Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-737/2025 15.10.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Lənkəran rayonu, Bala-Şürük kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1i ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yaşayan Şəxs barəsində Lənkəran Rayon İcra və Probasiya Şöbəsin tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin 2(049)-619/2023 saylı, xx.xx.2023-cü il tarixli və 8(049)-233/2025 nömrəli icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə, inzibati tənbeh almış şəxs Şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən Şəxs barəsində İXM-nin 528.1-1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra X4 bildirmişdir ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-619/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi 2(049)-619/2023 saylı icra sənədi üzrə tələbkara 2116,40 manat məbləğində borcu vardır. Borclu Babayeva X5 Rayon Məhkəməsinin 3(049)-452/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Tərəfindən ona könüllü icra üçün müddət verilsə də borclu tələbi təmin etməmişdir. Ümumilikdə 9776.40 manat aliment məbləğindən 7660 manat ödəmiş, 2116.40 manat ödənilməmiş aliment borcu vardır. Lənkəran Rayon Məhkəməsinin 3(049)-452/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından sonra borclu heç bir ödəniş etməmişdir. Eyni zamanda yaşadığı ünvanda borclunu müəyyən etmək mümkün olmadığından barəsində axtarış qərarı qəbul edilmişdir.Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, hal-hazırda işsizdir. Bu səbəbdən aliment borcunu ödəyə bilməmişdir. İcra məmurunun çağırışına gəlməkdən yayınmasının səbəbi isə maddi imkanın olmaması olmuşdur. Himayəsində xx.xx.2023-cü il təvəllüdlü X7 adlı bir uşağı vardır. İcra sənədi üzrə 2116,40 manat məbləğində borcu olması ilə razılaşır. Borcunu ödəməkdən imtina etmir. Özünü təqsirli bilir və əməlindən səmimi peşmançılıq hissi keçirir. Barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Lənkəran Rayon Məhkəməsinin 2(049)-619/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-cü il tarixdən başlayaraq, Şəxs hər ay, hər uşaq üçün 120 manat olmaqla, iki uşağa görə hər ay 240 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, müvafiq icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icraata başlamaq haqqında qərarın surəti Şəxs göndərilmiş, ona məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Lənkəran Rayon Məhkəməsinin 3(049)-452/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 8(049)-233/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-619/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən cavabdeh X1 tutulan sabit pul məbləğində alimentin məbləği sonrakı artımlar da nəzərə alınmaqla hər uşaq üçün hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.347 misli həddində indeksasiya olunmuşdur. xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Lənkəran Rayon Məhkəməsinin 8(049)-233/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanılmışdır. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun izahatı, icra məmurunun məlumatı, «inzibati xəta haqqında» protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş ŞəxsLənkəran Rayon Məhkəməsinin 2(049)-619/2023 saylı, xx.xx.2023-cü il tarixli məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməmiş, məhkəmə qətnaməsini üzrsüz səbəbdən icra etməmiş və bununla da o, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, buna görə də Lənkəran rayon məhkəməsinin 3(049)- 452/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Lakin borclu icra məmurunun tələbini təkrarən üzrsüz səbəbdən yerinə yetirməmiş, nəticədə barəsində İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati qaydada protokol tərtib edilmişdir. Ona görə də onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxsnun əməlindən peşmançılıq hissi keçirməsi İXM-nin 32.1.1-ci maddəsinə əsasən, himayəsində azyaşlı uşağı olan qadın tərəfindən törədilməsi 32.1.3-cü maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən haldır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 528.1-ci maddəsinə görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, himayəsində azyaşlı uşağının olmasını, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati cərimə növündə tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 1000 (min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №3(049)-737/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-737/2025
15.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver