Məhkəmə qərarları › İş №3(049)-731/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-731/2024

04.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-731/2024 04.09.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X3 Əhmədağa oğlunun sədrliyi, Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci il tarixdə Lənkəran rayonu, Aşağı Nüvədi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Lənkəran rayonu, Aşağı Nüvədi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 262.2.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokola əsasən xx.xx.2024-cü il tarixdə Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən “Palm Biç” istirahət mərkəzində əmələ gələn çirkab suların anbardan ətrafa sızması aşkar edilmiş, nəticədə Şəxs tərəfindən İXM-nin 262.2.3-cü maddəsi ilə nəzərədə tutlmuş inzubati xəta törədilmişdir. Dəfələrlə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş inzibati protokolu tərtib etmiş orqan - Lənkəran ŞRPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat materiallarına İnzibati protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında protokolla razılaşmayıb və vəsatət verərək bildirmişdir ki, Lənkəran ŞRPŞ-nin ekoloji xətalara görə protokol tərtib etmək səlahiyyəti yoxdur. Buna görə də barəsində olan inzibati iş üzrə icraata xitam verilmnəsini xahiş edir. Əlavə olaraq bildirdi ki, əmi nəvəsi və qaynı şəhid olmuşlar. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata,... təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə hesab edir ki, Lənkəran ŞRPŞ-nin İTB-nin rəisi X2 qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edərək qeyd olunan inzibati protokolu tərtib etmişdir. Belə ki:

1. Protokol kobud pozuntulara tərtib olunmuşdur. İnzibati materialda olan “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” qərardaddan görünür ki, Şəxs barəsində İXM-nin 262.2.3-cü maddəsi ilə icraat xx.xx.2024-cü il tarixdə başlanmışdır. Lakin, inzibati protokol inzibati xəta haqqında iş üzrə icraatın başlanmamışdan 05 gün əvvəl, xx.xx.2024-cü il tarixdə tərtib edilmişdir. Halbuki, həmin protokol inzibati icraat başlandığı tarixdən sonra, inzibati xətanın mövcudluğu aşkar olunduqdan sonra tərtib edilməli idi.

2. İnzibati materialda olan müdafiəçidən imtina etmə haqqında xx.xx.2024-cü il tarixli ərizə və həmin tarixli bildirşdən görünür ki, Şəxs vəkildən həmin tarixdə imtina etmişdir. Məhkəmə qeyd edir ki, hər iki sənəd formal olaraq tərtib edilmiş, həmin sənədlər protokol tərtib edilən gün, xx.xx.2024-cü il tarixdə tərtib edilməli olduğu halda, ondan 5 gün sonra tərtib edilmişdir. Ərizədən bu ərizənin vəkilin iştirakı ilə tərtib edildiyi də müəyyən olunmur. Bu da vəkilin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə real olaraq təqdim edilmədiyini deməyə əsas verir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə vəkil real olaraq təqdim olunmalı, vəkilin xidməti vəsiqəsinin (vəkil vəsiqəsi) surəti işə əlavə edilməli, onun vəkilin hüquqi yardımından istifadə etmək istəyib-istəmədiyi öyrənilməli, şəxs vəkilin hüquqi yardımından istifadə etmək istəmədiyi halda, müfaviq ərizə yazılmalı və bu ərizəni barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə bərabər real olaraq ona təqdim olunmuş vəkil də imzalamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin İ bəndinə əsasən hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır, İİ bəndinə əsasən qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir, İİİ bəndinə əsasən isə hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs vəkilin yardımından imtina etsə belə, ondan nə səbəbdən həmin yardımdan imtina etdiyi soruşulmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs vəkildən imtinanı maddi vəziyyəti ilə əlaqələndirdikdə, mütləq şəkildə dövlət hesabına o, vəkillə təmin edilməlidir. Bununla da, hazırki iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qanunvericilikdə nəzərdə tutulan müdafiə hüquqları kobud surətdə pozulmuşdur.

3. İlk və inzibati xətanı əks etdirən protokollarda onların tərtib edildikləri tarixlər sonradan silinərək yenidən yazılmışdır.

4. İlk və inzibati xətanı əks etdirən protokollarda, şəkillərdə xətanın törədildiyi yer kimi istirahət mərkəzi “Palm Biç” göstərilsə də, “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” qərardadda istirahət mərkəzi kimi “ Beluqa” göstərilmişdir.

5. Şəxs barəsində inzibati protokol tərtib edilsə də, onun istirahət mərkəzi ilə bağlılığını təqsiqləyən hər hansı bir sənəd inzibati materiala əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Sadalananları və hazırkı iş üzrə Şəxs təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə onu da qeyd edir ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X1 İXM-nin 262.2.3-cü maddəsi ilə nəzərdə tutlmuş inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyəti olmamışdır. Belə ki, “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 3 may 2017-ci il tarixli, 1361 nömrəli Fərmanının 20-ci bəndinə əsasən Məcəllənin 262.2.3-cü, 262.3-cü və 263-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol "xxxx" Açıq Səhmdar Cəmiyyəti adından – Cəmiyyətin sədri, onun müavinləri, hüquq departamentinin rəhbəri tərəfindən tərtib edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48-51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər.

X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar