Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-76/2025 23.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Lənkəran şəhəri, Separadi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Lənkəran Rayon İcra və Probasiya Şöbəsin tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq və İXMnin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-3750/2021 saylı, 07 may 2021-ci il tarixli qətnaməsini icra etmədiyinə və bununla bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə icra məmuru Nümayəndə tərəfindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə 23 yanvar 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında dindirilmiş Lənkəran rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nümayəndə bildirmişdir ki, Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3750/2021 saylı, 07 may 2021-ci il tarixli icra sənədi icra etməkdən yayınır. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs dəfələrlə xəbərdarlıq edilsə də, o müxtəlif bəhanələr gətirməklə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Hazırda ödənilməmiş 4275 manat aliment borcu var. Ümumilikdə 3600 manat aliment ödənişi etmişdir. Tələbkar Zərərçəkmiş şəxs ərizə ilə Lənkəran rayon İcra və Probasiya şöbəsinə müraciət edərək borclunun ödənilməmiş aliment borcunu ödəməkdə ona yardım etmələrini xahiş etmiş və bununla bağlı da müvafiq tədbirlər görülmüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, o borcu ödəməkdən imtina etmir. Gəlir yeri yoxdur. O hər ay 175 manat məbləğində alimenti ödəyə bilmədiyi üçün son 3 ayda hər ay 100 manat olmaqla tələbkara ödəmişdir. Hazırda onun tələbkara ümumiyyətlə göstərilən 4275 manat borcu yoxdur. İnzibati xətanı törətməmişdir, çünki borcunu tam şəkildə ödəmişdir. Tərtib olunmuş protokol barədə xəbərdar edilmişdir. Əlilliyi yoxdur. 23 yanvar 2025-ci il tarixdə saat 15 radələrində Lənkəran rayonunda yerləşən “ASAN” xidmət mərkəzində şəxsiyyət vəsiqəsini dəyişdiyi zaman saxlanılmış və Lənkəran rayon İcra və Probasiya şöbəsinə gətirilib təhvil verilmişdir. Məhkəmənin təşəbbüsü ilə məhkəmə prosesinin vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq prosessdə iştirak etməyən tələbkar X2 ilə əlaqə saxlanıldı və o iclasa mobil telefon əlaqəsi ilə qoşulub bildirdi ki, borclunun ona aliment borcu vardır. 2023-cü ilin avqust ayınadək borclu aliment ödənilşərini etməmiş, icra məmuruna müraciət etdikdən sonra həmin vaxtdan 2024-cü ilin sentyabr ayınadək borclu vaxtlı-vaxtında 175 manat aliment borcunu ödəmişdir. Lakin 2024-cü ilin sentyabr ayından başlayaraq borclu nəyinki əvvəlki borclarını ödəmir, həmçinin son üç-dörd ay ərzində ancaq 100 manat ödəniş edir. Buna görə qanuni tədbir görülməsini istəyir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3750/2021 saylı, 07 may 2021-ci il tarixli icra sənədindən görünür ki, xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2020-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq cavabdeh Şəxs hər uşaq üçün 175 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. İcraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3750/2021 saylı, 07 may 2021-ci il tarixdə tərəfindən verilmiş icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icraata başlamaq haqqında qərarın surəti Şəxs göndərilmiş, ona məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. İnzibati xəta haqqında iş üzrə materiallara əlavə edilmiş Şəxs xx.xx.2025-ci il tarixli izahatından görünür ki, tələbkar Zərərçəkmiş şəxs hesabına 3600 manat məbləğində pul verdiyini göstərmiş, tələbkara 4275 manat aliment borcu yoxdur. Borclunun axtarılması haqqında 31 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Şəxs Lənkəran rayon İcra və probasiya şöbəsi tərəfindən axtarış elan edilmişdir. Mərkəzləşdirilmiş informasiya sistemindən çıxarışdan və izahatından görünür ki, Şəxs heç bir növ əmək pensiyası və sosial müavinət almır. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun və icra məmurunun izahatları, «inzibati xəta haqqında» protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Belə ki, Şəxs öz deməsinə görə heç bir yerdə işləmədiyi halda aylıq aliment ödənişlərini 2024-cü ilin sentyabr ayınadək etmişdir. Lakin bundan sonrakı dövlərdə qətnamədə göstərilmiş miqdarda ödənişlər etmir. Bu isə onun maddi vəziyyəti dəyişmədiyi halda ödənişlərdən yayındığını göstərir. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməmiş, onun çağırışına gəlməmiş, habelə məhkəmə qətnaməsini üzrsüz səbəbdən icra etməmiş və bununla da o, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə -fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli «23» yanvar 2025-ci il tarixdən saat 15:00-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №3(049)-76/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-76/2025
23.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver