Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-726/2025 13.10.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X2 sahə rəisi, polis kapitanı X5, Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısı aparatının Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaq və ailələrlə iş üzrə məsləhətçi-psixoloqu X6 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1993-cü il tarixdə Lənkəran rayonunda doğulmuş, Lənkəran rayonu, Separadi kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən Şəxs Azərbaycan Respublikası İXM-nin 189-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X2 sahə rəisi, polis kapitanı X10 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə qeyd edilmişdir ki, Lənkəran rayonu Separadi kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs 11 oktyabr 2025-ci il tarixdə saat 19:00 radələrində Lənkəran rayonu Separadi kəndində yerləşən yaşayış evinin həyətində 1997ci il təvəllüdlü X3 valideynləri ilə erkən evliliyə dair sövdələşərək xx.xx.2010-cu il təvəllüdlü, qızı X11 üçün yığıncaq təşkil etməklə və erkən nigaha daxil olmasına zəmin yaratmaqla inzibati xəta əməlini törətmişdir. Lənkəran rayonu Separadi kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs 11 oktyabr 2025-ci il tarixdə saat 19:00 radələrində Lənkəran rayonu Separadi kəndində yerləşən yaşayış evinin həyətində 1997-ci il təvəllüdlü X3 valideynləri ilə erkən evliliyə dair sövdələşərək xx.xx.2010-cu il təvəllüdlü, qızı X11 üçün yığıncaq təşkil etməklə və erkən nigaha daxil olmasına zəmin yaratmaqla Azərbaycan Respublikası İXM-nin 189-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X2 sahə rəisi, polis polis kapitanı X10 məhkəmə iclasında protokolun məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Şəxsnun Azərbaycan Respublikası İXM-nin 189-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünün etirafedici izahatı, iş materialları və şahidlərin ifadəsi ilə də sübuta yetirilmişdir və onun inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Şəxs məhkəmə iclasında yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, xx.xx.2010-cu il təvəllüdlü X11 onun doğma qızıdır və orta məktəbin 10-cu sinfində təhsil alır. O, qızı Zəhranın Separadi kənd sakini X4 ilə nişanlanmasına dair yaşadığı evdə xx.xx.2025-ci il tarixdə həri mərasimi təşkil etmişdir. Həmin mərasim zamanı Nəcməddin Əlizadənin qohumları onların evinə gəlmişlər. Qızı Zəhra üçün xonçalar hədiyyə gətirilmişdir və Nəcməddinin valideyni tərəfindən Zəhranın barmağına nişan üzüyü də taxılmışdır. Bu sövdələşməni etməkdə məqsədi sadəcə qızının nişanlı olduğunu ətraf şəxslərə bildirməsi olmuşdur. Qızı Zəhra 18 yaşına çatdıqdan sonra onu ərə verəcəkdi. Etdiyi əməldən peşmandır. Barəsində ən yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısı aparatının Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaq və ailələrlə iş üzrə məsləhətçi-psixoloqu X9 məhkəmə iclasında Şəxs tərəfindən törədilən inzibati xətanın yolverilməz olduğunu qeyd edərək, onun məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahis qismində dindirilən X11 ifadəsində bildirdi ki, o, xx.xx.2010cu il təvəllüdlüdür və orta məktəbin 10-cu sinfində təhsil alır. Onun anası Ziyafət onun Separadi kənd sakini X4 ilə nişanlanmasına dair yaşadıqları evdə xx.xx.2025-ci il tarixdə həri mərasimi təşkil etmişdir. Həmin mərasim zamanı Nəcməddin Əlizadənin qohumları onların evinə gəlmişlər. Nəcməddinin valideyni tərəfindən onun barmağına nişan üzüyü də taxılmışdır. O, yalnız 18 yaşı tamam olandan sonra Nəcməddin ilə ailə quracaq və nikah qeyd etdirəcəkdi. Məhkəmə iclasında şahid qismində dindirilən polis əməkdaşı X12 ifadəsində bildirdi ki, aldığı məlumata görə xx.xx.2010-cu il təvəllüdlü, yetkinlik yaşına çatmayan, Lənkəran rayonu, Separadi kənd sakini X7 Lənkəran rayon Separadi kənd sakini,1997-ci il təvəllüdlü X3 valideynləri arasında erkən evliliyə dair sövdələşmə xx.xx.2025-ci il tarixində Lənkəran rayon Separadi kəndində Şəxs evində təşkil olduğundan, eyni zamanda qeyd olunan fakt X7 “erkən nikaha” daxil olacağına zəmin yaratmışdır. O, polis əməkdaşı X13 ilə birlikdə xx.xx.2025-ci il tarixdə Şəxs yaşadığı Lənkəran rayonu, Separadi kəndində yerləşən yaşayış evinə getmiş və həmin evdə Şəxs tərəfindən yuxarıda qeyd etdiyi mərasimin təşkil edildiyini müəyyən etmişdir. Baş vermiş hadisə ilə əlaqadar tədbir görülməsi üçün raportla Lənkəran ŞRPŞ-nin rəisinə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən polis əməkdaşı X1 Fazil Sədail oğlunun ifadəsində bildirdiklərinə uyğun ifadə verdi. Məhkəmə iclasında baxış keçirilməklə tədqiq edilən inzibati xəta haqqında protokolu tərtib etmiş inzibati orqan tərəfindən məhkəməyə sübut kimi təqdim edilmiş CD diskdə olan video görüntülərdən və fotoşəkillərdən də protokol və ona əlavə edilmiş sənədlərdə qeyd edilən xüsusatlar öz təsdiqini tapmışdır. Məhkəmə, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 189-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi, özünün etirafedici izahatından başqa, inzibati xəta haqqında protokol, digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 189-1-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, həmçinin Şəxsnun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə Şəxs inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 1-2-ci hissələrinə əsasən, hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Nikah könüllü razılıq əsasında bağlanılır. Evliliyə dair “sövdələşmə” dedikdə nikah niyyəti ilə ailələrin, valideyinlərin və ya tərəflərin özlərinin razılığa gəlməsi, nişanlanma və ya gələcəkdə evlənmə öhdəliyin götürülməsi nəzərdə tutulur. Bu cür sövdələşmələr faktiki ailənin qurulması halı olmasa da, hər bir halda uşaq hüquqlarının məhdudlaşdırılmasına, təhsildən yayınmasına, uşaq psixologiyasında ciddi fəsadlara səbəb olur. Göründüyü kimi törədilən əməl Konstitusiya ilə mühafizə olunan ailə və nikah münasibətlərinə mühüm ziyan vurmaqla, həmin münasibətlərin cəmiyyətdə sarsılmasına, eləcə də uşaqların erkən nikaha cəlb olunması təhlükəsinin yaranmasına səbəb olur. Bu isə həm Azərbaycan Respublikasının Ailə Məcəlləsində təsbit olunmuş nikahın könüllülük, bərabərlik və tərəflərin tam şüurlu razılığı prinsiplərinin, həm də uşaqların hüquqlarının müdafiəsinə dair beynəlxalq konvensiya öhdəliklərinin pozulması ilə nəticələnir. Beləliklə, nəzərdə tutulan əməl eyni zamanda cəmiyyətin mənəvi dəyərlərinə və hüquqi sabitliyinə zərər vurur. “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2020-ci il tarixli 213 nömrəli qərarın 2.1.1-ci bəndində göstərilmişdir ki, erkən nikah – 18 yaşadək şəxslə bağlanmış nikahdır. İXM-nin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 189-1-ci maddəsinə əsasən on altı yaşına çatmayan şəxs barəsində onun və ya evliliyə daxil olmaq niyyətində olan digər şəxsin valideynləri və ya onları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya evliliyə daxil olmaq niyyətində olan yetkinlik yaşına çatmış şəxs tərəfindən nişanlanmaya və ya evliliyə dair digər sövdələşməyə daxil olmağa görə – min manatdan iki min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Belə ki, İXM-in 189-1-ci maddəsinin dizpozisiyasından məlum olur ki, həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin yaranması üçün on altı yaşına çatmayan şəxs barəsində nişanlanmaya və ya evliliyə dair sövdələşməyə daxil olmalıdır. Məhkəmə iclası zamanı müəyyən edilir ki, Şəxs 28 iyul 2010-cu il təvəllüdlü X14 adlı övladını evliliyə dair sövdələşməyə daxil olmuşdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində məsuliyyətini ağırlaşdıran halı müəyyən etmədi. Məhkəmə işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların olmasını və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 189-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxsnu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən İXM-in 40.0.1, 43, 114-115 və 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 189-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1.000 (bir min) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(049)-726/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-726/2025
13.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver