Məhkəmə qərarları › İş №3(049)-706/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-706/2025

30.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-706/2025 30.09.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: X9, Protokol tərtib edən şəxs: Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs, Müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X2, Zərərçəkmiş şəxs: X3 iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Lənkəran rayonu, Havzava kəndində doğulmuş Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Lənkəran rayonu, Havzava kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan (FİN:xxxxxxx) Şəxs barsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş Lənkəran Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi̇ : Lənkəran Rayon İcra və Probasiya şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib edilmiş 30 sentyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı protokol əsasında materiallar Lənkəran Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Əliyev X6 Rayon Məhkəməsinin 2(049)- 1478/2021 saylı və 8(049)-209/2025 saylı icra sənədlərinə əsasən 1768 manat aliment borcunu ödəməmişdir. Məhkəmə iclasında iştirak edən Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(049)-1478/2021 saylı icra sənədinə əsasən tərəflərin birgə nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X12 və 02 noyabr 2015-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay bir uşaq üçün 130 manat olmaqla cəmi 260 manat sabit pul məbləğində alimenti, borclu Şəxs tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Eyni zamanda Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(049)-209/2025 saylı icra sənədinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X12 və 02 noyabr 2015-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Şəxs hər ay hər uşağa görə minimum əmək haqqı məbləğinin 0,52 misli miqdarında aliment tutularaq tələbkar X4 verilməlidir. Hər iki icra sənədləri üzrə xx.xx.2023-cu il taixli və xx.xx.2025-ci il tarixli qərarlarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu borcunu könüllü təmin etməmiş və icranı təmin edilməməsi barədə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməmişdir. Bundan başqa, borclunun mülkiyyətində hər hansı daşınar və ya daşınmaz əmlakının, banklarda hesablarının olubolmaması, sığorta olunan və ya pensiyaçı kimi qeydiyyata alınıb-alınmaması barədə müvafiq orqanlara sorğular göndərilmiş və hər hansı əmlakı və digər növ gəlirləri aşkar edilməmişdir. Hazırda tərəflər arasında razılıq əldə edilməsini nəzərə alaraq borclu barəsində qəbul ediləcıək qərarın məhkəməsinin mülahizəsinə verdiyini bildirdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X7 bildirdi ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs ilə 2021-ci ildə boşansa da, bir müddət birlikdə yaşamışlar, lakin 2023-cü ildə yenidən ayrılmışlar və həmin tarixdən aliment tələb etməyə başlamışdır. Borclu alimenti ödəmiş və borcu olduğu 2500 manat məbləğində borcunu da birdəfəyə ödəmişdir. Borclu hazırda uşaqlarını hər gün məktəbə aparır, gündəlik xərclərini qarşılayır, lakin borclunun ona Yanvar ayının alimenti və indeksasiyadan sonra olan müddətdəki aliment borcu qalmışdır. O, özü işləsə də, uşaqların tələbatını ödəyib çatdıra bilmir. Məhkəmədən barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs cərimə edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, hazırda işləmir, arada taksi fəaliyyəti ilə məşğul olur. Aliment borcunu daim ödəmişdir, hətta yığılmış aliment borcunu Rabitəbankdan kredit götürüb tam olaraq ödəmişdir. O, uşaqları ilə daim maraqlanır, uşaqlarını hər gün məktəbə aparıbgətirir, gündəlik xərclərini qarşılayır. Aliment indeksasiya olunduqdan sonra isə ödəniş edə bilməmiş, lakin yaxın müddətdə həmin aliment borcunu da tam olaraq ödəyəcəkdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi X2 barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi, müdafiəçini və icra məmurunu dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Şəxsnın barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış Lənkəran Rayon Məhkəməsinin 2(049)-1478/2021 saylı, saylı icra sənədinə əsasən tərəflərin birgə nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X12 və 02 noyabr 2015-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay bir uşaq üçün 130 manat olmaqla cəmi 260 manat sabit pul məbləğində alimenti, borclu Şəxs tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Eyni zamanda Lənkəran Rayon Məhkəməsinin 8(049)-209/2025 saylı icra sənədinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X12 və 02 noyabr 2015-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Şəxs hər ay hər uşağa görə minimum əmək haqqı məbləğinin 0,52 misli miqdarında aliment tutularaq tələbkar X4 verilməlidir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış qərardan görünür ki, icra sənədi üzrə xx.xx.2023-cu il taixli və xx.xx.2025-ci il tarixli qərarlarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmişdir. İXM-nin 528.1-ci maddəsinin dispozisiyasına görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Göründüyü kimi, icra məmuru tərəfindən hər hansı qanuni tədbir görülməsi məhkəməyə müəyyən deyil və buna görə də, Şəxs icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilməsi istisna edilir. Eləcə də, məhkəməyə təqdim edilmiş materialdan görünür ki, borclu hazırkı vaxtadək 12480 manatdan çox aliment ödəmişdir. Şəxs borcun ödəməkdən yayınmağı ilə bağlı məhkəməyə sübut təqdim edilməmiş, əksinə sonuncun uşaqları ilə daim maraqlanmağı, gündəlik xərclərini qarşladığı müəyyən edilmiş, habelə aliment borcunun ödənilməsi ilə bağlı Rabitəbank ASC-dən kredit götürməsi də elektron məhkəmə sistemindəki çıxarışla da öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi əsası ilə də inzibati məsuliyyətə cəlb edilməsi istisna edilir. Qeyd olunanlardan aydın olur ki, Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin normaların tələbləri baxımdan məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında protokolda göstərilən hal üzrə inzibati xəta hadisəsi mövcud deyildir. İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə yuxarıda qeyd olunanlara və iş materiallarına əsasən belə nəticəyə gəlir ki, Şəxs barəsində İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından onun barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 48-51, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar