Məhkəmə qərarları › İş №3(049)-708/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-708/2025

01.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-708/2025 01.10.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 18:30 Hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X11, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs: Lənkəran Rayon Polis Şöbəsinin polis sahə rəisi polis leytenantı X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs, Müdafəçi: Lənkəran Rayon Vəkil Bürosuda fəaliyyət göstərən vəkil X8, Zərəçəkmiş şəxs: X3 iştirakları ilə, 13 avqust 1988-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər- Rayon Polis Şöbəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər Rayon Polis Şöbəsinin 01 oktyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərardadı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün inzibati təhbeh tədbiri tətbiq olunması üçün material məhkəməyə göndərilmişdir. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin 01 oktyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, Şəxs 27 sentyabr 2025 -ci il tarixdə, saat 18:00 radələrində Lənkəran rayonu, Şilavar yolu ərazisində əvvəllər tanıdığı İbrahimova Rüfanənin qarşısına kəsərək ünvanına nalayiq ifadələr işlətmiş, xx.xx.2025-ci il tarixdə Lənkəran ŞRPŞ-də izahatı alınarkən xidməti otaqda İbrahimova Rüfanəni nalqyiq ifadələrlə təhqir edərək polis əməkdaşlarının qanuni göstərişlərinə əməl etməyərək xırda xuliqanlıq etmişdir. Bununla da, Şəxs tərəfindən İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş X7 göstərdi ki, Lənkəran Rayon Polis X2 Bölməsində polis sahə rəisi vəzifəsində işləyir. xx.xx.2025-ci tarixdə saat 10:00 radələrində Lənkəran şəhər Ü.Hacıbəyov küçəsi döngə 2,üv ev 7-də qeydiyytda olmaqla yaşayan Şəxs barəsində araşdırma materialı ilə əlaqədar lənkəran ŞRPŞ-nin 306 nömrəli xidməti otağında olan zaman qarçı tərəf X3 ünvanına ardıcıl formada davamedici şəkildə söyərək ictimai qaydanı kobud şəkildə pozmuşdur.Bu zaman xidməti otaqda olan digər polis əməkdaşları onu nizam intizama dəvət etsədə o,polis əməkdaşlarının qanuni tələbinə tabe olmamış və öz hərəkətlərini daha aqresiv formada davam etdirmişdir.Sonrada məlum olmuşdur ki,Şəxs,əvvəllərdə tanışı X4 qarşı analoji hərəkətlərə yol mermişdir.Şəxs cəmiyyətə açıqca hörmətsizlik edən hərəkətlərə yol verməklə qəsdən polisin qanuni tələblərinə tabe olmayaraq inzibati xəta əməlini törətmişdir.Qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərəçəkmiş şəxs X9 göstərdi ki, Şəxs onu uzun müddətdir ki tanıyır. Onu son 5 aydır ki narahat edir, ona votsap vasitəsi ilə və müxtəlif nömrələrdən zəng edərək onu və valideynlərini təhqir edir. Onun adından saxta profillər açaraq onu sosial şəbəkələrdə rüsvay edəcəyi barədə hədələyir. 27 sentyabr 2025-ci il tarixdə saat 06:00 radələrində işdən evə qayıdarkən qarşısına çıxaraq eyni hərəkətlərini davam etmişdir. Bugün, yəni 01 oktyabr 2025-ci il tarixdə, saat 10 radələrində Lənkəran ŞRPŞ-də olduğu vaxt izahatı alınarkən də onu təhqir etmiş və nalayiq ifadələr işlətmişdir. Odur ki, Şəxs hərəkətlərinə son qoyulmağını və barəsində inzibati həbs tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs göstərdi ki, X5 5 ildir ki, tanıyır və onunla qeyri rəsmi münasibəti olmuş. O, Rufanəyə telefon vasitəsi ilə zəng edərək ailə üzvələrinin tutduracağı ilə bağlı təhdid etmişdir. Rufanə isə ona cavabında mənə heçnə edə bilməzsən demişdir. Rufanə isə ondan polisə şikayət etmişdir. LŞRP-da Rufanə ilə üz üzə gələn zaman əsəbdən ona nalayiq ifadələr işlətmiş, daha sonra polis əməkdaşları onu sakitləşdirmişlər. Barəsində olan icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən müdafiəçi X8 barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində heç bir inzibati xəta tərkibi olmadığını nəzərə alıb icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid X6 izahatında göstərdi ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin İTB-nın polis sahə rəisi vəzifəsində xidmət edir. xx.xx.2025-ci il tarixdə saat 10:00 radələrində Lənkəran ŞRPŞ-nin imzibati binasının 306 nömrəli inzibati otağına olan zaman izahat vermək üçün dəvət olunmuş adını sonradan bildiyi X1 adlı qadının ünvanına əsəbi şəkildə uca səslə nalayiq idadələr işlədərək ictimai qaydanı pozmuşdur. Bu zaman onu sakitləşməyə dəvət etsələr də, həmin şəxs əməllərinə davam etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X14 izahatında göstərdi ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin İTB-nın polis sahə rəisi vəzifəsində xidmət edir. xx.xx.2025-ci il tarixdəŞsaat 10:00 radələrində Lənkəran ŞRPŞ-nin imzibati binasının 306 nömrəli inzibati otağına olan zaman izahat vermək üçün dəvət olunmuş adını sonradan bildiyi X1 adlı qadının ünvanına əsəbi şəkildə uca səslə nalayiq idadələr işlədərək ictimai qaydanı pozmuşdur.Bu zaman onu sakitləşməyə dəvət etsələr də, əməllərinə davam etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 01 oktyabr 2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci tarixdə saat 10:00 radələrində Lənkəran şəhər Ü.Hacıbəyov küçəsi döngə 2, ev 7-də qeydiyytda olmaqla yaşayan Şəxs barəsində araşdırma materialı ilə əlaqədar Lənkəran ŞRPŞ-nin 306 nömrəli xidməti otağında olan zaman qarşı tərəf X3 ünvanına ardıcıl formada davamedici şəkildə söyərək ictimai qaydanı kobud şəkildə pozmuşdur. Bu zaman xidməti otaqda olan digər polis əməkdaşları onu nizam intizama dəvət etsədə o,polis əməkdaşlarının qanuni tələbinə tabe olmamış və öz hərəkətlərini daha aqresiv formada davam etdirmişdir. Sonrada məlum olmuşdur ki, Şəxs əvvəllər də tanışı X4 qarşı analoji hərəkətlərə yol vermişdir. Şəxs cəmiyyətə açıqca hörmətsizlik edən hərəkətlərə yol verməklə qəsdən polisin qanuni tələblərinə tabe olmayaraq inzibati xəta əməlini törətmişdir İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Lənkəran Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Daxili İşlər Nazirliyin Vahid Məlumat- Axtarış Sistemindən (VMAS) sorğu aparılmış nəticədə Şəxs heç bir növ pensiya və müavinət almadığı müəyyən olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Lənkəran Şəhər Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Lənkəran şəhər Ü.Hacıbəyov küçəsi 2, ev 7-də qeydiyytda olmaqla yaşayan Şəxs barəsində Lənkəran Şəhər Polis Şöbəsinin Növbətçi hissəsində yığılan inzibati kartotektasında son bir il ərzində heç bir məlumat daxil olmamışdır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmışdır. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, .......cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi (köhnə redaksiyada) ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 27 sentyabr 2025-ci il tarixdə saat 18 radələrində ictimai yer hesab olunan Lənkəran rayonu, Şilavar kəndində və 01 oktyabr 2025-ci il tarixdə, saat 10 radələrində Lənkəran ŞRPŞ-nin inzibati binasından ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək nalayiq ifadələr, həmçinin söyüşlər işlətmiş, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq nümayiş etdirmiş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verməklə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qeyd olunan hərəkətlərin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, məhkəmə iclasında dindirilmiş şahidlər və tədqiq edilmiş sənədlərlə tam təsdiq edilmişdir. Buna baxmayaraq, məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilməmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-nin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyəti yüngülləşdirən hal müəyyən edilməmişdir. İXM-nin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İXM-nin 3, 4, 6.1, 9.1, 12.1 və 21-ci maddələrinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, işin faktiki hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 31.4, 34.3, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1, 510 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbs müddətinin əvvəli 01 oktyabr 2025-ci il tarixdən, saat 18:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar