Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-742/2024 08.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X1 Əhmədağa oğlunun sədrliyi, Hüseynov Murad Əbdül oğlunun katibliyi, Zərərçəkmiş şəxs2 iştirakı ilə xx.xx.1991-ci il tarixdə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, təhsilsiz, işsiz, Masallı rayonu Köçəkli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin(bundan sonra İXM-nin) 338.7-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2024-cü il tarixdə, saat 21:45 radələrində, köhnə Ələt-Astara yolunun Lənkərandan keçən ərazisindən 189-ci km-də Şəxs təsərrüfatına məxsus 2 baş iri buynuzlu heyvan qəflətən hərəkət zolağına çıxmış, nəticədə həmin yolda hərəkətdə olan “Qazel” markalı **-BE-*** dövlət qeydiyatlı avtomobil həmin 2 baş iribuynuzlu heyvanı vuraraq yolun kənarına atmış, həmin heyvanlardan biri “KİA SPORTAGE” markalı **-VP-*** dövlət qeydiyyatlı maşına dəymiş, həmin hadisə nəticəsində hər iki avtomobilə maddi ziyan dəymişdir. Məhkəmə baxışının vaxtı və yeri barədə məlumat barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və digər zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 vaxtında bildirilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə baxılmasını təxirə salmaq haqqında vəsatət verməmişlər. Buna görə də məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinin tələbinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Zərərçəkmiş Zərərçəkmiş şəxs2 məhkəmə iclasında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Ələt-Astara yolunun Ələt istiqamətində hərəkət edərkən 2 baş iri buynuzlu heyvanı “Qazel” markalı, **-BE-*** dövlət qeydiyatlı avtomobilin qarşısına çıxmış, nəticədə avtomobil onları vurmuş, onlardan birini onun idarə etdiyi avtomobilin hərəkət istiqamətinə tullamış, nəticədə ona məxsus KİA SPORTAGE MARKALİ **-VP-*** dövlət qeydiyyatlı maşınına ümumilikdə 340 manat məbləğində maddi ziyan dəymişdir. Həmin maddi ziyanı tələb edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri, məhkəmə iclasına gəlmiş zərəçəkmiş şəxsin izazhatı ilə yanaşı tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Belə ki, materialda olan xx.xx.2024-cü il tarixli rəylərdən görünür ki, inzibati hadisə nəticəsində zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 avtomobilinə ümumilikdə 1067 manat, Zərərçəkmiş şəxs2 avtomobilinə isə 340 manat məbləğində maddi ziyan dəymişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.2 və 33.2-ci maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Məhkəmə qeyd edir ki, Şəxs məhkəmə iclasına gələrək vurulmuş ziyanı mübahisələndirmədiyi üçün, ondan, vurulmuş maddi ziyanın əvəzi olaraq 340 manat tutulub Zərərçəkmiş şəxs2 verilməli, digər zərəçəkmiş şəxsə isə ona vurulmuş maddi ziyanla bağlı Şəxs qarşı məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, xəta törədənin təqsirinin dərəcəsini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128 və 130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 100 (bir yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Vurulmuş maddi ziyanın əvəzi olaraq Şəxs 340 manat məbləğində pul tutulub Zərərçəkmiş şəxs2 verilsin. Qərarın icrası Masallı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Digər zərəçəkmiş şəxsə ona vurulmuş maddi ziyanla bağlı Şəxs qarşı məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Muradağa Qasımov
Məhkəmə qərarları › İş №3(049)-742/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-742/2024
08.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver