Məhkəmə qərarları › İş №3(049)-745/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-745/2024

12.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-745/2024 12.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi X2, məhkəmə iclas katibi Hüseynov Murad Əbdül oğlunun katibliyi, şikayət verən şəxs X4 nümayəndəsi, Lənkəran Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, X4 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X7 tərəfindən verilən 24 iyul 2023-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayəti Lənkəran Rayon Məhkəməsində xx.xx.2024-cü il tarixdə araşdıraraq, məhkəmə müəyyənetdi: X9 məhkəməyə müraciət edərək 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin (bundan sonra 1 saylı RETSİ) rəisi X7 tərəfindən 24 iyul 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, uzun illərdir ki, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. ünvan 2sa da, özü rəsmi olaraq ünvan 4-də qeydiyyatdadır. 2024-cü ilin iyul ayında Lənkəran rayon İcra və Probasiya Şöbəsinin əməkdaşı Çinar Abbaszadə istifadəsində olan mobil telefona zəng edərək onun Azəbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən cərimə olunduğunu bildirmişdir. Məsələnin aydınlaşdırılması məqsədilə Lənkəran şəhərinə gələrək həm Lənkəran rayon İcra və Probasiya Şöbəsinə, həm də 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə getmişdir. Nəticə etibarilə İcra və Probasiya Şöbəsində ona məlum olmuşdur ki, 1 saylı RETSİ-nin rəisi X7 24 iyul 2023-cü il tarixdə qəbul etdiyi MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən onu 2000 manat məbləğində cərimə etmişdir. Bu səbəbdən də xx.xx.2024-cü il tarixdə 1 saylı RETSİ-ə rəsmi qaydada müraciət edərək aidiyyəti üzrə şikayətlə məhkəməyə müraciət edə bilməyindən ötrü barəsində qəbul olunmuş qərarın və digər zəruri sənədlərin surətlərinin ona verilməsini xahiş etmişdir. Elə həmin gün müraciəti qeydiyyata alınaraq barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar və digər sənədlər ona rəsmi olaraq təqdim olunmuşdur. Sözügedən qərar hüquqlarının kobud şəkildə pozulması ilə qəbul edildiyindən qanunsuz və əsassızdır. Buna görə də hesab edir ki, həmin qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, 1 saylı RETSİ tərəfindən 07 və 10 iyul 2023-cü il tarixlərdə tərtib edilmiş aktlarda göstərilən “küknar” cinsli ağacın (həmçinin digər cinsli ağacın) kəsilməsi” halı olmamışdır. Göstərilən aktlar onun barəsində xx.xx.2023-cü il tarixdə MN № ******* saylı protokolun tərtib edilməsinə əsas ola bilməz. Çünki, aktlarda göstərilən ağacın məhz onun tərəfindən kəsilməsini təsdiq edən heç bir mötəbər sübutlar yoxdur. Aktlarda qeyd olunan küknar ağacının kəsildiyi ərazi onun ata evi olan Lənkəran şəhəri, M.M.Axund küçəsi 113 saylı evin arxa tərəfində yerləşən küçədə, piyadalar üçün nəzərdə tutulan səkidir. Ata evində isə yalnız anası X5 yaşamaqdadır. Özü isə həmin vaxtlarda ümumiyyətlə Lənkəran şəhərində olmamışdır.Nə özünün, nə də anası Rəkasənə Babayevanın ata evinin arxa küçəsi olan E.İbayev küçəsində, piyadalar üçün nəzərdə tutulmuş səkidəki hansısa ağaca nəzarət eləmək öhdəlikləri yoxdur və həmin ağacın da nə vaxt, hansı şəraitdə və kim tərəfindən kəsilməsindən də məlumatları yoxdur. Qeyd olunan qərar guya xx.xx.2023-cü il tarixdə Ç-İM/4023-272 nömrəli məktubla onun adına göndərilsə də, lakin həmin məktubda nə qeydiyyatda olduğu, nə faktiki yaşadığı, nə də ki, ata evi olan ünvanlar düzgün göstərilməmişdir. Dolayısı ilə onun barəsində 1 saylı RETSİ-də aparılmış araşdırmadan məlumatsız olmuş və 4 iyul 2023-cü il tarixdə qəbul edilmiş MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı isə yuxarıda qeyd etdiyi qaydada və tarixdə rəsmi qaydada əldə etmişdir. İnzibati xətanın baş verdiyi vaxt nə həmin qərarda, nə də tərtib edilmiş protokolda qeyd edilməmişdir. Sözügedən qərarda onun Lənkəran şəhərində E.İbayev küçəsində yaşadığı göstərilsə də, lakin bunu təsdiq edən heç bir sübuta istinad olunmamışdır. 24 iyul 2023-cü il tarixdə qəbul edilmiş MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarda kəsilməsi göstərilən ağacın sayı və növü, diametri göstərilməmişdir. Göstərilsə də, həmin məlumatlar buna səlahiyyəti olan şəxs, yəni xüsusi biliyə malik olan şəxs tərəfindən müəyyən edilməmişdir. Bundan əlavə qeyd olunan ağacın da məhz onun tərəfindən kəsilməsinin hansı faktlarla təsdiq edilməsi də məlum deyildir. Bu səbəbsən də hesab edir ki, sözügedən qərar qəbul edilərkən İXM-nin tələbləri pozulmaqla qəbul edilmişdir. Lakin, buna baxmayaraq 1 saylı 1 saylı RETSİ tərəfindən barəsində Azərbaycan Respublikasının İXM- nin 253.2-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilmişdir. Həmin maddənin məzmunundan görünür ki, meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə inzibati xəta tərkibi yaranır. Lakin 1 saylı RETSİ-nin rəisi Ceyhun Hüseynov tərəfindən onun barəsində inzibati tənbeh tətbiq edilərkən qanunvericiliyin tələbi pozulmuş və onun heç bir ağacı kəsmədəyi, məhv etmədiyi halda barəsində İXM-nin 253.2-cii madəsi ilə qərar qəbul etmişdir. Bununla da inzibati orqan tərəfindən araşdırma tam, hərtərəfli və obyektiv aparılmamış, qanunsuz və əsassız qərar qəbul edilməklə həmin inzibati xətanı aradan qaldıracaq şübhələr aydınlaşdırılmamışdır. Həmin şübhələrdən ən əsası isə 24 iyul 2023-cü il tarixdə qəbul edilmiş MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarda onun tərəfindən törədilməsi istinad olunan əməlin dispozisiyasında göstərilən halların məhz onun tərəfindən törədilməsini təsdiq edən mötəbər sübutun olmamasıdır. Bu səbəbdən də hüquqlarının müdafiəsi üçün şikayətlə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Beləliklə, 1 saylı RETSİ-nin rəisi X1 Xətalar Məcəlləsinin yuxarıda qeyd olunan normalarını pozmaqla barəsində 24 iyul 2023-cü il tarixdə MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Məhkəmə iclasında inzibati qərardan şikayət verən X4 nümayəndəsi Vəkil şikayəti müdafiə edib, şikayətdə göstərilən dəlillərə uyğun çıxış edərək təmin edilməsini və 1 saylı RETSİ-nin rəisi X3 24 iyul 2023-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası ETSN-nin 1 saylı Regional ETSİ-nin nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmək məqsədilə, nümayəndələri məhkəmə iclasına dəvət edilmiş, lakin, nümayəndəsi məhkəmə iclasına gəlmədiyinə görə onlarla telefon əlaqəsi saxlanılmış, həmin əlaqə zamanı oradan bildirilmişdir ki, onların məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatları var, məhkəmə iclasında nümayəndələri iştirak etməyəcəkdir. Məhkəmə ETSN-nin 1 saylı Regional ETSİ-nin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbini üzrsüz sayaraq şikayətə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə şikayətçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. Məhkəmə şikayətə mahiyyəti üzrə baxmamışdan əvvəl, onu vermək üçün prosessual müddətin ötürülüb-ötürülməsinə qiymət verməlidir. Bununla bağlı, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 - 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Qanun normasının məzmunundan göründüyü kimi şikayət və ya protest verilməsi üçün qanunvericiliklə müəyyən olunmuş 10 günlük müddətin axımı qərarın rəsmi qaydada verildiyi andan başlayır. İş materiallarında olan, yaşayış ünvanı ünvan 3Sİ-nin rəisi Ceyhun Hüseynov tərəfindən imzalanan xx.xx.2023-cü il tarixli, E-BM/4023-258 nömrəli məktubundan görünür ki, şikayətçi diametri 12 sm.olan bir ədəd küknar ağacının kəsilməsi faktı ilə bağlı İXM-nin 253.2-ci maddəsinə əsasən barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli 80376 nömrəli akt, MN ******* nömrəli inzibati protokol və toplanmış sənədlər əsasında inzibati qərarın çıxarılması üçün xx.xx.2023-cü il tarixdə, saat 11.00-da İdarəyə dəvət olunmuşdur. Məhkəmə qeyd olunan məktuba qiymət verərək qeyd edir ki, 1 saylı RETSİ həmin məktubla qanunun tələblərinə riayət etdikləri görüntüsünü yaratsalar da, əslində qanunun tələblərini kobud şəkildə pozmuşlar. Belə ki, onlar məktublarında küçənin adını göstərsələr də, məktubun konkret olaraq hansı ünvana ünvanladığını göstərməmişlər( ev və ya mənzilin nömrəsi göstərilməmişdir). Bundan əlavə onlar elektron portala daxil olub və ya MAPS arayışını əldə edib, şəxsin konkret olaraq hansı ünvanda qeydiyyatda olduğunu müəyyən etməmişlər. Halbuki, elektron portaldan məlum olur ki, şikayətçi, Lənkəran şəhəri, E.İbayev küçəsində deyil, ünvan 4 ünvanında qeydiyyatdadır. Ən nəhayət, göndərdikləri məktubun şikayətçiyə göndərilməsini və ona çatdırılmasını təsdiqləyən poçt bildirişlərinin kötüklərini məktublarına əlavə etməmişlər. Halbuki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 60.1-ci maddəsinə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Həmin məcəllənin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Həmin məcəllənin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin şatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Şikayətə əlavə edilmiş şikayətçinin 1 saylı RETSİ-nə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizənin surətindən görünür ki, şikayətçi, barəsində çıxarılmış qərardan xəbərsiz olduğunu, onun ünvanına göndərilmədiyini göstərib müvafiq qərarın və sənədlərin ona göndərilməsini xahiş etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, yuxarıda sadalanlardan aydın olunur ki, mübahisələndirilən qərar qanuna uyğun olaraq vaxtında şikayətçiyə çatdırılmamışdır. Həmin qərar və digər sənədlər, onun 1 saylı RETSİ-nə xx.xx.2024-cü tarixdə müraciətindən sonra təqdim edilmişdir. O, 1 saylı RETSİ-nə müraciət etdikdən 09 gün sonra, yəni İXM-nin 130.1-ci maddəsinin tələblərinə cavab verərək qərarın surətini rəsmi qaydada aldığı vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət məhkəməyə xx.xx.2024-cü il tarioxdə daxil olmuşdur. Şikayətə mahiyyəti üzrə isə qiymət verərək məhkəmə qeyd edir ki, məhkəmə şikayətçinin “1 saylı RETSİ tərəfindən 07 və 10 iyul 2023-cü il tarixlərdə tərtib edilmiş aktlarda göstərilən “küknar” cinsli ağacın (həmçinin digər cinsli ağacın) kəsilməsi” halı olmamışdır” fikiri ilə razılaşmır. Belə ki, həmin ağacın kəsilməsi faktı şikayətə əlavə edilmiş xx.xx.2023-cü il tarixli 80376 nömrəli aktla təsdiq olunur. Lakin həmin akt tərtib olunan zaman, onu tərtib edən şəxslər saxtakarlığa yol vermişlər. Belə ki, aktın sonunda, “Qeyd” hissəsində göstərilmişdir ki, “Abidin Babayev akta imza etməkdən imtina etdi”. Yəni bu “Qeyd”dən belə nəticə çıxarılır ki, akt tərtib edilən zaman Abidin Babayev hadisə yerində olmuş, lakin həmin aktı imzalamaqdan imtina etmişdir. Lakin həmin aktın məzmunundan belə nəticə çıxarılır ki, akt tərtib edilən zaman Abidin Babayev ümumiyyətlə hadisə yerində olmamışdır. Belə ki, aktın özündə (mətnində) qeyd edilmişdir ki, “Araşdırma zamanı Abidin Babayevin istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla əlaqə saxlanılaraq araşdırmaya dəvət olunmuşdur. X14 şifahi olaraq sözügüdən ağacın quru olduğunu və həmin ağacı əvvəlki aylarda budadığını bildirmişdir”. Göründüyü kimi, aktı tərtib etmiş şəxslər öz səlahiyətlərinə səhlənkərcasına yanaşmış, saxtakarlığa yol vermiş, nəticədə bu hal əsassız və qanunsuz qərarın çıxarılmasına səbəb olmuşdur. Məhkəmə hesab edir ki, aktlarda göstərilən ağacın məhz şikayətçi tərəfindən kəsilməsini təsdiq edən heç bir mötəbər sübutların olmamasına dair şikayətçinin dəlili ilə məhkəmə razılaşır. Belə ki, inzibati materialda qeyd olunan ağacın şikayətçi tərəfindən kəsilməsini təsdiqləyən hər hansı bir izahat, fotoşəkil, videogörüntü və s. yoxdur. Məhkəmə bununla bağlı qeyd edir ki, şəxs inzibati məsuliyyətə şübhələr əsasında deyil, faktlar və həmin faktları təsdiqləyən mötəbər sübutlar əsasında cəlb oluna bilər. İnzibati xətanın mövcudluğunun sübut etmə yükü inzibati qərarı qəbul edən orqanın (vəzifəli şəxsin) üzərinə düşür. İnzibati xətanı törətmiş şəxsin susmaq, yalan danışmaq, izahat verməmək kimi hüquqları vardır. O, özünün təqsirsizliyini sübut etməli deyildir. Onun təqsirli olmasını inzibati orqan sübuta yetirməlidir. Hətta şikayətçi inzibati xətanı törətdiyini etiraf etsə belə, bu hal onun barəsində inzibati qərarın qəbul edilməsi üçün kifayət hesab edilən əsas deyildir. Məhkəmə qeyd edir ki, İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Göründüyü kimi, inzibati xəta haqqında qərar qəbul etmiş orqan (vəzifəli şəxs) işin əhəmiyyətli hallarını nəzərdən qaçırmış və araşdırmanı tam və hərtərfli aparmadan qərar qəbul etmişdir. Belə olan halda, yenidən araşdırma zamanı inzibati xəta haqqında qərar qəbul etmiş 1 saylı RETSİ-nin aidiyyatı şəxsləri işin düzgün həlli üçün əhəmiyyətli olan halların, yəni ağacın konkret olaraq kim tərəfindən kəsildiyini müəyyən edib onun, hadisəni görmüş şahidlərin izahatları almalı, bununla bağlı videoçəkliş və ya fotoşəkillər çəkməli, bir daha müvafiq akt tərtib olunmalı və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar araşdırmalıdır. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-in 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və ya bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda göstərilən səbəblərdən şikayət qismən təmin edilməli, 1 saylı RETSİ-nin “İnzibati tənbeh vermə haqqında” MN ******* saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli, inzibati xəta haqqında materiallar yenidən araşdırılması üçün 1 saylı RETSİ-nə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 76, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X4 şikayəti qismən təmin edilsin. 1 saylı RETSİ-nin “İnzibati tənbeh vermə haqqında” MN ******* saylı xx.xx.2023-cü il tarixli qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən araşdırılması üçün 1 saylı RETSİ-nə qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar