Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-739/2025 29.10.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X6, Protokol tərtib edən şəxs: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yanında Suların İstifadəsinə və X2 Xidmətinin 5 saylı Lənkəran-Astara Regional bölməsinin aparıcı-məsləhətçi müfəttişi X3 iştirakı ilə, Hüquqi ünvanı Lənkəran rayonu, Şilavar kəndi, (VÖEN: **********) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 262.2.3cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında Suların İstifadəsinin və X1 Xidməti 5 saylı Lənkəran - Astara Regional bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs İXM-nin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında Suların İstifadəsinin və X1 Xidməti 5 saylı Lənkəran - Astara Regional bölməsinin aparıcı-məsləhətçi müfəttişi X7 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı protokol Lənkəran Rayon Məhkəməsinə daxil olmuşdur. xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola əsasən xx.xx.2025-ci il tarixdə Lənkəran rayonu, Şilavar kənd ünvanında Şəxs tərəfindən içməli, məişət və tullantı sularının təyinatsız axıtmışdır. Bununla da, MONOMED” Məhdud Məsuliyyətli Cəmiyyəti İXM-nin 262.2.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib edən şəxs X7 xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolu müdafiə edərək hüquqi şəxsə İXM-nin 262.3-cü maddəsinin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Şəxsnə lazımı qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, İXM-nin 112.1.4-cü maddəsinin tələbinə uyğun olaraq nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxsnə inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və törədilən əməl İXM-nin 262.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında Suların İstifadəsinin və X1 Xidməti 5 saylı Lənkəran - Astara Regional bölməsinin 001068 nömrəli, xx.xx.2025-ci il tarixli aktında göstərilmişdir ki, Lənkəran rayonu, Şilavar kəndində MONOMED” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında Suların İstifadəsinin və X1 Xidməti 5 saylı Lənkəran - Astara Regional bölməsinin xx.xx.2025-ci il tarixli, 10 saylı sərəncamına əsasən keçirilən monitorinq zamanı həmin hüquqi şəxsə məxsus Lənkəran rayonu, Şilavar kəndində yerləşən tullantı sularının tikilmiş şambaya axıdılması və oradan da sızma baş verərək kənara təyinatsız axması halı aşkar olunmuş, aparılan monitorinq zamanı çayxananın ərazisinə baxış icraçı direktor X5 iştirakı ilə aparılmış, monitorinq nəticəsi olaraq aşkar olunmuşdur ki, bu hal İXM-nin 262.2.3-cü maddəsində göstərilənlərə əsasən qanun pozuntusudur. Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında Suların İstifadəsinin və X1 Xidməti 5 saylı Lənkəran - Astara Regional bölməsi tərəfindən icraçı direktor X4 alınmış xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, Lənkəran rayonu, Şilavar kəndində MONOMED” Məhdud Məsuliyyətli Cəmiyyətində monitorinq onun iştirakı ilə aparılan zaman tullantı sularının şanbaya tökülərək, ətrafa sızması müşahidə olunmuş, MMC barəsində yol verdiyi qanun pozuntusu ilə əlaqədar tərtib olunmuş akt və protokolu təsdiq edir, monitorinq keçirilməsinə etirazı yoxdur. Qısa müddət ərzində aradan qaldıracaqdır, Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında Suların İstifadəsinin və X1 Xidməti 5 saylı Lənkəran - Astara Regional bölməsinin 001003 nömrəli, xx.xx.2025-ci il tarixli aktını ADSEA-nın yanında SİMDNX-nin 5 saylı Lənkəran - Astara Regional bölməsinin əməkdaşları və X8 imzalayaraq doğruluğunu təsdiq etmişdir. İXM-nin 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Şəxs tullantı suyunun təyinatsız axıtması, beləliklə İXM-in 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi icraçı direktorunun etirafedici izahatı, akt və barəsində tərtib edilmiş protokol ilə tam şəkildə sübuta yetirilir. İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini və məsuliyyətini yüngülləşdirən halları nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 2000 (iki min) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-739/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-739/2025
29.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver