Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-716/2025 21.10.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, X2 iştirakı ilə X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinin X6 İdarəsinin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: X4 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinin X6 İdarəsinin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X4 şikayətində qeyd etmişdir ki, idarə etdiyi “Volkswagen” markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2025-ci il tarixdə saat 10:46-da ünvan 1 ünvanında hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. O, saxlanılmasının səbəbini soruşduqda DYP əməkdaşı ona yolayrıcını keçmə qaydalarını pozduğunu demişdir. O, yol hərəkəti qaydasını pozmadığını bildirsə də, DYP əməkdaşı ona əhəmiyyət verməyərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə İXP ******* nömrəli protokol tərtib edilmişdir. Həmin protokol əsasında xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən o, 100 manat miqdarında inzibati cərimə olunmuşdur. O, barəsində protokol tərtib olunan zaman DYP əməkdaşına şahid çağırmasını və onun qayda pozmasını əks etdirən hər hansı video və ya foto görüntü təqdim etməsini, bununla da onun törətdiyi inzibati xətanı sübut etməsini tələb etməsinə baxmayaraq protokol tərtib olunarkən şahid cəlb olunmamış, ona hər hansı video və ya foto görüntü də təqdim olunmamışdır. O, yolayrıcını keçmə qaydalarını pozmamış, DYP əməkdaşı onun barəsində qərəzli olaraq protokol tərtib etmişdir. Ona görə də barəsində tərtib olunan protokolu əsassız hesab edir. Qeyd etdiklərinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinin X6 İdarəsinin xx.xx.2025ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X4 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə idarə etdiyi “Volkswagen” markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılan zaman avtomobildə ondan başqa ailə üzvləri olduğu üçün o, avtomobildən düşüb onu saxlayan polis əməkdaşına yaxınlaşmışdır. DYP əməkdaşı ona yolayrıcını keçmə qaydalarını pozduğunu dedikdə o, idarə etdiyi avtomobillə hər hansı yol hərəkət qaydasını pozmadığını və yol hərəkət qaydasının pozulmasına səbəb olacaq hərəkət etmədiyini polis əməkdaşına desə də, polis əməkdaşı ona barəsində protokol tərtib olunacağını bildirmişdir. Ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə protokol tərtib olunaraq 100 manat cərimə olunması barədə SMS vasitəsilə məlumat göndərilənədək belə hesab etmişdir ki, barəsində protokol tərtib olunmaz. Hazırda da hesab edir ki, əsassız olaraq barəsində protokol tərtib olunmuş və inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Ona görə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinin X6 İdarəsinin əməkdaşı X1 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinin X6 İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə, habelə, inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas olmuş materialların məhkəməyə göndərilməsi tələb edilməsinə baxmayaraq həmin orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə hər hansı etiraz, habelə, sənəd və ya digər sübut təqdim edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinin X6 İdarəsinin əməkdaşı X1 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək həmin protokola əsasən xx.xx.2025-ci il tarixdə 100 manat miqdarında inzibati cərimə edilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, X4 xx.xx.2025-ci il tarixdə saat 10:46-da idarə etdiyi “Volkswagen” markalı ** BL *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə ünvan 1 ünvanında yolayrıcını keçmə qaydalarını pozmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirərək və X2 izahatını dinləyərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. X4 hazırki şikayətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinin X6 İdarəsinin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından narazı olduğunu qeyd etmiş, şikayətinin əsası olaraq xx.xx.2025-ci il tarixdə saat 10:46-da idarə etdiyi “Volkswagen” markalı ** BL *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə ünvan 1 ünvanında yolayrıcını keçmə qaydalarını pozmadığını və qərarda göstərilmiş inzibati xəta hadisəsini törətmədiyini bildirmişdir. Qeyd olunan inzibati tənbeh vermə haqqında qərarı qəbul edən orqan tərəfindən isə hazırki işlə bağlı məhkəmə tərəfindən sorğu göndərilərək tələb edilməsinə baxmayaraq, məhkəməyə heç bir sənəd və ya digər sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.4-cü maddəsinə əsasən inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330 və 346-cı maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. Hazırki iş üzrə X4 tərəfindən törədildiyi iddia edilən inzibati xəta hadisəsi ilə bağlı foto və ya video qeydiyyat mövcud olduğu halda, həmin foto və ya video qeydiyyat indiyədək məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Qeyd olunan hüquq normalarının məzmunundan da göründüyü kimi, inzibati məsuliyyətə cəlb olunmuş şəxs qanunvericiliyin tələblərinə əsasən öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Şəxsin yol hərəkəti qaydalarının pozulması ilə bağlı hər hansı inzibati xətanı törətdiyini sübut etmək vəzifəsi inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxsin üzərinə düşür. Bundan başqa, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinin X6 İdarəsinin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının qanuni və əsaslı olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. X2 xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclasında da öz təsdiqini tapmamışdır. Qanunvericiliyə əsasən inzibati xəta haqqında işə yenidən baxan səlahiyyətli orqan (vəzifəli şəxs) və ya məhkəmə əvvəlki icraat zamanı qanunvericiliyin tələblərinə əməl olunmasını yoxlamaq səlahiyyətinə malik olsa da, bu araşdırma qərarın məzmununun hüdudları ilə məhdudlaşır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəlləin 135.1, 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq, tədqiq olunmuş mümkün və mötəbər sübutlara tam, hərtərəfli və məcmu halında qiymət verərək qərara gəlir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi ilə əlaqədar hazırki iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığından onun barəsində tərtib edilən xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. X2 qeyd edilən inzibati xətanı törədib-tərətməməsi məsələsi, törədildiyi halda, həmin inzibati xətanın xarakteri, inzibati məsuliyyətə cəlb edilmə şərtləri dəqiq müəyyən edilməli olduğundan onun barəsində tərtib edilmiş sənədlər qanunvericiliyin tələblərinə istinad edilməklə qərar qəbul edilməsi üçün inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinin X6 İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 106- 115, 117, 128-137-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: X2 şikayəti qismən təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinin X6 İdarəsinin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X4 barəsində olan inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinin X6 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Süleymanov
Məhkəmə qərarları › İş №3(049)-716/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-716/2025
21.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver