Məhkəmə qərarları › İş №3(049)-727/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-727/2024

17.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-727/2024 17.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlu, Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında faktiki kirayədə yaşayan Şəxs barəsində Lənkəran Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq və İXM-nin 40, 43, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin 2(049)-677/2017 saylı, 2(049)-3381/2022 saylı və 2(049)1105/2021 saylı icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 bildirdi ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-677/2017 saylı, 2(049)-3381/2022 saylı və 2(049)1105/2021 saylı icra sənədlərinə əsasən, ümumilikdə 9269.64 manat pul Şəxs tərəfindən tutularaq tələbkarlara verilməlidir. Müvafiq icra sənədləri üzrə icra qurumunda icraata başlanılmışdır. Borclu icra məmurunun çağırışlarına gəlmədiyi üçün məhkəmə qərarına əsasən onun məcburi gətirilməsi qərara alınmış, həmçinin onun olduğu yeri müəyyən etmək mümkün olmadığından xx.xx.2022-ci il tarixdə borclunun barəsində axtarış qərarı qəbul edilərək icra edilməsi üçün Lənkəran ŞRPŞ-yə göndərilmişdir. Borclu icra sənədinin icrasından yayınır, hazırda tələb üzrə borclu Şəxs 9269.64 manat məbləğində tələbkarlara borcu vardır. Lakin bugunki tarixdə müəyyən edilmişdir ki, borclu Şəxs 2(049)-3381/2022 saylı və 2(049)1105/2021 saylı icra sənədlərindən məlumatı olmamışdır. Lakin onun Lənkəran Rayon Məhkəməsinin 2(049)-677/2017 saylı icra sənədi üzrə tələbkar X4 5630 manat borcu vardır, tələbkarın şifahi məlumatına görə həmin borcdan hazırki dövrədək hər hansı ödəniş edilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, borcu ödəməkdən imtina etmir. ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında faktiki kirayədə yaşayır. Fəhləliklə məşğul olmaqla ailəsini dolandırır. Lənkəran Rayon Məhkəməsinin 2(049)-3381/2022 saylı və 2(049)1105/2021 saylı icra sənədlərindən xx.xx.2024-cü il tarixdə icra qurumuna gəldikdən sonra məlumatı olmuşdur. Lənkəran Rayon Məhkəməsinin 2(049)-677/2017 saylı icra sənədi üzrə tələbkar X4 5630 manat borcu tam şəkildə pandemiya dövründə “MilliÖN” ödəniş terminalı vasitəsilə ödəmişdir. Lakin borcu ödəməsinə dair hər hansı sübutu yoxdur. 5630 manat pulu tələbkara X4 hissə-hissə ödəyəcəkdir. Əməlindən peşmandır, barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Lənkəran Rayon Məhkəməsinin 2(049)-677/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədindən görünür ki, borclu Şəxs cəmi 5600 manat borc pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq tələbkar X4 verilməlidir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-3381/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, borclu Şəxs əsas kredit borc üzrə cəmi 3000 manat sığorta ödənişi və dövlət rüsumuna görə 50 manat alınaraq iddiaçı "xxxx" ASC-nə ödənilməlidir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-1105/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, borclu Şəxs əsas kredit borc üzrə cəmi 519.64 manat borc tutularaq iddiaçı Optimal Elektronika MMC-nin xeyrinə verilməlidir. İcraata başlamaq haqqında Lənkəran Rayon Məhkəməsinin 2(049)-677/2017 saylı icra sənədi xx.xx.2017-ci il, 2(049)-3381/2022 saylı xx.xx.2023-cü il və və 2(049)1105/2021 saylı icra sənədi xx.xx.2021-ci il tarixdə icraata başlanılmışdır. Müvafiq icra sənədi üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)-677/2017 saylı icra sənədi xx.xx.2017-ci il, 2(049)-3381/2022 saylı xx.xx.2023-cü il və və 2(049)1105/2021 saylı icra sənədi xx.xx.2021-ci il tarixdə icraata tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icraata başlamaq haqqında qərarın surəti Şəxs göndərilmiş, ona məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. 28 dekabr 2018-ci il tarixli borclunun axtarılması haqqında qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Mərkəzləşdirilmiş informasiya sistemindən çıxarışdan görünür ki, Şəxs heç bir növ əmək pensiyası və sosial müavinət almır. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun izahatı, icra məmurunun izahatı, zərər çəkmiş şəxsin izahatı, «inzibati xəta haqqında» protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, borclu Şəxs Lənkəran Rayon Məhkəməsinin 2(049)-3381/2022 saylı və 2(049)1105/2021 saylı icra sənədlərindən məlumatı olmadığından, onun həmin icra sənədləri üzrə icra məmurunun qanuni tələbini icra etməməsindən söhbət gedə bilməz. Buna görə də, hal-hazırda borclu Lənkəran Rayon Məhkəməsinin 2(049)-3381/2022 saylı və 2(049)1105/2021 saylı icra sənədlərinə münasibətdə inzibati məsuliyyət daşımır. Lakin məhkəmə qeyd edir ki, borclu Musayev X2 Rayon Məhkəməsinin 2(049)- 677/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməmiş, icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar qanuni tələblərini yerinə yetirməmiş və bununla da o, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs əməlindən peşmançılıq hissi keçirməsi onun məsuliyyətini yüngülləşdirən haldır, onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli «17» iyul 2024-cü il tarixdən saat 17:15-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar