Məhkəmə qərarları › İş №3(049)-737/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-737/2024

06.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-737/2024 06.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Məmmədov Tural Məhərrəm oğlunun katibliyi ilə, Sumqayıt şəhər DYPŞ-nin Yol patrul xidməti inspektoru, polis serjantı X19 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 335.1-ci maddəsi ilə tərtib edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan X9 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X9 məhkəməyə şikayət verərək, Sumqayıt DYPŞ-nin Yol Patrul Xidmətinin inspektoru polis serjantı X14 onun barəsində qəbul etdiyi xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək inzaibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Lənkəran rayonunun Girdəni kəndində anadan olmuşam və həmin kənddə doğulmuş və həmin kənddə qeydiyyatda olmaqla yaşayır. xx.xx.2024-cü il tarixdə saat təxminən 16:25 radələrində dostu Əliabbasla Sumqayıt şəhərində olarkən etibarnamə ilə ona məxsus olan VAZ-21074 minik markalı **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobili ona idarə etmək üçün vermişdir. Təbii ki, o da maşında olmuşdur. X4 BD 033219 nömrəli sürücülük vəsiqəsi vardır. Yolda Sumqayıt YPX-nin əməkdaşı sonradan adını bildiyi Elvin adlı şəxs onlara saxla işarəsi vermiş və dostu Əliabbas sağa dönmə işarəsini yandıraraq maşını yolun sağ tərəfində təhlükəsiz yerdə saxlamışdır. Elvin adlı YPX əməkdaşı onlara yaxınlaşıb sənədləri təqdim etməklərini istəmişdir. O, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini və ona verilən etibarnaməni YPX əməkdaşına təqdim etmiş, lakin Əliabbasın sürücülük vəsiqəsinin evdə qaldığını bildirərək onu bort kompüter vasitəsi ilə yoxlamasını xahiş etmişlər. Bundan sonra Elvin adlı YPX əməkdaşı dostu X1 vəsiqəsinin olub-olmamasını bort kompüter vasitəsi ilə yoxlamış və bildirmişdir ki, X10 adına sürücülük vəsiqəsi yoxdur və buna görə hər ikisinə cərimə yazılacağını bildirmişdir. O, Elvin adlı YPX əməkdaşına bunun mümkün olmadığını, onlara cərimə yazmamasını, X1 vəsiqəsinin olduğunu, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ona verilən etibarnamənin onda qalmasını, gedib evdən Əliabbasın sürücülük vəsiqəsi gətirə biləcəyini demişdir. Lakin, Elvin adlı YPX əməkdaşı onu guya aldatdıqlarını zənn edərək onlarla razılaşmamış maşının cərimə meydançasına gedəcəyini bildirmişdir. Onlar vəziyyətin belə olduğunu görüb, “VAZ 21074 minik markalı” **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobilin cərimə meydançasına aparılmasına razılaşmışlar, çünki əks təqdirdə onlara polisə müqavimət göstərdiklərini bildirəcəkdilər. Lakin, o yenə də Elvin adlı YPX əməkdaşına protokol yazmamasını, yarım saata X1 vəsiqəsi gətirəcəyini bildirmişdir. Onlar taksi ilə gedib evdən X1 vəsiqəsini gətirməyə gedəndə yolda SMS Radar vasitəsi ilə həmin YPX əməkdaşı tərəfindən ona iki cərimə protokolu gəlmişdir. Onlar X1 vəsiqəsi ilə Sumqayıt YPX-nin inzibati binasına yaxınlaşmış və X1 vəsiqəsini təqdim edərək avtomobili qaytarmalarını xahiş etmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, protokollardan biri tanımadığı ümumiyyətlə onun avtomobilə aid olmayan şəxs X15 adına yazılmışdır. Bundan sonra Sumqayıt DYPŞ-nin YPX-də inzibati araşdırma aparılaraq məlum olmuşdur ki, X8 yol vermiş, onun barəsində xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı və xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarları yanlış olaraq qəbul etmişdir. Həmin vaxt YPX əməkdaşı X19 işə yeni düzəldiyini və səhv etdiyini etiraf edərək cəriməni yaxın vaxtda özünün ödəcəyini bildirmişdir. Lakin o, razılaşmamış və xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət verəcəyini bildirmişdir. Hesab edir ki, heç bir qanun pozutusuna yol verməmişdir. İş materiallarına əlavə etdiyi X11 məxsus BD 033219 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, X2 vəsiqəsini xx.xx.2022-ci il tarixdə almış və xx.xx.2032-ci il tarixədək etibarlıdır. Ona görə də o, bu qərarla razı deyil və həmin qərarın ləğv edilməsini istəyir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş inzibati xəta haqqında iş üzrə qərar qəbul etmiş səlahiyyətli şəxs – Sumqayıt şəhər DYPŞ-nin Yol patrul xidməti inspektoru, polis serjantı X19 və barəsində tənbeh vermə haqqında qərar qəbul edilmiş şikayət vermiş şəxs X9 məhkəmə iclasına gəlməmiş, sonuncu məhkəməyə ərizə ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 61-ci maddəsinə qərarından şikayət verilmiş YPX inspektoru və şikayət vermiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Şikayətə əlavə edilmiş: ƏN-İX 330190 №-li “Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında Etibarnamə”dən görünür ki, mülkiyyətçi X17 “VAZ 21074 minik markalı” **-NU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin X7 etibar etmişdir. Etibarnamə üzrə verilən səlahiyyətlər sürücülük hüququ olduqla idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə verməkdən ibarətdir. Etibarnamə xx.xx.2024-cü il tarixədək qüvvədədir. AD 304017 №-li “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”ndən görünür ki, “VAZ 21074 minik markalı” **-NU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X12r. xx.xx.2004-cü il təvəllüdlü X11 DİN BDYPİ Sumqayıt RQİTBŞ tərəfindən verilmiş BD033219 №-li BC kateqoriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, vəsiqə xx.xx.2032-ci il tarixədək qüvvədədir. Sumqayıt şəhər DYPŞ-nin Yol patrul xidməti inspektoru, polis serjantı X19 tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X9 xx.xx.2024-cü il tarixdə saat 16:54-də nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə Azərbaycan Respublikası İXM-nin 335.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 60 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 335.1-ci maddəsindən görünür ki, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə fiziki şəxslər altmış manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Sumqayıt şəhər DYPŞ-nin Yol patrul xidməti inspektoru, polis serjantı X19 tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X9 nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verdiyinə görə təqsirləndirilərək Azərbaycan Respublikası İXM-nin 335.1-ci maddəsinə əsasən cərimə növündə tənbehə məruz qalmışdır. Halbuki, X9 şikayətə əladə edilmiş xx.xx.2004-cü il təvəllüdlü X11 DİN BDYPİ Sumqayıt RQİTBŞ tərəfindən verilmiş BD 033219 №-li BC kateqoriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, vəsiqə xx.xx.2032-ci il tarixədək qüvvədədir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2024-cü il tarixdə X3 Əbdürrəhman Rüfət oğlunun qanuni shaibi olduğu “VAZ 21074 minik markalı” **-NU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmuşdur. İXM-nin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-8.3-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 53.1 və 53.1.2-ci maddələrinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-105.1-ci maddələrində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcüd olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-in 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar sırasında çıxış edir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, Sumqayıt şəhər DYPŞ-nin Yol patrul xidməti inspektoru, polis serjantı X19 tərəfindən X6 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsi ilə tərtib edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, X6 barəsində İXM-nin 335.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Sumqayıt şəhər DYPŞ-nin Yol patrul xidməti inspektoru, polis serjantı X19 tərəfindən X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsi ilə tərtib edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X6 barəsində İXM-nin 335.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar