Məhkəmə qərarları › İş №3(049)-746/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-746/2025

20.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-746/2025 20.10.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: X5, Protokol tərtib edən şəxs: Lənkəran ŞRPŞ-nin Yol Patrul Xidməti İnispektoru polis baş serjantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs Bayrəməli oğlu, Müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil, xx.xx.1997-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Lənkəran rayon, Şiləvar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Lənkəran ŞRPŞ-nin Yol Patrul Xidməti İnispektoru polis baş serjantı X2 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiala baxaraq müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 333-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Lənkəran Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən protokol tərtib edən şəxs Lənkəran Şəhər Rayon X7 Yol patrul xidmətinin inspektoru polis baş serjantı X2 bildirdi ki, xx.xx.2025-ci il tarixdə, saat 05.10 radələrində KİA PRİDE minik markalı **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlamışlar, sürücünün hərəkətləri adekvat olmadığı üçün müayinəyə təqdim edilmiş və sidik analizində narkotik vasitə aşkar edilmişdir. Bundan sonra protokol tərtib edilmiş və şəxs məsuliyyətə cəlb edilmişdir. Sonradan müəyyəm edilmişdir ki, sürücü cari ilin əvvəlində də analoji hərəkətə yol vermişdir. Barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə, saat 05.10 radələrində KİA PRİDE minik markalı **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobilini yol polisi əməkdaşları saxlamış, sonradan onu müayinəyə aparmışlar. Onun sidik analizində narkotik vasitə aşkar edilmişdir. Bir neçə müddət əvvəl narkotik vasitə olan marixuana qəbul etmişdir. Bu ilin əvvəlində də Bakı şəhərində eyni əməli törətmiş və barəsində 600 manat inzibati cərimə tətbiq edilmişdir, həmin cəriməni də ödəmişdir. Hazırda əməlindən peşmandır, barəsində sürücülük hüququnun məhudlaşdırılması inzibati tənbeh tədbirinin tətbiq edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil barəsində inzibati iş üzrə icraat aparılan şəxs şəxsin barəsində olan yüngülləşdirici halları və şəxsiyyəti xarakterizə edən halları nəzərə alaraq ona aşağı həddə inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış xx.xx.2025ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 05:40 radələrində KİA PRİDE minik markalı **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobili narkotik istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 15 oktyabr 2025-ci il tarixli, 001629 saylı tibbi müayinə protokolundan görünür ki, hadisə vaxtı sürücü Şəxs Bayrəməli oğlunun sidiyində narkotik maddə THC-kannoboid aşkar olunmuşdur. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Lənkəran Şəhər Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, sürücü Şəxs barəsində Azərbaycan respublikasının İXM-333-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanı son il ərzində təkrar törətmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X6 Yoxlamasının xx.xx.2025-ci il tarixli 545 saylı rəyindən görünür ki, müayinə zamanı Şəxs Nannabioidlərin qəbulunda yaranan asılılıq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur.Lakin,hal-hazırda abstiensiya,intoksiasiya əlamətlərinin olmasımı nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq məcburi müalicəyə ahtiyacı yoxdur. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata götürülməsi məsləhət görülmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs idarə etdiyi KİA PRİDE minik markalı **-MD-*** dövlət qeydiyyat nişanlı avtomaşınla xx.xx.2025-ci il tarixdə, saat 05:40 Lənkəran şəhəri, Qala Xiyabanı ərazisində sərxoş vəziyyətdə idarə etmişdir. İXM-nin 333-1.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə –altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. 333-1.2. Bu Məcəllənin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə –nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla səkkiz yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə, İXM-nin 32-ci maddəsinə əsasən Şəxs əməlini səmimi etiraf etməklə peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qəbul edir. İXM-nin 33-cü maddəsinə əsasən Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-nin 333-1.2-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə şəxsin il ərzində eyni növ əməli törətməsini onun əvvəlki inzibati tənbehdən nəticə çıxarmadığı kimi qiymətləndirir və hesab edir ki, əvvəllər təyin edilmiş cərimə növündə tənbeh tədbiri effektiv olmamışdır. Buna görə də, ona hazırda daha ciddi tənbeh növü olan inzibati həbs təyin edilməlidir. İş materialları ilə müəyyən edilmişdir ki, Şəxs Bayrəməli oğlu inzibati qaydada tutulmamışdır. Buna görə də həbsetmənin əvvəli hazırkı vaxtdan hesablanmalıdır. İXM-nin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X6 Yoxlamasının xx.xx.2025-ci il tarixli 545 saylı rəyinə əsasən Şəxs Bayrəməli oğlu ərazi narkoliji xəstəxanasında qeydiyyata götürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 37, 40, 43, 48-51, 114-117, 128-130 və 333.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Bayrəməli oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.2ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 20 oktyabr 2025-ci il tarixdən, saat 15:20-dən hesablansın. Qərar dərhal icra edilsin. Şəxs Bayrəməli oğlu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər- Rayon Polis Şöbəsinin X4 mühafizə altında saxlanılsın. Şəxs Bayrəməli oğlu ərazi narkoliji xəstəxanasında qeydiyyata götürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar