Məhkəmə qərarları › İş №3(049)-744/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-744/2024

14.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-744/2024 14.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, Barəsində X12 iş üzrə qərar çıxarılmış şəxs X2, Azərbaycan Republikası Fövqəladə Hallar Nazirliyi X10 Xidmətinin Cənub regional X10 idarəsinin nümayəndəsi X6 iştirakı ilə, Azərbaycan Republikası Fövqəladə Hallar Nazirliyi X10 Xidmətinin Cənub regional X10 idarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş 20 iyun 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X7 tərəfindən verilmiş şikayətə baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Azərbaycan Republikası Fövqəladə Hallar Nazirliyi X10 Xidmətinin Cənub regional X10 idarəsinin vəzifəli şəxsinin 20 iyun 2024-cü il tarixli MN seriyalı 144183 nömrəli qərarı ilə X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 536.1-ci maddəsi ilə təqsirli bilinərək 350 (üç yüz əllu) manat miqdarında cərimə edilmişdir. X7 həmin qərardan şikayət verib. X1 Hallar Nazirliyi X10 Xidmətinin Cənub regional X10 idarəsinin vəzifəli şəxsinin 20 iyun 2024-cü il tarixli MN seriyalı 144183 nömrəli qərarının ləğv edilməsi məhkəmədən xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, FHN X10 Xidməti Cənub Regional X10 İdarəsi tərəfindən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 536.1 -ci maddəsinə əasən həmin məcəllənin 116-cı maddəsi nəzərə alınmaqla inzibati tənbeh növündə 350 (üç yüz əlli) manat şərti olaraq cərimə tətbiq edilmişdir. Bununla bağlı Azərbaycan Respublikası FHN X10 Xidməti Cənub Regional X10 İdarəsi Azərbaycan Respublikası FHN X10 Xidməti Cənub Regional X10 İdarəsi tərəfindən 20 iyun 2024-cti il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, 31,05.2024-cü il tarixində “X18 Companies” QSC-yə məxsus olan Lənkəran rayonu. H.Abdullayev küçəsində yerləşən mağazada planlı YTM keçirilmiş, müayinə zamanı YTQnm tələblərinin pozulduğu aşkar edilmişdir. Regional X10 İdarəsi tərəfindən X18 Companies” QSC-yə məxsus olan Lənkəran rayonu, H.Abdullayev küçəsində yerləşən mağazada heç bir planlı YTM keçirilməmişdir. Azərbaycan Respublikası FHN X10 Xidməti Cənub Regional X10 İdarəsi tərəfindən sonuncu dəfə 09 aprel 2024-cti il tarixində yoxlama keçirilmiş və “X18 Companies” QSC barəsində İXM-nin 518.1 -ci maddəsinə əsasən eyni tarixli MN ******* saylı Protokol tərtib edilərək baxılması üçün aidiyyatı üzrə Nəsimi rayon Məhkəməsinə göndərilmişdir. Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(006)- 1575/2024 saylı qərarına əsasən Azərbaycan Respublikası FHN X10 Xidməti Cənub Regional X10 İdarəsi tərəfindən “X18 Companies” QSC barəsində İXM-nin 518.1 -ci maddəsinə əsasən tərtib edilmiş 09 aprel 2024-cü il tarixli MN ******* saylı X12 Protokola dair X12 işə xitam verilmişdir. 20 iyun 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan əvvəl Azərbaycan Respublikası FF1N X10 Xidməti Cənub Regional X10 İdarəsi Azərbaycan Respublikası FFİN X10 Xidməti Cənub Regional X10 İdarəsi tərəfindən xx.xx.2024-cti il tarixli MN ******* saylı X12 protokol tərtib edilmişdir. Həmin protokolda barəsində X12 iş üzrə icraat aparılan şəxsin adı soyadı X3 qeyd olunmasına baxmayaraq Azərbaycan Respublikası FFİN X10 Xidməti Cənub Regional X10 İdarəsi mənim barəmdə qərar qəbul etmişdir. Buradan protokolla qəbul olunmuş qərarın ziddiyət təşkil etdiyi açıq aşkar görünür. Eyni zamanda bildiriəm ki, Azərbaycan Respublikası FHN X10 Xidməti Cənub Regional X10 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası FHN X10 Xidməti Cənub Regional X10 İdarəsi tərəfindən X18 Companies” QSC-yə məxsus olan Lənkəran rayonu, H.Abdullayev küçəsində yerləşən mağazada heç bir planlı YTM keçirilməmişdir. Azərbaycan Respublikası FHN X10 Xidməti Cənub Regional X10 İdarəsi tərəfindən sonuncu dəfə 09 aprel 2024-cti il tarixində yoxlama keçirilmiş və “X18 Companies” QSC barəsində İXM-nin 518.1 -ci maddəsinə əsasən eyni tarixli MN ******* saylı Protokol tərtib edilərək baxılması üçün aidiyyatı üzrə Nəsimi rayon Məhkəməsinə göndərilmişdir. Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(006)- 1575/2024 saylı qərarına əsasən Azərbaycan Respublikası FHN X10 Xidməti Cənub Regional X10 İdarəsi tərəf Bundan sonra Azərbaycan Respublikası FHN X10 Xidməti Cənub Regional X10 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixində plandan kənar yoxlama keçirmiş və İXM-nin 536.1 -ci maddəsinə əsasən mənim barəmdə eyni tarixli MN1224085 saylı protokol tərtib etmişdir. Qeyd edilən protokol əsassız və qanunsuzdur. Bundan sonra Azərbaycan Respublikası FHN X10 Xidməti Cənub Regional X10 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixində plandan kənar yoxlama keçirmiş və İXM-nin 536.1-ci maddəsinə əsasən mənim barəmdə eyni tarixli MN1224085 saylı protokol tərtib etmişdir. Qeyd edilən protokol əsassız və qanunsuzdur. İkinci bir tərəfdən ilkin protokol hüquqi şəxs “X18 Companies” QSC barədə tərtib olunduğu halda xx.xx.2024-cü il tarixli protokol mənim barəmdə tərtib edilmişdir. İşin məhkəmə baxışında iştirak edən şikayət vermiş şəxs X7 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, “X18 Companies'’ QSC-də aparılan yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində aşkar edilmiş nöqsanlara dair nə yanğın – texniki müayinə aktı, nə də ki, yanğın-texniki müayinə materiallarına baxılmasının nəzticələri üzrə qərar ona heç vaxt rəsmi olaraq təqdim edilməmişdir. Buna görə onun inzibati məsuliyyəti yaranmamışdr. Bu səbəbdən də onun barəsində qəbul edilmiş inzibati tənbehvermə haqqında qərar tamamilə əsassızdır. Odur ki, məhkəmədən xahiş etdi ki, mübahisələndirilən X12 qəraı ləğv edərək, barəsində aparılan X12 icraata xitam verilməsi barədə qərar qəbul etsin. İşin məhkəmə baxışında iştirak edən X12 icraat aparan orqan - Azərbaycan Republikası Fövqəladə Hallar Nazirliyi X10 Xidmətinin Cənub regional X10 idarəsinin nümayəndəsi X9 izahatında bildirdi ki, X2 barəsində aparılan X12 icraat tam olaraq qanunvericiliyin tələbləri çərçivəsində aparılmışdır. Belə ki, X2 “X18 Companies'’ QSC-də aparılan yoxlamadan məlumatı olmuş, yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində aşkar edilmiş nöqsanlara dair tərtib edilmiş yanğın – texniki müayinə aktı və yanğın-texniki müayinə materiallarına baxılmasının nəticələri üzrə qərar barədə ona şifahi olaraq məlumat verilmişdir. Lakin həmin sənədlərin X5 rəsmi olaraq təqdim edilməsi ilə əlaqadar heç bir sübutu məhkəməyə təqdim edə bilmir. X12 icraat qanunvericiliyin tələblərinə tam uyğun aparılmışdır. Odur ki, şikayət ərizəsinin təmin edilməməsini mhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, həmçinin iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilərək, Azərbaycan Republikası Fövqəladə Hallar Nazirliyi X10 Xidmətinin Cənub regional X10 idarəsinin vəzifəli şəxsinin 20 iyun 2024-cü il tarixli MN seriyalı 144183 nömrəli qərarı ləğv edilərək inzibati xəhaqqında iş üzrə icraata xitam verilməlidir. İş mataeriallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq edilən: Cənub Regional X10 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixd “X18 Companies'’ QSC-də yanğın təhlüksəsizliyi sahəsində aşkar olunmuş pozuntuların aradan qaldırılması barədə 1955 saylı qərar qəbul edilmişdir. Qərarın alındığı müddətdən 15 gün müddətində pozuntuların aradan qaldırılması müddəti müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli 3217 saylı “Yanğın texniki müayinə” aktında qeyd edilən nöqsaların aradan qaldırılmadığı qeyd edilmişdi. xx.xx.2024-cü il tarixdə X2 barəsində AR İXM-nin 536.1 maddəsi ilə MN seriyalı ******* saylı X12 protokol tərtib edilərk qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixdə Lənkəran ş, H.Abdullayev küçəsində yerləşən “Oyal” dəftərxana ləvazimatları anbarında keçirilmiş yoxlama zamanı YTQ pozulması aşkar edilmişdir. 20 iyun 2024-cü il tarixli MN seriyalı 144183 nömrəli qərarı ilə X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 536.1-ci maddəsi ilə təqsirli bilinərək 350 (üç yüz əllu) manat miqdarında cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 536.1 maddəsinə əsasən, Yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin yerinə yetirilməməsinə, yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinə uyğun gəlməyən malların istehsaldan çıxarılması, buraxılmasına son qoyulması, satışının dayandırılması, yaxud işlərin (xidmətlərin) dayandırılması barədə qərarın və ya tələbnamənin yerinə yetirilməməsinə görə-fiziki şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Maddənin dispozisiyasından göründüyü kimi bu maddədə hazırki situasiyaya görə məsuliyyət “tələbnamənin yerinə yetirilməməsinə” görə nəzərdə tutulmuşdur. İşin məhkəmə araşdırması zamanı şikayət verən şəxs şikayətində və məhkəmədəki izahatında bildirmişdir ki, X18 Companies'’ QSC-də aparılan yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində aşkar edilmiş nöqsanlara dair nə yanğın – texniki müayinə aktı, nə də ki, yanğın-texniki müayinə materiallarına baxılmasının nəzticələri üzrə qərar ona heç vaxt rəsmi olaraq təqdim edilməmişdir. Buna görə də onun inzibati məsuliyyəti yaranmır. İnzibati orqanın nümayəndəsi isə bunun əksini məhkəmədə sübut edə bilməmişdir və bu barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Bununla da Abuzər Kərimovun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Belə olan halda barəsində X12 iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 536.1-ci maddəsinin obyektiv cəhətdən tərkibinin mövcud olmasından söhbət gedə bilməz. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinin tələblərinə əsasən, X12 iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin məcəllənin 8.1 maddəsinə əsasən, barəsində X12 iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, X12 iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2 maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3 maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin yuxarıda istinad edilən 8-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin mahiyyətindən görünür ki, şəxsin əməlində inzibati xətanın tərkibinin olması halı səlahiyyətli orqan tərəfindən sübuta yetirilməlidir. Qanunun bu tələbinə əsasən X4 əməlində Azərbaycan Respublikası İXM-nin 289.0.2-ci maddəsinin tərkibinin olması halının sübuta yetirilməsi vəzifəsi X12 protokolu tərtib etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən «inzibati xəta tərkibi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, “Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında X12 iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) X12 işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134, 136 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti qismən təmin edilsin. Azərbaycan Republikası Fövqəladə Hallar Nazirliyi X10 Xidmətinin Cənub regional X10 idarəsinin vəzifəli şəxsinin 20 iyun 2024-cü il tarixli MN seriyalı 144183 nömrəli qərarı ləğv edilsin. X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 536.1-ci maddəsi ilə olan X12 iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar