Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-711/2024 16.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, Lənkəran rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, X2 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1988-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Lənkəran rayonu, Siyablı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİ: Lənkəran rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X2 tərtib etdiyi 16 iyul 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(010)-1711/2021 saylı, 27 iyul 2021-ci il tarixli icra sənədinə əsasən, borclu Şəxs tələbkar X3 hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi iki uşaq üçün 240 manat sabit pul məbləğində alimentin tutulması qeyd edilmişdir. Hazırda borclunun tələbkara ümumilikdə 5.310 manat məbləğində ödənilməmiş aliment borcu qalmışdır. X1 icra sənədinin icrasını təmin etməmişdir. Onun barəsində Azərbaycan Rspublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Lənkəran rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X5 məhkəmə iclasında iştirak edərək, protokolun məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, icra sənədi şöbənin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş tərtib edilərək, borcluya təqdim edilmişdir. Həmçinin borclu dəfələrlə şöbəyə dəvət edilərək onun izahatı alınmış və hər izahatında maddi imkanının olmaması ilə əlaqadar alimenti ödəyə bilmədiyini bildirərək, yaxın vaxtlar borcunu ödəməsi barədə vədlər versə də aliment öhdəliyini yerinə yetirməmişdir. Sözügedən icra işi 2023-cü ilin avqust ayında onun icraatına verilmiş və həmin vaxtdan hazıradək borclu tələbkara heç bir ödəniş etməmişdir. Onun aliment borcu hazırda 5310 manat təşkil edir. Borclu icra sənədinin icrasından qərəzli boyun qaçırdığı üçün icra məmuru tərəfindən onun barəsində inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş, dəfələrlə onun barəsində məhkəmə tərəfindən inzibati həbs barədə qərarlar qəbul edilmiş və sonuncu dəfə Lənkəran rayon Məhkəməsinin qərarı ilə o, İXM-nin 528.1 maddəsi ilə təqsirli bilinərək barəsində 25 gün inzibati həbs cəzası tətbiq edilmişdir. Borclu həmin cəza bitdikdən sonra 1 il keçməmiş yeni inzibati xəta törətmişdir. Protokolun təmin edilərək, borclu Şəxs ittiham olunduğu maddənin sanksiyası həddində cəzalandırılmasını məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, icra sənədi barədə məlumatlıdır və dəfələrlə icra şöbəsinə çağırılaraq bu barədə ona xəbərdarlıq edilmişdir. Hazırda iş yeri yoxdur və maddi imkansızlığı ilə əlaqadar aliment borcunu ödəyə bilmir. Borcunu tam ödəməyə maddi imkanı yoxdur. Mütəmadi olaraq hissə-hissə borcu ödəyə bilər. Sonuncu dəfə tələbkara aliment ödənişini 2023-cü ilin iyul ayında etmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilənədək 1 i ərzində tələbkara aliment borcundan heç bir vəsait ödəməmişdir və aliment borcu təxminən 5.000 manat təşkil edir. Barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilən: Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-1711/2021 saylı, 27 iyul 2021ci il tarixli icra sənədindən görünür ki, həmin icra sənədinə əsasən, borclu Şəxs tələbkar X3 hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin tutulması qeyd edilmişdir. Lənkəran rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən qeyd edilən icra sənədinin icrası ilə əlaqadar 02 sentyabr 2021-ci il tarixdə “icraata başlamaq haqqında” qərar və “tələbin könüllü icrası haqqında” bildiriş tərtib edilərək, borcluya təqdim edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 3(049)-251/2024 saylı 14 mart 2024-cü il tarixli inzibati xəta haqqında qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 25 gün inzibati həbs cəzası tətbiq edilmişdir (Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-1711/2021 saylı, 27 iyul 2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar). İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, məhkəmə qətnaməsi barədə məlumatlı olduğu, icra sənədinin icrası ilə əlaqadar ona tələbin könüllü haqqında bildiriş təqdim edilməsinə, dəfələrlə icra şöbəsinə çağırılaraq izahatı alınıb icra sənədini icra etməsi barədə ona xəbərdar edilməsinə baxmayaraq icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Həmçinin nzibati tənbeh alması haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar inzibati xəta törətmişdir. Hazırki iş üzrə inzibati xəta haqında protokol tərtib edilənədək bir il ərzində borclu icra sənədinə dair tələbkara heç bir ödəniş etməmişdir. Göstərilənlərə əsasən X6 Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 01 (bir) ay müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 16 iyul 2024-cü il saat 17:20-dən hesablansın. Qərarın icrası Lənkəran Şəhər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(049)-711/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-711/2024
16.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver