Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-741/2024 27.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X10 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Lənkəran-X19in nümayəndəsi X2 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Lənkəran-Astara regional şöbəsi tərəfindən tərəfindən 19 iyul 2024-cü il tarixdə Şəxs barəsində MN seiyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, Şəxs Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini pozaraq X5, X16 və X11 işğaldan azad edilmiş ərazilərdə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən iş və xidmətlərin görülməsinə cəlb etmişdir. İşin məhkəmə baxışında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Lənkəran-X19in nümayəndəsi X6 izahatında bildirdi ki, X18 Xidmətinin elektron sistemi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin elektron sisteminə inteqrasiya edilyi üçün sistemdə aparılan monitorinq zamanı Şəxs MMC-nin əməkdaşları X5, X16 və X7 portalda işğaldan azad edilmiş ərazilərə giriş icazələrinin olduğunu müəyən etmişlər. Həmin vaxt həmçinin adları qeyd edilən şəxslərin Şəxs MMC ilə aralarında əmək müqaviləsinin olmaması müəyyən edilmişdir. Qeyd edilən səbəbdən həmin şəxslərin Şəxs MMC tərəfindən işğaldan azad edilmiş ərazilərdə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən iş və xidmətlərin görülməsinə cəlb edilməsi faktı aşkarlanmışdır. Bi səbəbdən də Şəxs MMC-nin barəsində AR İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İşin məhkəmə baxışında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X17 izahatında bildirdi ki, inzibati xəta haqqında protokolda adları qeyd edilən şəxslər X5, X16 və X13 ilə Şəxs MMC arasında əmək müqaviləsi bağlanmışdır. Bu səbəbdən də həmin şəxslər üçün işğaldan azad edilmiş ərazilərə giriş icazəsi alınması üçün onların adlı siyahısı Şəxs MMC-nin podratçı şirkəti olan "xxxx" MMCnə göndərilmişdir. "xxxx" MMC tərəfindən də həmin şəxslərə giriş icazəsi alnması üçün Azərbaycan Respublikasının Daxili İşlər Naziliyinə müraciət göndərilmiş və giriş icazələri alınmışdır. X1, X16 və X13 ilə Şəxs MMC arasında əmək müqaviləsinə xitam verilmişdir. Şəxs MMC işçiləri üçün işğaldan azad edilmiş ərazilərə giriş icazəsi alınması üçün birbaşa Daxili İşlər Nazirliyinə müraciət etmir. Bunu podratçı şirkəti olan "xxxx" MMC vasitəsilə həyata keçirir. X3ra inzibati xəta haqqında işlə əlaqadar müvafiq məktub göndərildikdən sonra isə qeyd edilən şəxslərin icazələrinin ləğv edilməsi üçün Şəxs MMC tərəfindən Daxili İşlər Nazirliyinə elektron qaydada müraciət edilmişdir. X5, X16 və X13 ilə Şəxs MMC arasında əmək müqaviləsinə xitam verildikdən sonra onlar şirkət təfəindən heç bir işin və xidmətin görülməsinə cəlb edilməmişdir. Lakin onlardan asılı olmayan səsəbəbdən onların işğaldaz azad edilmiş əraziərə giriş icazələri Daxili İşlər Nazirliyinin portalında qalmışdır. Bu səbəbdən də Şəxs MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol tamamilə əsassızdır. Odur ki, işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Əmək müqaviləsi bildirişindən görünür ki, X5 ilə Şəxs MMC arasında bağlanan əmək müqaviləsinə əsasən o, xx.xx.2023-cü il tarixdə şirkətdə ekskavator operatoru vəzifəsində işə qəbul edilmişdir. “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı” əmək müqaviləsi bildirişindən görünür ki, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Əmək müqaviləsi bildirişindən görünür ki, X16 ilə Şəxs MMC arasında bağlanan əmək müqaviləsinə əsasən o, xx.xx.2023-cü il tarixdə şirkətdə sürücü vəzifəsində işə qəbul edilmişdir. “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı” əmək müqaviləsi bildirişindən görünür ki, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Əmək müqaviləsi bildirişindən görünür ki, X13 ilə Şəxs MMC arasında bağlanan əmək müqaviləsinə əsasən o, xx.xx.2020-ci il tarixdə şirkətdə ekskavator operatoru vəzifəsində işə qəbul edilmişdir. “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı” əmək müqaviləsi bildirişindən görünür ki, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Elektron məktubun çıxarışından görünür ki, inzibati xəta haqqında protokolda adları qeyd edilmiş şəxslər - X5, X16 və X7 işğaldan azad edilmiş ərazilərə giriş icazələrinin ləğv edilməsilə əlaqadar xx.xx.2024-cü il tarixdə Şəxs MMC tərəfindən Daxili İşlər Nazirliyinə elektron müraciət göndərilmişdir. İşin faktiki hallarından müəyyən edilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Lənkəran-Astara regional şöbəsi 19 iyul 2024-cü il tarixdə Şəxs barəsində MN seiyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərkən yalnız protokolda adları qeyd edilən şəxslər - X5, X16 və X7 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin internet resursunda olan portalda işğaldan azad edilmiş ərazilərə giriş icazələrinin olmasına və həmin vaxtda Şəxs MMC ilə aralarında əmək müqaviləsinin olmamasına əsaslanmışdır. İnzibati orqan tərəfindən həmin şəxslərin Şəxs MMC tərəfindən əmək müqaviləsi qüvvəyə minmədən işlərin və xidmətlərin görülməsinə cəlb edilməsi ilə bağlı hər-hansı digər sübut məhkəməyə təqdim edilməmişdir. Şəxs MMC tərəfindən də işğaldan azad edilmiş ərazilərə giriş icazələrinin ləğv edilməsilə əlaqadar xx.xx.2024-cü il tarixdə Daxili İşlər Nazirliyinə elektron müraciət göndərilmişdir. Halbuki Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilən hüquq normalarının ümumi məzmunundan, həmin normalarda təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin mahiyyətindən də göründüyü kimi, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Qanunvericiliyin tələblərinə əsasən şəxsin hər hansı inzibati xətanı törətmiş olması, onun əməlində inzibati xətanın tərkibinin inzibati xəta hadisəsinin mövcud olması faktı həmin şəxsin özü tərəfindən deyil, inzibati xəta haqqında protokolu tərtib etmiş və həmin inzibati xəta haqqında işə baxmaq səlahiyyəti olan orqan tərəfindən sübuta yetirilməlidir və bunu sübut etmək vəzifəsi həmin orqanın üzərinə düşür. Bu faktın sübuta yetrilməməsi isə şəxsin əməlində inzibati xəta tərkibinin ehtimal olunması əsası ilə onun inzibati məsuliyyətə cəlb edilməsi halını istisna edir. Bundan başqa, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr də onun xeyrinə həll olunur. X15 Məcəlləsinin 127-4.1-ci maddəsinə əsasən bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin protokol və ya qərar real vaxt rejimində elektron qaydada məlumatlar əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti X4 tərəfindən hazırki inzibati xəta haqqında icraat aparılarkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə də riayət edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi, inzibati xəta hadisəsinin və inzibati xəta tərkibinin yaranması ilk növbədə hüquqazidd olan, təqsirli sayılan (qəsd və ya ehtiyatsızlıq) hərəkət və ya hərəkətsizliyin mövcudluğunu özündə ehtiva edir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması istisna edildiyinə və Şəxs MMC-nin əməlində inzibati xəta tərkibinin olması inzibati orqan tərəfindən sübuta yetirilmədiyinə görə o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Lənkəran-Astara regional şöbəsi tərəfindən tərəfindən tərtib edilmiş 19 iyul 2024-cü il tarixli, MN seiyalı, ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilən əmələ görə inzibati məsuliyyət daşımır. Azərbaycan Respublikası İXM-nin 53.1.1 və 53.1.2-ci maddələrinin məzmununa görə inzibati xəta hadisəsi olmadıqda; inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara gəlir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 8, 53, 128-137-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(049)-741/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-741/2024
27.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver