Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-709/2025 15.10.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi və Azərbaycan Dövlət Su X5 Suların İstifadəsinə və X7 Xidməti 5 Saylı X1 nümayəndəsi X2 iştirakı ilə Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında Suların İstifadəsinin və X6 Xidməti 5 saylı Lənkəran - Astara Regional bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında Suların İstifadəsinin və X6 Xidməti 5 saylı Lənkəran - Astara Regional bölməsindən daxil olmuş MN seriyalı ******* saylı 26 sentyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərin məzmununda qeyd edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxs Şəxs MMC (VÖEN: **********) tərəfindən 25 sentyabr 2025-ci il tarixdə tullantı sularının kənara təyinatsız axıdılması aşkar edilmişdir. Bununla da Şəxs MMC tərəfindən AR İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokolu tərtib etmiş inzibati orqanın əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli 001047 nömrəli aktda qeyd edilmişdir ki, ADSEA yanında suların istifadəsinə və X7 Xidmətinin 5 saylı X1 22 sentyabr 2025-ci il tarixli 24 saylı sərəncamı əsasında,biz 5 saylı X1 əməkdaşları Lənkəran Şəhəri, 20 yanvar küçəsi, 71 ünvanında yerləşən "xxxx" MMC-nin yerləşdiyi ərazidə monitorinq apardıq. Monitorinq zamanı "xxxx" MMC tərəfindən tullantı sularının təyinatsız axıdılması müşahidə edildi. Tullantı sularının təyinatsız axıdılması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3 maddəsinə əsasən inzibati xəta yaradır. Məsələ ilə bağlı "xxxx" MMC-nin nümayəndəsinə məlumat verildi və nümayəndənin iştirakı ilə tullantı sularının axıdıldığı yerlərdən video və foto şəkillər çəkildi. "xxxx" MMC 312094; ******* koordinatlarında yerləşir. Tullantı sularının axıdılması ilə bağlı izahat və fotoşəkillər akta əlavə olunur. İş materiallarında olan inzibati xəta haqqında icraat zamanı barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktor müavini X8 izahatında qeyd etmişdir ki, onun iştirakı ilə monitorinq keçirildi. Monitorinqin nəticəsində "xxxx" MMC-nin tullantı sularının təyinatsız kənara axıdılması müəyyənləşdirilib. Qeyd olunan pozuntunun tezliklə aradan qaldırılmasını öhdəsinə götürür. Hazırda "xxxx" MMC -də kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılmışdır və yaxın zamanlarda bu quraşdırılma işlərinin başa çatması planlaşdırılır. Monitorinqin keçirilməsinə etirazı yoxdur. İş materiallarında olan inzibati xəta haqqında icraat zamanı barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Təsərrüfat şöbəsinin müdiri X3 izahatında qeyd etmişdir ki, onun iştirakı ilə Şəxs MMC-nin kanalizasiya sisteminə baxış keçirildi. Baxış zamanı Şəxs MMC-nin tullantı sularının Şəxs MMC-nin yaxınlığından keçən yağış, qar sularının axıdılması üçün nəzərdə tutulmuş kanala axıdılması müəyyən edildi. Monitorinqin keçirilməsinə tərəflərdən etiraz olunmadı. Tərəflərindən Şəxs MMC-nin tullantı sularının axıdılması üçün yeni kanalizasiya şəbəkəsi çəkilmişdir və bir zaman da həmin kanalizasiya sisteminin mərkəzi kanalizasiya sisteminə birləşdirilməsi planlaşdırılır. Məhkəmə iclasında baxış keçirilməklə tədqiq edilən inzibati xəta haqqında protokola sübut kimi əlavə edilmiş CD diskdə olan video və foto görüntülərdən də inzibati xəta haqqında protokolda qeyd edilən faktlar müıyyən edildi. İnzibati xəta haqqında protokolu tərtib edən orqan Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında Suların İstifadəsinin və X6 Xidməti 5 saylı Lənkəran - X9 nümayəndəsi X4 məhkəmə iclasında inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin məzmununa uyğun izahat verərək, Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqında icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinə əsasən, içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs MMC-nin inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və həmin hüquqi şəxs tərəfindən törədilmiş əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta nəticəsində «Medican” MMC-nin maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən maliyyə və əmlak vəziyyətini nəzərə alır. İş üzrə «Medican” MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs «Medican” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) MN seriyalı ******* saylı 26 sentyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və barəsində 2.000 (iki min) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(049)-709/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-709/2025
15.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver