Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-740/2024 26.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, Lənkəran Şəhər Rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis leytenantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1982-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Lənkəran şəhəri, X9 küçəsi ev 75/2 mənzil 8 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Lənkəran Şəhər Rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis leytenantı X4 tərəfindən tərtib olunmuş 24 iyul 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunur ki, Şəxs 24 iyul 2024-cü il tarixdə saat 19:50-də Lənkəran rayonu Kərgəlan kəndi istiqamətində avtomobil ilə hərəkətdə olarkən konstruksiya dəyişikliyi ilə bağlı Yol Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılaraq ŞRPŞ-nə dəvət edilən zaman o, polis əməkdaşlarına tabe olmayıb, onları söyüb təhqir etmişdir. Qeyd edilən hərəkətləri ilə Şəxs inizbati xəta törətmişdir və bununla əlaqədar onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşin məhkəmə baxışında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Lənkəran Şəhər Rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis leytenantı X4 izahatında bildirdi ki, hazırki inzabi xəta haqqında icraat Yol Patrul Xidmətinin əməkdaşı Şahin Qocayevin raportu əsasında başlanmışdır. Hadisə Ləkəran şəhərində Aeroport yolunun yaxınlığında “Kokteyl” kafesinin qarşısında baş vermişdir. Belə ki, X5 avtomaşın idarə edərkən Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılarkən onların qanuni tələbinə əməl etməmiş və onların ünvanına söyüş söyərək xırda xuliqanlıq hərəkətləri etmişdir. X15 Xidmətinin xidməti avtomaşınında olan video qeydiyyatçı vasitəsilə qeydə alınmışdır və sübut kimi məhkəməyə təqdim edilmişdir. İnzabati xəta haqqında icraat çərçivəsində barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatı alınmışdır. Qeyd edilənlərə əsasən. barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində İXM-nin 510 və 535.1-ci madəsinin sanksiyası həddində cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxşında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, 24 iyul 2024-cü il tarixdə saat 18 radələrində Lənkəran rayonu ərazisind idarə etdiyi avtomaşınla hərəkətdə olarkən onunla əks istiqamətdə qarşıdan gələn Yol Patrul Xidmətinin avtomaşını ona sadə siqnal vermişdir. O, əvvəllər də həmin xidməti avtomaşında olan polis əməkdaşlarını tanıdığından həmin əməkdaşların ona salam verdiklərini zənn edib, yoluna davam etmişdir. Çünki polis əməkdaşları ona siren verməmişlər, avtomaşının üstündə olan işıqları yandırmamışlar və səsucaldıcı ilə ona saxla əmri verməmişlər. Sonrdan həmin polis avtomaşının onun hərəkət istiqamətində arxasında hərəkət edən avtomaşından sonra gələrək üstündə olan işıqları yandırdığını gördükdə zənn etmişdir ki, onu saxlamaq istəyirlər. Bu zaman idarə etdiyi avtomaşını yolunkənarında saxlamış və düşərək həmin polis avtomaşına yaxınlaşıb onu niyə saxladıqlarını polis əməkdaşlarından soruşmuşdur. Polis əməkdaşı Şahin Qocayev ona kobud formada bildirmişdir ki, guya polisin qanuni tələbinə etməyərək avtomaşını saxlamayıb. Həmçinin ona bildirmişdir ki, avtomaşınında konstruksiya dəyişikliyi etdiyi üçün onlarla birlikdə polis idarəsinə getməlidir. O, da poisin bu tələbi ilə yerində razılaşmış, polis əməkdaşı Afiq onun yanında oturmuş və onlar polis idarəsinə doğru getmişlər. Yolda o, dostunu da özü ilə götürəcəyini bildirərək avtomaşını saxlamışdır. Həmin vaxt polis əməkdaşı Şahin Qocayev ona yaxınlaşaraq valideynlərinin ünvanına nalayiq söyüş söymüşdür. O, da bu söyüşə, təhqirə dözməyərək avtomaşından düşmüş və Şahin Qocayevin ona söylədiyi söyüşləri özünə qaytardığını bildirmişdir. Sonradan yenidən avtomaşınına oturaraq polis şöbəsinə getmişdir. Lənkəran ŞRPŞ-nin X14 inzibati binasında olarkən polis əməkdaşı Afiq Qurbanov onun qayışından tutaraq dartmış, polis əməkdaşı Şahin Qocayev isə dəfələrlə onun boyun nahiyəsinin arxa hissəsinə təxminən 25 – 26 dəfə yumruq zərbəsi vurmuşdur. Həmçinin polis əməkdaşları ona təzyiq göstər'rək ondan etirafedici izahatın alınmasına nail olmuşlar. Lakin polisdə verdiyi izahat həqiqəti əks etdirmir. Polis əməkdaşı Şahin Qocayev tərəfindən ona qarşı edilən fiziki zorakılıq nəticəsində başında kəskin ağrılar başlamış və qusma halları yaranmışdır. Hadisədən sonra polis əməkdaşlarının qanunsuz hərəkətləri barədə 102 Polis xidmətinə və Baş prokurorluğun qaynar xəttinə şikayət etmişdir. Barəsində tərtib edilmiş protokolla razı deyildir. Həmin protokolda qeyd edilənlər həqiqəti əks etdirmir. Belə ki, o, heç vaxt polisin qanuni tələblərinə itaətsizlik etməmişdir və olisin ünvanına söyüş söyməmişdir. Pols tərəfindən məhkəməyə təqdim edilən videoyazıda olan səs yazısı qəsdən onlar tərəfindən pozularaq təqdim edilmişdir. Çünki həmin səs yazısında polisin özünün ona qarşı təhqiredici, kobud səs yazıları vardır. Barəsində olan inzibati xəta haqqında işə xitam verilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışında şahid qismində ifadə verən Lənkəran ŞRPŞ-nin DYPB-nin YPX-nin inspektoru X10 ifadəsində bildirdi ki, 24 iyul 2024-cü il tarixdə YPX-nin inspektoru Afiq Qurbanovla birlikdə xidmətdə olarkən Lənkəran rayonu Kərgəlan kəndi ərazisində qarşıdan gələn VAZ-2107 markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomaşında konstruksiya dəyişikliyini aşkar edib, ona saxla əmri vermişdir. Saxla əmrini xidməti avtomaşının üstündə olan işıq və siren vasitəsilə vermişdir. Həmin avtomaşının sürücüsü onun saxla əmrinə tabe olmayaraq, avtomaşını saxlamamışdır və o, geriyə dönərək həmin avtomaşının arxasınca sürmüşdür. Təxminən bir kilometr onun arxasınca getdikdən sonra həmin avtomaşın saxlamışdır. Sürücü idarə etdiyi avtomaşını saxlamamaqla polis əməkdaşlarının qanuni tələblərinə riayət etməmişdir. O, sürücüyə onlarla polis şöbəsinə getməli olduğunu bildirdikdə həmin sürücü bununla razılaşmış və polis əməkdaşı Afiq Qurbanov onun avtoşanına oturmuş və onlar polis şöbəsinə doğru getmişlər. Bir az getdikdən sonra həmin sürücü “Kokteyl” kafesinin yanında avtomaşını saxlamışdır. Afiq Qurbanov onun bu hərəkətinə etiraz etdikdə o, polis əməkdaşının bu tələbinə də riayət etməmişdir. O, özü də həmin sürücüyə yaxınlaşaraq onu intizama dəvət etdikdə o, avtomaşından düşərək onu söyməyə başlamışdır. Sonradan həmin sürücünü polis şöbəsinə gətirmişlər və izahatı alındıqdan sonra onun Şəxs olduğunu bilmişlər. Xidmət apardıqları zaman onlara təhkim edilmiş səsyazan mikrofon qurğusu işləməmişdir. Həmçinin xidməti avtomaşında olan video qeydiyyatçının səsyazma funksiyası aktiv olmamışdır. İşin məhkəmə baxışında şahid qismində ifadə verən Lənkəran ŞRPŞ-nin DYPB-nin YPX-nin inspektoru X6 ifadəsində polis inspektoru X7 məhkəmədə bildirdiyi xüsusatları təsdiqlədi. Lənkəran Şəhər Rayon Polis Şöbəsindən məhkəməyə təqdim edilən videoyazıya məhkəmə iclasında baxış keçirilməklə tədqiq edilən zaman müəyən edildi ki, həmin videoyazıda YPX-nin xidməti avtomaşının qarşısında hərəkətdə olan VAZ-2107 markalı **- ED-*** dövlət qeydiyyat nişanlı avtomaşın dayanır, həmin avtomaşının sürücüsü avtomobildən düşərək polisin xidməti avtomaşınının sürücü hissəsində əyləşən polis əməkdaşına yaxınlaşa sakit formada qısa dialoq edir və yenidən öz avtomaşının sürücü hissəsinə əyləşir, onun yanındakı sərnişin hissəsində polis əməkdaşı əyləşir və polis avtomaşınının qarşısında hərəkətə başlayır. Bir müddət hərəkət etdikdən sonra VAZ-2107 markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomaşın dayanır, məhkəmə iclasında şahid qismində polis əməkdaşı Şahin Qocayev ona yaxınlaşaraq, ona işarə edərək nə isə deyir və sürücü qəflətən avtomaşından düşərək əl hərəkətləri nə isə ona doğru deyir. Sürücü yenidən öz avtomaşınına əyləşir və polis avtomaşınının qarşısında hərəkətə başlayır. Videoyazıda səs yazısı mövcud deyildir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, protokolu tərtib edən şəxsi və şahidləri dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.2 və 8.3-cü maddələrinə əsasən «İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir», «İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur». İXM-nin yuxarıda istinad edilən 8-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin mahiyyətindən görünür ki, şəxsin əməlində inzibati xətanın tərkibinin olması halı səlahiyyətli orqan tərəfindən sübuta yetirilməlidir. Beləliklə, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsinin tərkibinin olması halının sübuta yetirilməsi vəzifəsi inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın üzərinə düşür. Protokolda, ona əlavə edilmiş sənədlərdə və şahid ifadələrində qeyd edilir ki, Şəxs 24 iyul 2024-cü il tarixdə saat 19:50-də Lənkəran rayonu Kərgəlan kəndi istiqamətində avtomobil ilə hərəkətdə olarkən konstruksiya dəyişikliyi ilə bağlı Yol Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılaraq ŞRPŞ-nə dəvət edilən zaman o, polis əməkdaşlarına tabe olmayıb, onları söyüb təhqir etmişdir. Lakin məhkəmə iş üzrə sübutları araşdırdıqda inzibati xəta haqqında protokolda qeyd edilən xüsusatlar öz təsdiqini tapmamışdır. Belə ki, inzibati xəta haqqında icraatı aparan inzibati orqan tərəfindən sübut kimi məhkəməyə təqdim edilmiş videoyazıdan görünür ki, VAZ-2107 markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü avtomaşını saxlayaraq polislə qısa dialoqdan sonra atomaşına əyləşir, polis əməkdaşı da onun avtomaşınına əyləşir və o, hərəkətə başlayır. Qeyd edilən kadrlarda sürücünün polisin qanuni tələbinə riayət etməməsi halı müşahidə edilmir. Həmçinin təqdim edilmiş videoyazıda polisin həmin avtomaşına saxlamaq əmrini verməsi və həmin avtomaşının saxlamaması kimi xüsusatlar müşahidə edilmir. Eyni zamanda məhkəmə qeyd edir ki, inzibati xəta haqqında icraatı aparan orqan tərəfindən inzibati xəta haqqında barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin qeyd edilən hərəkəti (polisin saxlamaq əmrini yerinə yetirməməsi) İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta kimi qiymətləndirilməsinə baxmayaraq, İXM-nin 327.3. maddəsində Dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına və ya nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə, yaxud müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə - yüz manat məbləğində cərimə inzibati tənbehi nəzərdə tutulmuşdur. Həmçinin inzibati xəta haqqında icraatı aparan orqanın nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilən videoyazıda Şəxs polis əməkdaşlarını söyüb, təhqir etməsi faktının əks olunduğu qeyd edilməsinə baxmayaraq, qeyd edilən videoyazıda heç bir səs yazısı mövcud deyildir. Bu baxımdan qeyd edilən hadisələr zamanı X2 hansı ifadələri işlətməsi videoyazıdan müəyyən edilmir. Halbuki Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının 12 may 2017-ci il tarixli Q25-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş “Yol-patrul xidməti haqqında” Təlimatın 4.7 bəndinə əsasən, YPX inspektoru tərəfindən nəqliyyat vasitəsi dayandırılarkən bütün hallarda patrul avtomobilində və ya postda quraşdırılmış videokamera daim işlək vəziyyətdə olmalı, patrul avtomobilində quraşdırılan məsafədən səs ötürən mikrofondan istifadə edilməlidir. Sürücü ilə ünsiyyət və inzibati xətanın sənədləşdirilməsi, habelə YPX inspektorunun digər hərəkətləri avtomobilin içəri hissəsində və ya kənarda kameranın görünüş dairəsində aparılmalıdır. Yol Patrul Xidməti əməkdaşları tərəfindən xidmət aparılarkən yuxarıda qeyd edilən tələblər pozulmuşdur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi aşağıdakı məzmundadır: «Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə – fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur». İXM-nin 535.1-ci maddəsinin dispozisiyasından görünür ki, həmin maddə məhz ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir. Yəni hər bir halda təqsirkarın qanunazidd hərəkətləri ictimai qaydanın pozulmasına, müvafiq vəzifəli şəxsin hərəkətləri isə bu pozuntunun qarşısının alınmasına yönəlməlidir. Əks təqdirdə İXM-nin 535.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən mövcud ola bilməz. İctimai qayda dedikdə isə cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İşin faktiki hallarından görünür ki, işin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları X10 və X3 ifadələri ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsi və iş materiallarında qeyd edilən izahatlar arasında kəskin ziddiyyət mövcuddur. Bunun əksi iş materialları ilə müəyyən olunmur. Bununla da Şəxs təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Belə olan halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin obyektiv cəhətdən tərkibinin mövcud olmasından söhbət gedə bilməz. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi aşağıdakı məzmundadır: “Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə – əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur.». İş materiallarından həmçinin müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin də obyektiv cəhətdən tərkibi mövcud deyildir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən «inzibati xəta tərkibi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, “Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(049)-740/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-740/2024
26.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver