Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-707/2025 29.10.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi ilə, Hüquqi şəxs Şəxs (bundan sonra MMC-nin) barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin X1 vəzifəli şəxsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXMnin) 539.1-1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti X1 vəzifəli şəxsi tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsi ilə tərtib edilmiş 25 sentyabr 2015-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolu baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmış inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin X1 vəzifəli şəxsi və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin X1 vəzifəli şəxsi və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin X3 tərəfindən Lənkəran Rayon Məhkəməsinə göndərilmiş 3-17-5/2- 94111/2025 saylı məktuba əsasən Şəxs MMC tərəfindən inzibati xəta halı aradan qaldırıldığı üçün, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti X1 vəzifəli şəxsi tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsi ilə tərtib edilmiş 25 sentyabr 2015-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun və ona əlavə edilmiş materialların X2 geri qaytarılması xahiş edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin X3 tərəfindən məhkəməyə daxil olmuş məlumat əsasında müəyyən edildi ki, Şəxs MMC tərəfindən X6 Xidmətinin X1 xx.xx.2025-ci il tarixli 3-17-5/2-68503/2025 nömrəli icrası məcburi göstərişinin icra edilməməsi halı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya səbəb olmuşdur. Bu hal Şəxs MMC-nin direktoru X4 vəzifə funksiyalarına aid olunduğundan barəsində xx.xx.2025-ci il tarixində tərtib olunmuş MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərar qəbul edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 10(on) gün müddət təyin edilmişdir. Şəxs MMC-nin rəhbərliyinin X6 Xidmətinin X2 təqdim etdiyi xx.xx.2025-ci il tarixli 01 nömrəli məktubunda göstərilmişdir ki, qanunvericiliyə əsasən bütün işçilərin əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi təmin edilmişdir. Bu hal Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemində təsdiqini tapmışdır. Başqa sözlə, Şəxs MMC tərəfindən inzibati xəta halı aradan qaldırılmışdır. Ona görə də 25 sentyabr 2015-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun və ona əlavə edilmiş materialların X2 geri qaytarılması xahiş edilmişdir. Məhkəmə hesab edir ki, bu halın mövcudluğu özü-özlüyündə protokola mahiyyəti üzrə baxılmasını istisna edir. Ona görə də məhkəmə protokol və ona əlavə edilmiş sənədlərin onu tərtib edən orqana qaytarılmasını qanunamüvafiq hesab edir. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti X3 tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 539.1-1-ci maddəsi ilə tərtib olunmuş 25 sentyabr 2015-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №3(049)-707/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-707/2025
29.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver