Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-744/2025 17.10.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1969-cu il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsili, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan (FİN:xxxxxxx) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin(bundan sonra İXM-nin) 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala Lənkəran rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2025-ci il tarixdə saat 01 radələrində Lənkəran şəhəri, M.Ə.Rəsulzadə küçəsində şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs qol nahiyəsinə yaba ilə vurmaqla xəsarət yetirdiyinə görə Şəxs barəsində xx.xx.2025-ci il tarixli, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, özünü təqsirli bilir. xx.xx.2025-ci il tarixdə saat 01 radələrində Lənkəran şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən evdə qardaşı oğlu Şəxs onun üzərində hücum çəkmiş o da özünü müdafiə etmək məqsədi ilə yaba ilə onun qolundan itələmişdir. Hazırda zərər çəkmiş şəxslə barışmışdır. Bütün bunların nəzərə alınıb barəsində İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs yazılı ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, hazırda o, Şəxs ilə barışmışdır. Onun Şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş: «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 20 avqust 2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surəti Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İTB-yə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyinin Lənkəran rayonlararası zona mərkəzinin verdiyi 630 saylı xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilmədi. Məhkəmə, iclasda tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Qeyd olunan inzibati xətanı törətməsində Şəxs təqsirli olması onun özünün etirafı, zərər çəkmiş şəxsin izahatı, ekspert rəyi, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İXM-nin 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İXM-nin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda həmin iş üzrə icraata xitam verilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 39-cu maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №3(049)-744/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-744/2025
17.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver