Məhkəmə qərarları › İş №3(049)-752/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-752/2025

21.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-752/2025 21.10.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: X8, Protokol tərtib edən şəxs: Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X9, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs, Müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X1, Zərərçəkmiş şəxs: X2 iştirakı ilə, xx.xx.2003-cü il tarixdə Lənkəran rayonu, Şağlaser kəndində doğulmuş Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Lənkəran rayonu, Şağlaser kəndində qeydiyyatda olmaqla yaşayan (FİN:xxxxxxx) Şəxs barsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş Lənkəran Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi̇ : Lənkəran Rayon İcra və Probasiya şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib edilmiş 21 oktyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı protokol əsasında materiallar Lənkəran Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs Lənkəran Rayon Məhkəməsinin 2(049)-689/2024 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən 22050 manat borcunu ödəməmişdir. Məhkəmə iclasında iştirak edən Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-689/2024 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Vurulmuş maddi ziyanla bağlı 22.650 manat müalicəsi xərcləri və Şirvan Apellyasiya Məhkəməsinin 2(106)/2025 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə isə avtomobilə yetirilən zərərin məbləği 7650 manat ümumilikdə 22050 manat Şəxs tutularaq tələbkar X4 verilməlidir. İcra sənədi üzrə icraata xx.xx.2025-ci il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu borcunu könüllü təmin etməmiş və icranı təmin edilməməsi barədə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməmişdir. Bundan başqa, borclunun mülkiyyətində hər hansı daşınar və ya daşınmaz əmlakının, banklarda hesablarının olub-olmaması, sığorta olunan və ya pensiyaçı kimi qeydiyyata alınıb-alınmaması barədə müvafiq orqanlara sorğular göndərilmiş və hər hansı əmlakı və digər növ gəlirləri aşkar edilməmişdir. Bugün borclu tərəfindən 1500 manat məblğində pul tələbkara ödənilmişdir. Hazırda borclu barəsində qəbul ediləcək qərarın məhkəməsinin mülahizəsinə verdiyini bildirdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X6 bildirdi ki, borclu bugün borcundan 1500 manat ödəmiş, qalan borcnunu da yaxın müddətdə ödəyəcəyinə söz vermişdir. Hadisə nəticəsində onun oğlu yataq xəstəsi olmuş, hər ay oğluna üç mindən yuxarı mülaicə pulu ödəyir. O, pulunu tam tələb edir, lakin pula təcili ehtiyacı olduğundan borclununn verdiyi 1500 manat pulu qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, borcu olduğunu qəbul edir. Hazırda da borcundan 1500 manat ödəmişdir, qalan borcunu da yaxın müddətdə ödəyəcəkdir. Göstərilənlərə əsasən barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən müdafiəçi X1 barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi, müdafiəçini və icra məmurunu dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Şəxsnın barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış Lənkəran Rayon Məhkəməsinin 2(049)-689/2024 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən vurulmuş maddi ziyanla bağlı 22.650 manat müalicəsi xərcləri və Şirvan Apellyasiya Məhkəməsinin 2(106)/2025 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə isə avtomobilə yetirilin zərərin məbləği 7650 manat ümumilikdə 22050 manat borclu Şəxs tutularaq tələbkar X4 verilməlidir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış qərardan görünür ki, icra sənədi üzrə xx.xx.2025-ci il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmişdir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış Lənkəran Rayon Məhkəməsinin 8(049)-390/2024 saylı, xx.xx.2025-ci il tarixli qırardan görünür ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-689/2024 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icrası məqsədilə xx.xx.2003-cü il tarixdə doğulmuş Lənkəran rayonun Şağlaser kəndində qeydiyytda olmaqla yaşayan Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Məhkəməyə təqdim edilmiş qəbzdən görünür ki, Şəxs tərəfindən 1500 manat X4 ödənilmişdir. İXM-nin 528.1-ci maddəsinin dispozisiyasına görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Göründüyü kimi, icra məmuru tərəfindən hər hansı qanuni tədbir görülməsi məhkəməyə müəyyən deyil və buna görə də, Şəxs icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilməsi istisna edilir. Eləcə də, Şəxs tərəfindən borcun ödənməsi öz təsdiqini müvafiq qəbzlə tapmışdır, Şəxs borcun ödəməkdən yayınmağı ilə bağlı məhkəməyə sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi əsası ilə də inzibati məsuliyyətə cəlb edilməsi istisna edilir. Qeyd olunanlardan aydın olur ki, Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin normaların tələbləri baxımdan məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında protokolda göstərilən hal üzrə inzibati xəta hadisəsi mövcud deyildir. İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə yuxarıda qeyd olunanlara və iş materiallarına əsasən belə nəticəyə gəlir ki, Şəxs barəsində İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından onun barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 48-51, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar