Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-756/2025 12.11.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1984-ci il tarixdə Lənkəran rayonu, Qurunba kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Lənkəran rayonu, Şağlaküçə ə/d Ballabur kəndində qeydiyyatda olmaqla yaşayan (FİN:xxxxxxx) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 16 oktyabr 2025-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Protokolda göstərilmişdir ki, Ələt-Astara yolunun Lənkəran rayonun ərazisindən keçən 172-ci kilometrliyində Astara rayonu, Məçitməhəllə kəndində yaşayan Zərərçəkmiş şəxs təsərrüfatına məxsus bir baş iribuynuzlu heyvanı yolda nəzarətsiz qalmış nəticədə həmin heyvan asfalt örtüklü yola çıxarkən yolda hərəkətdə olan Astara rayonu, Məçitməhəllə kənd sakini Zərərçəkmiş şəxs idarə etdiyi “FİAT DOBLO” minik markal **-TY- *** dövlət qeydiyyat nişanlı avtomobillə öz hərəkət zolağında qaranlıq vaxtı heyvanı işıqlanmayan ərazidə vurmuşdur. Bununla da, Zərərçəkmiş şəxs maddi ziyan vurmuşdur. Məhkəmə iclasında iştiran edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli hesab edərək əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs bildirdi ki,xx.xx.2025-ci il tarixdə ona məxsus olan “FİAT DOBLO” minik markal **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ələt-Astara yolunun Lənkəran rayonun ərazisindən keçən 172-ci kilometrliyində Ələtdən Astaraya hərəkət olan zaman yolun solundan heyvanın beton arakəsmənin üzrərindən tullanaraq onun qarşısına çıxmışdır. Məsafə az olduğundan o, həmin heyvanı vurmuşdur.Hadisə zamanı onun maşınına maddi ziyan dəymişdir. Məhkəmənin yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydadad rəsmi məlumat verilməsinə baxmayaraq İnzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış 16 oktyabr 2025-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Ələt-Astara yolunun Lənkəran rayonun ərazisindən keçən 172-ci kilometrliyində Lənkəran rayonu, Ballabur kəndində yaşayan Şəxs təsərrüfatına məxsus bir baş iribuynuzlu heyvanı yolda nəzarətsiz qalmış nəticədə həmin heyvan asfalt örtüklü yola çıxarkən yolda hərəkətdə olan Astara rayonu, Məçitməhəllə kənd sakini Zərərçəkmiş şəxs oğlunun idarə etdiyi “FİAT DOBLO” minik markal **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobillə öz hərəkət zolağında qaranlıq vaxtı heyvanı işıqlanmayan ərazidə vurmuşdur. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış 16 oktyabr 2025-ci il tarixli yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, Ələt-Astara yolunun Lənkəran rayonun ərazisindən keçən 172-ci kilometrliyində baş vermişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Sərxoşluq vəziyyətinin yoxlanılmasına dair 16 oktyabr 2025-ci il tarixli, 02104 nömrəli protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı sərxoş olmamışdır. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış aktdan görünür ki, Zərərçəkmiş şəxs idarə etdiyi “FİAT DOBLO” minik markal **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4.415 manat maddi ziyan dəymişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Ələt-Astara yolunun Lənkəran rayonun ərazisindən keçən 172-ci kilometrliyində kilometrliyində Lənkəran rayonu, Ballabur kəndində yaşayan Şəxs təsərrüfatına məxsus bir baş iribuynuzlu heyvanı yolda nəzarətsiz qalmış nəticədə həmin heyvan asfalt örtüklü yola çıxarkən yolda hərəkətdə olan Astara rayonu, Məçitməhəllə kənd sakini Zərərçəkmiş şəxs idarə etdiyi “FİAT DOBLO” minik markal **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobillə öz hərəkət zolağında qaranlıq vaxtı heyvanı işıqlanmayan ərazidə vurmuşdur. Bununla da, Şəxs İXM-nin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 338.5.1. və 338.5.2-ci maddəsinə əsasən at arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: mal-qaranın yolda nəzarətsiz qoyulmasına; mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə görə inzibati məsuliyyət vardır. Həmin Məcəllənin 338.7-ci maddəsinə əsasən 338.4 - 338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. İXM-nin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs şəxsiyyətini xarakretizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, onun barəsində İXM-nin 338.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 338.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 150 (yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-756/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-756/2025
12.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver