Məhkəmə qərarları › İş №3(049)-745/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-745/2025

31.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-745/2025 31.10.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: X8, Protokol tərtib etmiş şəxs: Lənkəran Şəhər Rayon X12 Polis Bölməsinin sahə rəisi, polis baş leytenantı X3, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1982-ci il tarixdə Lənkəran rayonu, Port-İliç şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Lənkəran rayonu, Liman şəhəri M.Ə.Rəsulzadə küçəsi, ev 96-da qeydiyyatda olmaqla yaşayan (FİN:xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Lənkəran Şəhər Rayon X12 X7 Bölməsinin təhqiqatçısı polis kapitanı X5 20 avqust 2025-ci il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 232-1-ci maddəsi ilə məsuliyyətə cəlb olunması üçün qərarın icrasının Lənkəran Şəhər Rayon Polis Şöbəsinin X2 həvalə edilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Lənkəran Şəhər Rayon X12 Polis Bölməsinin sahə rəisi X3 tərəfindən MN ******* nömrəli, 30 sentyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN ******* nömrəli, 30 sentyabr 2025-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, Zərərçəkmiş şəxs Liman PB-nə ərizə ilə müraciət edərək göstərilən tarixdə saat 00:01 radələrində Audi markalı **-XX-*** dövlətqeydiyyat nişanlı avtomobilinə Şəxs qəsdən ziyan yetirmişdirş. Vurulmuş ziyan 315 manat təşkil edir. Nəticədə Şəxs İXM-in 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş polis baş leytenantı X6 bildirdi ki, toplanmış materiallar üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuş Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti X2 göndərilmişdir. Həmin qərar əsasında Şəxs barəsində onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanunla nəzərdə tutulmuş inzibati tənbeh tədbiri təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü tam təqsirli bilərək əmisi Zərərçəkmiş şəxs avtomobilinə ziyan vurduğu, lakin hazırda imkanı olmadığı üçün ziyanı ödəyə bilməyəcəyini bildirdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, qardaşı oğlu Şəxs ilə münasbəti yaxşı deyil, sonuncu onun avtomobilinə ziyan vurmuşdur. Lakin ziyan polis tərəfindən düzgün hesablanmamışdır. Şəxs bağışlamır, vurulmuş ziyanı tələb edir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, yəni Şəxs Zərərçəkmiş şəxs məxsus əmlaka maddi ziyan vurması məhkəmə iclasında araşdırılan sübutlarla təsdiqini tapmışdır. Belə ki, iş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 20 avqust 2025-ci il tarixli qərarından müəyyən edilir ki, Şəxs barəsində İXM-nin 232-1-ci maddəsi ilə məsuliyyətə cəlb olunması üçün qərarın icrasının Lənkəran Şəhər Rayon Polis Şöbəsinin X2 həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış 12 avqust 2025-ci il tarixli "xxxx" MMC-nin verdiyi rəydən görünür ki, avtomobil vurması nəticəsində Audi markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobilə bütün xərclər daxil bərpa dəyəri 370 manat maddi ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 20 avqust 2025-ci il tarixli Lənkəran, ŞRPŞ- rəisinə ünvanlanan raportdan görünür ki,ünvan 2yan Zərərçəkmiş şəxs və Lənkəran rayonun Liman şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 94-də yaşayan X1 müraciətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci və Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddələri ilə inzibati tənbeh tədbirləri görülməsi üçün Lənkəran ,ŞRPŞ-nın İTB-nə öndərilməsi xahiş edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Lənkəran Şəhər Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Lənkəran rayon Liman şəhəri, M.Ə. Rəsulzadə küçəsi ev -96 da yaşayan xx.xx.1982-ci il təvəllüdlu X4 barəsində Lənkəran Şəhər Polis Şöbəsinin Növbətçi hissəsində yığılan inzibati kartotektasında son bir il ərzində heç bir məlumat daxil olmamışdır. İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda- inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Qeyd: Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus avtomobilə 315 manat dəyərində zərər vurmuşdur. Məhkəmədə İXM-in 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyəti ağırlaşdıran hal, habelə İXM-nin 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş vurulmuş ziyanın iki mislinədək məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 128-130 və 232- 1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və vurulmuş ziyanın iki misli miqdarında - 630 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar