Məhkəmə qərarları › İş №3(049)-720/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-720/2025

10.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-720/2025 10.10.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X2 sahə rəisi, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1987-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Lənkəran rayonu, Təngivan kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləyən. Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X2 sahə rəisi, polis mayoru X3 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən, o cümlədən Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısının «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 26 avqust 2025-ci il tarixli qərarından görünür ki, xx.xx.2025-ci il tarixdə saat 14 radələrində Lənkəran rayonu, Göyşaban kəndində yaşayan Zərərçəkmiş şəxs ilə Lənkəran rayonu, Təngivan kəndində yaşayan, xx.xx.1990-cı il təvəllüdlü Şəxs arasında Lənkəran rayonu Şovu kəndində daş karxanasında baş vermiş mübahisə zamanı sonuncu Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin edilməyən və sağlamlığa zərər verməyən xəsarət yetirmişdir. Bununla da vətəndaş Şəxs Azərbaycan Respublikas İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X2 sahə rəisi, polis kapitanı X3 məhkəmə iclasında protokolun məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi təhqiqatda aparılan araşdırma zamanı zərərçəkmişin izahatı, tibbi ekspertizanın rəyi və digər sübutlarla sübuta yetirilmişdir və onun inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, Yaşadığı evdən 50-60 metr aralıda yerləşən "xxxx" MMC-nə məxsus daş karxanasının çay hövzəsini qanunsuz qazmaları və evlərinə səs-küy salmaları ilə bağlı uzun illərdir ki, müxtəlif instansiyalara şikayət etsələr də,mübahisələr hələ də davam edir.xx.xx.2025-cü il tarixdə saat 13 radələrində evdə olarkən həmin karxananın yenidən çay hövzəsini qazdığını görmüş,qazıntını dayandırmaq üçün qardaşı Samirlə birlikdə həmin yerə getmiş,ekskvator sürücüsündən işi dayandırmağı tələb etmişlər.Bu zaman orda olan Murad adlı şəxslə onun və qardaşı Samir arasında mübahisə başlamışdı. Polis əməkdaşları gələndən sonra Murad onlardan ərizə yazmışdır. Mübahisə zamanı o və qardaşı Samir Muradı vurmamış və döyməmişdir. Murad onun atasını təhqir etdiyindən o, da onu söymüşdür. Barəsində olan inzibati xəta haqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs qızı ifadəsində göstərmişdir ki, Təxminən 2 həftə olar ki, Lənkəran rayonu Təngivan kəndində yerləşən "xxxx" MMC daş karxanasında fəhlə kimi işə düzəlmişdir. 16 avqust 2025-ci il tarixdə saat 13 radələrində iş yoldaşı Elşad Məmmədov və Elnur Bəylərovla birlikdə MMC-yə məxsus çay hövzəsində qazıntı işləri apararkən Samir Əlibala oğlu,adını bilmədiyi qardaşı və ataları olan Əlibala adlı şəxs və digər qohumları ora gələrək onunla mübahisə edərək ona iş görməyə imkan verməyəcəklərini demişlər.Buna görə aralarında mübahisə baş verdiyindən Samirin adını bilmədiyi qardaşı onu nalayiq söyüşlərlə söymüş,ona yaxınlaşıb üzündən və sinəsindən yumruq vurmuş,zərbədən yerə yıxılmışdır.Mobil telefonunu çıxarıb hadisəni çəkərkən Samirin adını bilmədiyi qardaşı telefonu ondan alıb yerə çırpmaqla onu sındırmışdır.Sonra da cinsiyyət orqanını çıxarıb ona göstərməklə ona biədəb sözlər demişdir.Bu zaman Samir də böyründən təpiklə zərbə vurmuşdur.İş yoldaşları Elşad və Elnur onu onların əlindən almış və o da Elşadın mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng edib münaqişə barədə məlumat vermişdir.Mübahisə çay hövzəsində baş vermiş,15-20 dəqiqə davam etmiş,orda iş yoldaşları,Samir,atası Əlibala və digər qohumları olmuşdur.Hazırda Şəxs ilə barışmaq istəmir. Ona inzibati həbs növündə cəza verilməsini məhkəmədən xahiş etdi. “Sağlamlığa zərər vurmanın təyininə dair” Lənkəran rayonlararası MTE və PA zona mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli 619 №-li ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, Zərərçəkmiş şəxs bədəni üzərində - qarın nahiyəsində sol gicgah nahiyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt eşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən 2-3 gün əvvələ uyğun gəİir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. İş materiallarına əlavə edilmiş Lənkəran ŞRPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru X8 tərəfindən qəbul edilmiş 16 avgust 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın təsviri əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, 18 avqust 2025-ci il tarixdə saat 11:54-də Lənkəran rayonu Digah kəndində yaşayan X5 DİN-nin 102 xidmətinə zəng edərək xx.xx.2025-ci il tarixdə Lənkəran rayonu Şovu kəndində qazi yoldaşı Muradın 3 nəfər şəxs tərəfindən döyülməsi və onu təhqir etmələri ilə bağlı hal-hazırda Lənkəran ŞRPŞ-nə verdiyi ərizə ilə bağlı ŞRPŞ-nə gəlib onu qəbul etmələrini istədikdə əməkdaşın onu təhqir edib şöbədən qovması səbəbindən özünü orada yandıracağı barədə məlumat vermişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, 26 avqust 2025-ci il tarixdə qazı yoldaşı Elşad Məmmədovun telefonu ilə 102 –xidmətinə məlumatı o vermişdir . Təxminən 2 həftə olar ki,Lənkəran rayonu Təngivan kəndində yerləşən "xxxx" MMC daş karxanasında fəhlə kimi işə düzəlmişdir. 16 avqust 2025-ci il tarixdə saat 13 radələrində iş yoldaşı Elşad Məmmədov və Elnur Bəylərovla birlikdə MMC-yə məxsus çay hövzəsində qazıntı işləri apararkən Samir Əlibala oğlu,adını bilmədiyi qardaşı və ataları olan Əlibala adlı şəxs və digər qohumları ora gələrək onunla mübahisə edərək ona iş görməyə imkan verməyəcəklərini demişlər.Buna görə aralarında mübahisə baş verdiyindən Samirin adını bilmədiyi qardaşı onu nalayiq söyüşlərlə söymüş,ona yaxınlaşıb üzündən və sinəsindən yumruq vurmuş,zərbədən yerə yıxılmışdır.Mobil telefonunu çıxarıb hadisəni çəkərkən Samirin adını bilmədiyi qardaşı telefonu ondan alıb yerə çırpmaqla onu sındırmışdır.Sonra da cinsiyyət orqanını çıxarıb ona göstərməklə ona biədəb sözlər demişdir.Bu zaman Samir də böyründən təpiklə zərbə vurmuşdur.İş yoldaşları Elşad və Elnur onu onların əlindən almış və o da Elşadın mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng edib münaqişə barədə məlumat vermişdir.Mübahisə çay hövzəsində baş vermiş,15-20 dəqiqə davam etmiş,orda iş yoldaşları,Samir,atası Əlibala və digər qohumları olmuşdur. Məhkəmə baxışında şahid qismində iştirak edən X4 ifadəsində bildirdi ki, Şəxs onun oğludur. 16 avqust 2025-ci il tarixdə Lənkəran rayonu, Təngivan kəndində yerləşən daş karxanasının yaxınlığında Murad adlı şəxslə oğlu Qabil arasında mübahisə olmuşdur. Onlar bir-birini söymüşlər, lakin Qabil Muradı vurmamışdır. Məhkəmə baxışında şahid qismində iştirak edən X7 ifadəsində bildirdi ki, Lənkəran rayonu, Təngivan kəndində yerləşən daş karxanasında mühasib işləyir. 16 avqust 2025-ci il tarixdə həmin karxanada işləyən Zərərçəkmiş şəxsla həmin kəndin sakini Şəxs arasında mübahisə olmuşdur. Hadisə zamanı Qabil Muradın qarın nahiyəsinə bir neçə zərbə vurmuşdur. O, həmin vaxt çayın digər tərəfindən iş yoldaşı Elşadla dayanaraq hadisəni görmüşlər. Məhkəmə baxışında şahid qismində iştirak edən X5 ifadəsində bildirdi ki, Lənkəran rayonu, Təngivan kəndində yerləşən daş karxanasında iş icraçısı işləyir. 16 avqust 2025-ci il tarixdə həmin karxanada işləyən Zərərçəkmiş şəxsla həmin kəndin sakini Şəxs arasında mübahisə olmuşdur. Hadisə zamanı Qabil Muradın qarın nahiyəsinə bir neçə zərbə vurmuşdur. O, həmin vaxt çayın digər tərəfindən iş yoldaşı Elnurla dayanaraq hadisəni görmüşlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini özü etiraf etməsə də, onun əməli zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, inzibati xəta haqqında protokol, ekspert rəyi, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Beləliklə, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı tam sübuta yetirilmiş sayılmalı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə zərərçəkmiş şəxs arasında barışıq olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin maddə ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş cərimə edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar