Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-740/2025 06.11.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən orqan - Azərbaycan Dövlət Su Ehtiyatları Ağentliyi yanında Suların İstifadəsinə və X3 Xidmətinin 5 saylı X1 nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 iştirakı ilə, xx.xx.1975-ci il tarixdə ünvan 1 ünvanında yaşayan, “Qala” dönər evində sahibkarlıq fəaliyyəti ilə məğul olan vəzifəli şəxs, evli, fərdi identifikasiya nömrəsi 0WDP9NT X7 barəsində Azərbaycan Dövlət Su Ehtiyatları Ağentliyi yanında Suların İstifadəsinə və X3 Xidmətinin 5 saylı X2 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: X7 tərəfindən xx.xx.2025-ci il tarixdə Lənkəran şəhəri Qala Xiyabanı ərazisində yerləşən “Qala” dönər evində tullantı sularının kənara təyinatsız axıdılması faktına görə onun barəsində Azərbaycan Dövlət Su Ehtiyatları Ağentliyi yanında Suların İstifadəsinə və X3 Xidmətinin 5 saylı X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən orqan - Azərbaycan Dövlət Su Ehtiyatları Ağentliyi yanında Suların İstifadəsinə və X3 Xidmətinin 5 saylı X1 nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək göstərdi ki, Azərbaycan Dövlət Su Ehtiyatları Ağentliyi yanında Suların İstifadəsinə və X3 Xidmətinin 5 saylı X1 xx.xx.2025-ci il tarixli 28 nömrəli sərəncamına və Lənkəran Şəhər İcra Hakimiyyətinin şifahi müraciətinə əsasən Lənkəran şəhəri Qala Xiyabanı ərazisində monitorinq aparılmışdır. Lənkəran şəhəri Qala Xiyabanı 13 ünvanında yerləşən “Qala” dönər evinə baxış keçirilməsi zamanı əsasən tullantı sularının axıdılması sistemləri yoxlanılmışdır. Yoxlama zamanı tullantı sularının kustar üsulla tikilmiş şamboya, oradan da yağış-qar suları üçün nəzərdə tutulan kanala axıdılması faktı aşkar edilmişdir. “Qala” dönər evi Lənkəran şəhərində 313545; ******* koordinatlarında yerləşir və əhaliyə iaşə xidməti göstərir. Baxış keçirilməsində “Qala” dönər evində sahibkarlıq fəaliyyəti ilə məşğul olan vəzifəli şəxs X7 özü də iştirak etmiş, qeyd olunan nöqsanlar onun özünün də nəzərinə çatdırılmış və o bununla bağlı yazılı izahat vermişdir. Aşkar olunmuş nöqsanlarla bağlı 5 saylı X2 tərəfindən fotoşəkillər və video görüntülər çəkilməklə müvafiq akt tərtib edilərək imzalanmış, X7 da həmin akta imza etmişdir. Aşkar olunmuş fakt üzrə X5 barəsində xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilmişdir. Qeyd etdikləri nəzərə alınmaqla, iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, “Qala” dönər evində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Həmin obyektdə çirkab sularının axıdılması üçün nəzərdə tutulan anbar və yağış-qar sularının axıdılması üçün nəzərdə tutulan anbar ayrıdır. 5 saylı X1 əməkdaşları tərəfindən keçirilən monitorinqdə özü də iştrak etmiş və aktda qeyd olunan nöqsanlardan xəbərdardır. Həmin nöqsanlar yalnız ona aid deyildir, həmçinin, həmin ərazidə yerləşən digər obyektlərə də aiddir. Monitorinq keçirilərkən o özü də iştrak etmiş və aktda qeyd olunan nöqsanları qısa müddətdə aradan qaldıracağını öhdəsinə götürmüşdür. Qeyd etdiklərinə əsasən iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş, Azərbaycan Dövlət Su Ehtiyatları Ağentliyi yanında Suların İstifadəsinə və X3 Xidmətinin 5 saylı X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli 001054 nömrəli aktdan, fotoşəkillərdən və diskdən görünür ki, həmin müəssisənin əməkdaşları tərəfindən aparılan monitorinq zamanı Lənkəran şəhəri Qala Xiyabanı ərazisində yerləşən “Qala” dönər evinin tullantı sularının kənara təyinatsız axıdılması faktı aşkar edilmişdir. Bununla bağlı 5 saylı X2 tərəfindən fotoşəkillər çəkilməklə və video çəkiliş aparılmaqla müvafiq akt tərtib edilərək bölmənin əməkdaşları və “Qala” dönər evində sahibkarlıq fəaliyyəti ilə məşğul olan vəzifəli şəxs X7 tərəfindən imzalanmışdır. Həmin video götüntü və fotoşəkillərdə tullantı sularının kənara axıdılması təsvirləri əks olunmuşdur. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, X7 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş xəta hadisəsi törədilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə Azərbaycan Dövlət Su Ehtiyatları Ağentliyi yanında Suların İstifadəsinə və X3 Xidmətinin 5 saylı X1 əməkdaşları tərəfindən aparılan monitorinq zamanı Lənkəran şəhəri Qala Xiyabanında yerləşən, X5 vəzifəli şəxs olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu “Qala” dönər evində tullantı sularının kənara təyinatsız axıdılması faktı aşkar edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünün həmin hadisəni törətməsinə dair etirafedici izahatı, akt, fotoşəkillər, video görüntülər, inzibati xəta haqqında protokol və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu obyektdə aşkar edilmiş nöqsanların yalnız ona deyil, həmçinin, həmin ərazidə yerləşən digər obyektlərə də aid olması ilə bağlı məhkəmə iclasında verdiyi izahatında qeyd etdiyi xüsusatları onun inzibati məsuliyyətdan azad olunması üçün əsas hesab etmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ilk dəfə inzibati xəta törətməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə araşdırması zamanı onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 barəsində inzibati tənbeh tədbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, habelə, məsuliyyəti yüngülləşdirən halı nəzərə almaqla, onun barəsində qeyd olunan maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə uyğun - 800 manat miqdarında inzibati cərimə inzibati tənbehinin tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25, 31, 40, 43, 110-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 Azərbaycan Dövlət Su Ehtiyatları Ağentliyi yanında Suların İstifadəsinə və X3 Xidmətinin 5 saylı X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək onun barəsində 800 manat miqdarında inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Kamran Süleymanov
Məhkəmə qərarları › İş №3(049)-740/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-740/2025
06.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver