də elektron sənəd formasına keçirilməyən əmək müqavilələrinin olduğu müəyyən edilmişdir. Qeyd olunaniarı nəzərə alaraq X2 Xidmətinin Lənkəran - Astara regional şöbəsinin xx.xx.2025-ci il tarixli 3-17-5/2-69799/2025 nömrəli icrası məcburi göstəriş məktubu ilə "xxxx" MMC-dən 10 (on) iş günü müddətində qüvvədə olan işçilərin əmək müqavilələrinin qanunvericiliyə əsasən elektron sənəd formasına keçirilməsini təmin edib, nəticəsi barədə X2 Xidmətinin Lənkəran- Astara regional şöbəsinə məlumat verilməsi tələb olunumuşdur. Məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1.1-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın (X2 Xidmətinin) icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində,hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Lakin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən X2 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin xx.xx.2025-ei il tarixli 3-17-5/2- 69799/2025 nömrəli icrası məcburi göstərişin yerinə yetirilməməsi halı İnzibati Xətalar Məcəlləsinin 539.1.1-ci maddəsində nəzərdə tutulmuş xətaya səbəb olmuşdur. Nəticədə X2 Xidmətinin Lənkəran-Astara regional şöbəsində hüquqi şəxs kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1.1-cü maddəsi ilə xx.xx.2025-ci il tarixində MN ******* nömrəli İnzibati xəta haqqında Protokol tərtib olunmuşdur. İşin məhkəmə baxışının vaxtı və yeri barədə X2 Xidmətinin Lənkəran - Astara regional şöbəsi lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahatında bildirdi ki, X2 Xidmətinin Lənkəran - Astara regional şöbəsi trəfindən ona müvafiq icrası məcburi göstəriş 21 sentyabr 2025-ci il tarixdə poçt rabitəsi vasitəsilə çatdırılmışdır. Bundan əvvəl həmin inzibati orqan tərəfindən heç bir sənəd Şəxs MMC-yə daxil olmamışdır. Həmin Göstəriş onların ünvanına daxil olduqdan sonra icrası üçün həmin göstərişdə qeyd edilən 10 iş günü keçməmiş qeyd edilən tələblərə riayət edilərək nöqsanlar aradan qaldırılmışdır. Lakin iş materiallarından görünür ki, Şəxs MMC-nin barəsində X2 tərəfindən inzibati xəta haqqında protokol sözügedən göstərişin təqdim edildiyi gündən 10 gün keçməmiş tərtib edilmişdir. Odur ki, həmin protokol tamamilə əsassız olaraq tərtib edilmişdir. Qeyd edilənlərə əsasən, hesab edir ki, Şəxs MMC tərəfindən İXM-nin 539.1-1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X2 Xidmətinin Lənkəran - Astara regional şöbəsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli “İcrası məcburi göstəriş”dən görünür ki, həmin göstərişlə "xxxx" MMCdən 10 (on) iş günü müddətində qüvvədə olan işçilərin əmək müqavilələrinin qanunvericiliyə əsasən elektron sənəd formasına keçirilməsini təmin edib, nəticəsi barədə X2 Xidmətinin Lənkəran- Astara regional şöbəsinə məlumat verilməsi tələb olunumuşdur. Poçt xəbərnaməsindən görünür ki, X2 Xidmətinin Lənkəran - Astara regional şöbəsi tərəfindən Şəxs MMC-yə - ünvan 2 ünvanına göndərilmiş xx.xx.2025-ci il tarixli poçt göndərişi xx.xx.2025-ci il tarixdə Nümayəndə tərəfindən qəbul edilərək, o, həmin sənədi alması barədə xəbərnaməni imzalamışdır. İş materiallarına X2 Xidmətinin Lənkəran - Astara regional şöbəsi tərəfindən Şəxs MMCyə - X1 adına – ünvan 3 ünvanına göndərilmiş xx.xx.2025-ci il tarixli poçt göndərişinə dair xəbərnamə əlavə edilməsinə baxmayaraq, həmin xəbərnamədə poçt göndərişinin kimin qəbul etməsi barədə məlumat və imza mövcud deyildir. Beləliklə, işin məhkəmə baxışı zamanı müəyən edilmişdir ki, X2 Xidmətinin Lənkəran - Astara regional şöbəsi tərəfindən Şəxs MMC-yə 10 (on) iş günü müddətində qüvvədə olan işçilərin əmək müqavilələrinin qanunvericiliyə əsasən elektron sənəd formasına keçirilməsini təmin edib, nəticəsi barədə X2 Xidmətinin Lənkəran- Astara regional şöbəsinə məlumat verilməsi barədə xx.xx.2025-ci il tarixli “İcrası məcburi göstəriş” ünvanlanmış, həmin göstəriş Şəxs MMC-yə xx.xx.2025-ci il tarixdə poçt rabitəsi vasitəsilə çatdırılmışdır. X2 Xidmətinin Lənkəran - Astara regional şöbəsi tərəfindən Şəxs MMC-nin barəsində AR İXM-nin 539.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol xx.xx.2025-ci il tarixdə, göstəriş təqdim edildikdən 4 (dörd) gün sonra, yəni göstərişin icra müddəti başa çatmamış tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinin məzmununa əsasən, Əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə – vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, X2 Xidmətinin Lənkəran - Astara regional şöbəsi tərəfindən tərəfindən tərtib edilmiş 25 sentyabr 2025-ci il tarixli, MN seiyalı, ******* saylı inzibati xəta haqqında protokola əsasən, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilən hüquq normalarının ümumi məzmunundan, həmin normalarda təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin mahiyyətindən də göründüyü kimi, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Qanunvericiliyin tələblərinə əsasən şəxsin hər hansı inzibati xətanı törətmiş olması, onun əməlində inzibati xətanın tərkibinin inzibati xəta hadisəsinin mövcud olması faktı həmin şəxsin özü tərəfindən deyil, inzibati xəta haqqında protokolu tərtib etmiş və həmin inzibati xəta haqqında işə baxmaq səlahiyyəti olan orqan tərəfindən sübuta yetirilməlidir və bunu sübut etmək vəzifəsi həmin orqanın üzərinə düşür. Bu faktın sübuta yetrilməməsi isə şəxsin əməlində inzibati xəta tərkibinin ehtimal olunması əsası ilə onun inzibati məsuliyyətə cəlb edilməsi halını istisna edir. Bundan başqa, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr də onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi, inzibati xəta hadisəsinin və inzibati xəta tərkibinin yaranması ilk növbədə hüquqazidd olan, təqsirli sayılan (qəsd və ya ehtiyatsızlıq) hərəkət və ya hərəkətsizliyin mövcudluğunu özündə ehtiva edir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması istisna edildiyinə görə o, X2 Xidmətinin Lənkəran - Astara regional şöbəsi tərəfindən tərəfindən tərtib edilmiş 25 sentyabr 2025-ci il tarixli, MN seiyalı, ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilən əmələ görə inzibati məsuliyyət daşımır. Azərbaycan Respublikası İXM-nin 53.1.1 və 53.1.2-ci maddələrinin məzmununa görə inzibati xəta hadisəsi olmadıqda; inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara gəlir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 8, 53, 128-137-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar