Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-719/2025 10.10.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X2 sahə rəisi, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1990-cı il tarixdə Lənkəran rayonunda doğulmuş, Lənkəran rayonu, Təngivan kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 2 orta məktəbində müəllim işləyən Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X2 sahə rəisi, polis mayoru X3 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən, o cümlədən Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısının «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 26 avqust 2025-ci il tarixli qərarından görünür ki, xx.xx.2025-ci il tarixdə saat 14 radələrində Lənkəran rayonu, Göyşaban kəndində yaşayan Zərərçəkmiş şəxs ilə Lənkəran rayonu, Təngivan kəndində yaşayan, xx.xx.1990-cı il təvəllüdlü Şəxs arasında Lənkəran rayonu Şovu kəndində daş karxanasında baş vermiş mübahisə zamanı sonuncu Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin edilməyən və sağlamlığa zərər verməyən xəsarət yetirmişdir. Bununla da vətəndaş Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X2 sahə rəisi, polis kapitanı X3 məhkəmə iclasında protokolun məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi təhqiqatda aparılan araşdırma zamanı zərərçəkmişin izahatı, tibbi ekspertizanın rəyi və digər sübutlarla sübuta yetirilmişdir və onun inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, yaşadığı evdən 50-60 metr aralıda yerləşən "xxxx" MMC-nə məxsus daş karxanasının çay hövzəsini qanunsuz qazmaları və evlərinə səs-küy salmaları ilə bağlı uzun illərdir ki, müxtəlif instansiyalara şikayət etsələr də,mübahisələr hələ də davam edir. xx.xx.2025-cü il tarixdə saat 13 radələrində evdə olarkən həmin karxananın yenidən çay hövzəsini qazdığını görmüş,qazıntını dayandırmaq üçün qardaşı Qabillə birlikdə həmin yerə getmiş, qardaşı Qabil ekskvator sürücüsündən işi dayandırmağı tələb etmişdir. Bu zaman orada olan Murad adlı şəxslə onların arasında mübahisə başlamışdır. Polis əməkdaşları gələndən sonra Murad onlardan ərizə yazmışdır. Mübahisə zamanı o, və qardaşı Qabil Muradı vurmamış və döyməmişlər. Murad onun atasını təhqir etdiyindən o, da onu söymüşdür. Barəsində olan inzibati xəta haqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs qızı ifadəsində göstərmişdir ki, 16 avqust 2025-ci il tarixdə saat 13 radələrində iş yoldaşı Elşad Məmmədov və Elnur Bəylərovla birlikdə MMC-yə məxsus çay hövzəsində qazıntı işləri apararkən Samir və onun qardaşı Qabillə aralarında müahisə olmuşdur. Mübahisə vaxtı Qabil onu təhqir edərək, onun sinəsinə zərbələr vurmuşdur. Qabil həmin vaxt sərxoş olmuşdur. Qabilin qardaşı Samir isə onu həmin mübahisə zamanı vurmamışdır və ona heç bir xəsarət yetirməmişdir. Samir ona heç bir zərbə endirməmişdir. Samir onu yalnız söyüşlə təhqir etmişdir. Onu yalnız Qabil vurmuşdur. İş üzrə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdı. İşin məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onu vurmadığını və ona xəsarət yetirmədiyini bildirdi. Beləliklə, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübut edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin məzmununa əsasən, Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinin tələblərinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin məcəllənin 8.1 maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2 maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin yuxarıda istinad edilən 8-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin mahiyyətindən görünür ki, şəxsin əməlində inzibati xətanın tərkibinin olması halı səlahiyyətli orqan tərəfindən sübuta yetirilməlidir. AR İXM-nin 8.3 maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Odur ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata əmldə inzibati xəta tərkibi olmadığına görə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xətanın tərkibinin olmadığına görə xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(049)-719/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-719/2025
10.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver