Məhkəmə qərarları › İş №3(049)-732/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-732/2023

18.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-732/2023 18.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxxxx 1979-cu ildə Lənkəran rayonu Şürük kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Lənkəran rayonu Şürük kəndində qeydiyyatda olan, Lənkəran rayonu Digah kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİ: Lənkəran Şəhər Rayon Polis Şöbəsi tərəfindən məhkəməyə təqdim olunmuş 19 yanvar 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan, ona əlavə edilmiş sənədlərdən, o cümlədən Lənkəran Şəhər Rayon X2 bölməsinin təhqiqatçısı Şahid «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 09 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Şəxs 29 sentyabr 2022-ci il tarixdə Lənkəran rayonu Şilavar kənd sakini Zərərçəkmiş şəxs hinini dağıtmaqla əmlakını məhv etməklə inzibati xətanı törətmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(049)-732 saylı qərardadı ilə bir sıra nöqsanların aradan qaldırılması məqsədi ilə MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə qaytarılmışdır. xx.xx.2023-cü il tarixdə Şəxs barəsində protokolda qeyd edilmiş nöqsanlar aradan qaldırılmaqla baxılması üçün yenidən məhkəməyə göndərilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(049)-732 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə, həmin Məcəllənin 38.3-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyinə görə eyni Məcəllənin 53.1.6-cı maddəsinə əsasən hazırkı inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(049)-732 saylı qərarından narazı qalan Şəxs apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(106)-125 saylı qərarı ilə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(049)-732 saylı qərarı ilə ləğv edilərək 19 yanvar 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola yenidən baxılması üçün inzibati marerial Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. 19 yanvar 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu tərtib edən şəxs Lənkəran ŞRPŞ-nin sahə rəisi, polis leytenantı X1 məhkəmə iclasında iştirak edərək, protokolun məzmununa uyğun izahat verdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək, qeyd etmişdir ki, onlar Zərərçəkmiş şəxs ilə qonşudurlar. Aralarında mübahisə Zərərçəkmiş şəxs onun çəpərinin üstündə tikdiyi toyuq hininin üstündə başlamışdır. Həmin tikili ilə əlaqədar aralarında olan mülki mübahisəyə də məhkəmədə baxılır. Aralarında olan mübahisə ilə əlaqədar o, Zərərçəkmiş şəxs inşa etdiyi tikilinin kənarında vurulmuş nerj dəmirin bir hissəsini onun həyətinə düşdüyü üçün sökmüşdür, lakin bundan artıq o, heç bir yeri sökməmişdir və zədə yetirməmişdir. Belə ki, 29 sentyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs ustası onun inşa etdiyi tikilinin dam örtüyündə iş apararkən ustaya etiraz etmişdir, sonradan Zərərçəkmiş şəxs tikilinin damına çıxaraq onunla mübahisə yaratmışdır. Zərərçəkmiş şəxs atdığı predmetlə ona xəsarət yetirmişdir. Sözügedən dam örtüyü Zərərçəkmiş şəxs dəvət etdiyi usta tərəfindən sökülmüşdür və bu barədə onun tərəfindən çəkilmiş videogörüntülərri də məhkəməyə təqdim etmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Şəxs ilə qonşudurlar. Şəxs daim onun tikdiyi toyuq hininin tikintisinə etiraz etmişdir və bu səbəbdən onların aralarında mübahisə baş vermişdir. Şəxs ilə qonşuluğunda tikdiyi toyuq hininə Təranə tərəfindən zərər yetirilmişdir. Belə ki, Şəxs daş parçaları və dəmir lom vasitəsilə sözügedən tikilinin azbes şiferdən olan dam örtüyünü, onun xərəpələrin, dəmir list olan hissəsini zədələyərək yararsız hala salmışdır. Bunun nəticəsində də o, həmin hissələri dəyişərək yenisi ilə əvəz etmək məcburiyyətində qalmışdır və nəticədə ona maddi ziyan dəymişdir. Göstərilənləri nəzərə alaraq Şəxs qanunla nəzərdə tutulmuş tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lənkəran Şəhər-Rayon X2çısı Şahid izahatında bildirmişdir ki, o, hal-hazırda Lənkəran Şəhər-Rayon X2çı vəzifəsində işləyir. Hadisə baş verdiyi gün Zərərçəkmiş şəxs DİN-nin 102 məlumat xidmətinə zəng vuraraq qonşusu Şəxs tərəfindən onun tərəfindən tikdirdiyi hinə daş ataraq əmlakına ziyan vurmuşdur. Hadisədən 5 dəqiqə keçməmiş Şəxs da, DİN-nin 102 məlumat xidmətinə zəng vuraraq qonşusu Zərərçəkmiş şəxs barəsində DİN-nin 102 məlumat xidmətinə şikayət etmişdir. O, həmin vaxt ərazinin sahə müvəkkili işləmişdir. O, dərhal hadisə yerinə getmiş və Zərərçəkmiş şəxs ona bildirmişdir ki, Şəxs onun tərəfindən inşa edilmiş dam örtüyünün şiferlərinə daş ataraq ona ziyan vurmuşdur. Həmin vaxt orada ustalar da işləmişdir. Mayisənin həyətində daş qırıntılarının olduğunu görmüşdür. Lakin həmin daş qırıntılarının Şəxs tərəfindən atıldığını görməmişdir. Məhkəmə iclasında iş materialına əlavə edilmiş CD diskdə olan videogörüntülərə baxış keçirilərkən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs dəvət etdiyi usta onun inşa etdiyi toyuq hininin dam örtüyünün üstünə çıxaraq həmin dam örtüyünü sökməklə məşğul olur. Videogörüntünün əvvəlində dam örtüyünün üzərindəki şiferlərlə tam dolu olduğu görünsə də, usta tərəfindən onların mütəmadi olaraq sökülməsi, videonun sonunda isə onların tamamilə sökülərək yığıldığı müşahidə edilir. Bundan əlavə həmin dam örtüyü yedən təxminən 2,5 metr hündürlükdə olduğu üçün həmin dam örtüyünü sökmək üçün həmin hündürlüyə çıxmağın tələb olunduğu da videogörüntülərdən müşahidə olunur. Həmçinin iş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş Rəydə tikinti materiallarının qiyməti qeyd edilsə də həmin tikinti materiallarının məhv edilibedilməməsi və kimin tərəfindən məhv edilməsinə dair iş materiallarına mötəbər sübut əlavə edilməmişdir. Məhkəmə proses iştirakçılarını və şahid ifadəsini dinləyib, həmçinin iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Lənkəran ŞRPŞ-nin sahə rəisi, polis leytenantı X1 tərəfindən tərtib edilmiş 19 yanvar 2023-cü il tarixli MN seriyalı ******* saylı protokola əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinin tələblərinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin məcəllənin 8.1 maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2 maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin məcəllənin 232-1-ci maddəsi bu məzmundadır: Özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. İXM-nin yuxarıda istinad edilən 8-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin mahiyyətindən görünür ki, şəxsin əməlində inzibati xətanın tərkibinin olması halı səlahiyyətli orqan tərəfindən sübuta yetirilməlidir. Qanunun bu tələbinə əsasən Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin tərkibinin olması halının sübuta yetirilməsi vəzifəsi inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın üzərinə düşür. Lənkəran ŞRPŞ-nin sahə rəisi, polis leytenantı X1 tərəfindən Şəxs AR İXM-nin 232- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilməmişdir. AR İXM-nin 8.3 maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 3, 8, 75, 115ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar