Məhkəmə qərarları › İş №3(049)-72/2023

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-72/2023

19.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-72/2023 19.01.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlu Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Lənkəran ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, X1 Tamara Süleyman qızı barəsində İXM-nin 232-1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat materiallarını araşdırıb, hesab edir ki, inzibati xəta haqqında materiallar inzibati orqana geri qaytarılmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, Lənkəran ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, X3 tərəfindən MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş, sözügedən protokol bundan əvvəl Lənkəran Rayon Məhkəməsinin 3(049)- 1031/2022 saylı xx.xx.2022-ci il tarixli, 3(049)-1046/2022 saylı xx.xx.2022-ci il tarixli və 3(049)-1183/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadları ilə geri qaytarılmışdır, lakin sözügedən qərardadlarda qeyd edilən natamamlıq tam aradan qaldırılmadan protokol yenidən məhkəməyə təqdim edilmişdir. Belə ki, hazırda məhkəməyə təqdim edilmiş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda da vurulmuş ziyanın məbləği qeyd edilməmişdir, həmçinin vurulmuş ziyanın məbləğinə dair sübut iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Qanunvericiliyin bu müddəasından müəyyən edilir ki, inzibati xəta haqqında sözügedən protokolda ziyanın məbləğinin qeyd edilməsi və ziyanın məbləği haqqında sübutun iş materiallarına əlavə edilməsi zəruridir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlirəm ki, protokol və digər sənədlər düzgün tərtib olunmadığından, təqdim edilmiş materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib olunmuş MN seriyalı ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə qaytarılmalıdır. Məhkəmə göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərini rəhbər tutub, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib olunmuş MN ******* saylı protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə geri qaytarılsın. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar