Məhkəmə qərarları › İş №3(049)-725/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-725/2025

24.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-725/2025 24.10.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X10, Protokol tərtib edən orqanın nümayəndəsi: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “X6” X13 X1 iştirakı ilə, Hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayponu Neftçilər prospekti ev 151 VÖEN:********** Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə tənbeh tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi X8nin müəfəttişi X5 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş materiala Lənkəran Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi X8nin müəfəttişi X5 tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 452.3-cü maddəsi ilə tərtib olunmuş 03 oktyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. 03 oktyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, Lənkəran rayonu, Liman şəhəri, Həzi Aslanov küçəsində yerləşən Şəxs MMCyə məxsus aptekdə 03 oktyabr 2025-ci il tarixdə, saat 12.30 radələrində aptek təşkilatlarına dair tələblərin pozulması faktı aşkar edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən İXM-in 452.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X5 bildirdi ki, Lənkəran rayonu, Liman şəhəri, Həzi Aslanov küçəsində yerləşən Şəxs MMC-yə məxsus aptekdə 03 oktyabr 2025-ci il tarixdə, saat 12.30 radələrində aparılmış yoxlama zamanı xüsusi olaraq tempraturda soyuduca saxlanılmalı olan Oksalin və Mixtard dərmanları açıq şəkildə saxlanılması müəyyən edilmiş və buna görə də, protokol tərtib edilmişdir. Hazırda həmin protokolun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məhkəmə bildirişi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin elektron kabinetinə yerləşdirilməklə məlumat verilməsinə baxmayaraq, Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin İXM-nin 452.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, 3-28-1/3-2-922/2025 saylı qərardan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X8” DOKTA” MMC –də planlı (növbəti) yoxlama keçirilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 280 nömrəli Aktdan görünür ki, ŞəxsMMC-yə məxsus aptekdə keçirilən planlı yoxlama zamanı təşkilatlarına dair tələblərin pozulması faktı aşkar edilmiş və müvafiq fotoşəkillər protokola əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Şəxs MMC üzrə işçinin vəzifə öhdəliklərinin genişləndirilməsi barədə Əmrdən müəyyən olunur ki, X2 rayon Liman şəhəri Həzi Aslanov küçəsi ünvanında yerləşən 988(7262) nömrəli aptekə təhkim olunmuşdur. İş materiallarında olan lisenziyadan müəyyən olunur ki, Hüquqi ünvanı ünvan 3-yə ünvan 4lərinin parəkəndə satışına icazə verilmişdir. İXM-nin 452.3-cü maddəsinə əsasən ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 iyun 2010-cu il tarixli, 108 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların 2.1ci maddəsinə əsasən tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, tibb müəssisələrində çalışan və özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan tibb mütəxəssislərinin sertifikasiyası Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (bundan sonra — Nazirlik) tərəfindən həyata keçirilir. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanunun 49-1-ci maddəsinin onuncu bəndində əsasən Şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 11 yanvar 2018-ci il tarixli, 01 nömrəli qərarının 3 nömrəli əlavəsində göstərilmişdir ki, aptekdə bu tələblərə və X4 tələblərinə uyğun saxlama şəraiti yaradılmalı, dərman vasitələri farmakoterapevtik qruplar üzrə, fiziki–kimyəvi və toksikoloji xüsusiyyətləri nəzərə alınmaqla, istifadə təlimatlarında və ya dərman vasitəsinin qablaşdırıldığı qabın üzərində göstərilmiş saxlanma şəraitinə uyğun olaraq digər təyinatlı mallardan ayrıca saxlanılmalıdır. . Satış şöbəsində (satış zalı) və dərman vasitələrinin saxlandığı sahələrdə temperatur, rütubət və havalandırma göstəriciləri sutkada bir dəfə qeydə alınaraq temperatur, rütubət və havalandırma göstəricilərinin qeydiyyat xəritəsi aparılır. Bundan başqa aptek müəssisəsində olan əczaçılıq soyuducularının da temperatur göstəricilərinin xəritəsi aparılır. Hazırkı işin hallarından görünür ki, Şəxs MMC-yə məxsus aptekdə həmin vaxt, yəni yoxlama zamanı hava tempraturu 24 dərəcə olmuş və həmin zaman maksikum 10 dərəcədə saxlanılmalı olan Oksolin və .2-8 dərəcədə saxlanılmalı olan Mixtard 30 adlı dərmanlar açıq şəkildə satış lövhəsində saxlanılmışdır. Bu hal İXM-nin 452.3-cü maddəsinə nəzərdə tutulan inzibati məsuliyyətin yaranmasına səbəb olur. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC İXM-nin 452.3-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 215.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs (VÖEN:**********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar