Məhkəmə qərarları › İş №3(049)-762/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-762/2025

26.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-762/2025 26.11.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: X4 Zərəşəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə, 17 dekabr 1986-cı il tarixdə Lənkəran rayonun Sütəmurdov kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli işləməyən, Lənkəran rayonu, Sütəmurdov kəndində qeydiyyatda olmaqla yaşayan (FİN:xxxxxxx) X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Lənkəran Rayon Prokurorluğunun 22 oktyabr 2025-ci il tarixli qərarı ilə toplanmış material üzrə X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 198.3-cü maddəsi iləinzibati xəta haqqında iş üzrə icraata başlanması qərara alınmışdır. Həmin qərar əsasında X4 barəsində Lənkəran Rayon Prokurorluğunun 22 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında qərar qəbul edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, Əhmədov X3 rayonu, Rəşid Dadaşov adına Sütəmurdov kənd tam orta ümumtəhsil məktəbində təsərrüfat işləri üzrə direktor müavini (təsərrüfat müdiri) işləməklə həmin məktəbin xadiməsi Zərərçəkmiş şəxs tərəfindən məktəbin sinif otağında çilçırağın təmizlənməsi zamanı təsadüfi ayaqaltının (stul) istifadə olunmasına yol verilməsi ilə əlaqədar həmin işlərin görülməsinə göstəriş və tapşırıq verdiyinə görə “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydalan"-nın 5.48-ci bəndinin tələbinə riayət etməyərək Zərərçəkmiş şəxs sol İX və X qabırğalarının sınığı və qarın nahiyəsində qançır kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid xəsarət alması ilə nəticələnən əməyin mühafizəsi qaydalarını pozaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 özünü tam təqsirli bilərək bildirdi ki, Lənkəran rayon Sütəmurdov kəndində yuxarıda göstərilən ünvanda ailəsi birgə yaşayıra heç kimlə düşmənçilik və şəxsi ədavəti yoxdur. 2003-cü ildən hazırkı vaxta qədər Lənkəran rayonu, Sütəmurdov kənd tam orta ümumtəhsil məktəbinin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işləyir. Təsərrüfat müdiri kimi vəzifələri məktəbin texniki işçilərinin fəaliyyətinə nəzarət etmək, onlara əməyin texniki təhlükəsizlik qaydaları ilə bağlı təlimat keçmək və sairdən ibarətdir. Məktəbin direktoru Kamran Əliyev xx.xx.2025-ci il tarixdən 56 günlük, yəni xx.xx.2025-ci il tarixədək əmək məzuniyyətdə olmuşdur. Həmin müddət ərzində direktorun vəzifələrini icra etmək rəsmi qaydada ona həvalə edilmişdir. Yay tətilində müəllimlər və şagirdlər evə buraxılsa da, məktəbin texniki işçiləri öz əmək funksiyalarını icra edirlər. Tam ştat işləyən texniki işçilərin iş vaxtı saat 09.00-dan 18.00-dəkdir. Məktəbdə iyirmi nəfər texniki işçi vardır, onlardan üçü laborant, biri katibə, on üçü xadimə, biri kitabxana müdiri, ikisi isə gözətçidir. Onların hər biri gündəlik olaraq işə gələrək öz əmək funskiyalarını icra edirlər 25.08 2025ci il tarixdə saat 11.30 radələrində iş vaxtı Lənkəran rayonu, Sütəmurdov kənd tam orta ümumtəhsil məktəbinin xadiməsi Zərərçəkmiş şəxs məktəbin ikinci mərtəbəsində yerləşən sinif otaqlarından birində çilçırağın tozunu təmizləmək üçün stulun üzərinə çıxan vaxt stol ayağının altından qaçmış və Təranə yerə yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Həmin vaxt o məktəbdə olsa da hadisəni görməmiş. Bunu ona sonradan Təranənin yanında işləyən digər xadimə Rədifə Şirəliyevə bildirdi. Bundan sonra o, Təcili Yardım həkimlərinə məlumat vermişdir. Həkimlər gələrək Təranəyə ilkin tibbi yardım göstərib onu xəstəxanaya aparmışlar. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, heç kimlə düşmənçilik və şəxsi ədavəti yoxdur. Təxminən 23 ildir ki, Lənkəran rayon, Sütəmurdov kənd tam orta məktəbində xadimə işləyir. Əsas işi məktəbin ikinci mərtəbəsində sinif otaqlarını, sanitar qovşağı, dəhlizi təmizləmək və sairdən ibarətdir. Məktəbin ikinci mərtəbəsində əlavə xadimələr Rədifə Şirəliyeva və Sevil adlı şəxslər də işləyirlər. İş vaxtı həftənin beş günü (1-5) saat 08.00-dan 17.00-dəkdir. Əmək haqqını Azərbaycan Respublikası Beynəlxalq Bankına məxsus plastik kart vasitəsi ilə alıram. Gündəlik olaraq işə gedərkən və işdən çıxarkən davamiyyət jurnalına imza edir. Məktəbin direktoru Kamran Əliyev uzun müddətdir ki, həmin vəzifədə işləyir. Onunla da hər hansı bir ədavəti, qohumluğu və düşmənçliyi yoxdur xx.xx.2025-cı il tarixdə səhər saat 08.30 radələrində işə gəlmiş. Bir qədər sonra Rədifə gəlmişdir. Sevil isə əmək məzunıyətində idi. İşə gəldikdən sonra təsərrüfat müdiri Qəhrəman müəllim onlara bildirmişdir ki, sabahdan müəllimələr işə gələcəklər ikinci mərtəbəyə qalxsın və Rədifə ilə birgə işləsin. O, da ikinci mərtəbəyə qalxmış, Təranə ilə sinif otaqlarını silib süpürməyə başlamışdır. Çıxdıqdan sonra solda ən axırıncı otağı təmizləyən vaxt saat 11 radələrində o, çilçırağın tozunu almaq üçün ayağının altına stul qoymuşdur. Bu vaxt stul ayağının altından qaçmış və o, yerə yıxılmışdır. Həmin vaxt stulun tininə dəymiş və bərk ağrı hiss etmişdir. Rədifə dərhal ona yaxınlaşmış və daha sonra digər işçiləri oraya çağırmışlar. Daha sonra təcili yardıma məlumat verilmiş və həkimlər gələrək onu xəstəxnaya aparmışlar. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, X1 İXM-in 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, iş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 Publik hüquqi şəxsinin 28 abqust 2025-ci il tarixli, 645 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol lX,X qabırğaların sınığı,qarın nahiyəsində qanşır aşkar edilməmişdir.Qeyd olunana xəsarətlər bərk küt (əşyaların) təsirindən törənmiş,o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətə və şəraitdə,yəni xx.xx.2025-ci il tarixdə hündürlükdən yıxılaraq zərblə bərl küt əşyaya dəyməsi nətixəsində əmələ gələ bilərdi və sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 03 oktyabr 2025-ci il tarixli, 10/6224 nömrəli ekspert rəyindən görünür ki, Lənkəran rayonu, Rəşid Dadaşov adına Sütəmurdov kənd tam orta ümumtəhsil məktəbinin sinif otağında çilçırağın təmizlənməsi üçün təsadüfi ayaqaltının (stulun) istifadə olunması hadisənin texniki səbəbi olmuşdur.Baş vermiş hadisə ilə əlaqədar «Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları»nın 5.48 bəndinin və «Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi əsasnamə»nin 4, 6 bəndlərinin tələbləri pozulmuşdur.Lənkəran rayonu, Rəşid Dadaşov adına Sütəmurdov kənd tam orta ümumtəhsil məktəbinin sinif otağında çilçırağın təmizlənməsi zamanı təsadüfi ayaqaltının (stulun) istifadə olunmasına yol verildiyinə görə, «Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları»nın 5.48 bəndinin tələbləri həmin işin görülməsinə göstəriş və tapşırıq vermiş məktəbin təsərrüfat müdiri Şəxs tərəfindən pozulmuşdur.Zərərçəkmiş şəxs əməyin mühafizəsi qaydalarına dair təlimatlandırılıb bilikləri yoxlanılmadan işə buraxıldığına görə, «Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi əsasnamə»nin 4, 6 bəndlərinin tələbləri Lənkəran rayonu, Rəşid Dadaşov adına Sütəmurdov kənd tam orta ümumtəhsil məktəbinin vəzifə təlimatlarına görə müvafiq funksiyaları yerinə yetirməli əməkdaş(lar)ı tərəfindən pozulmuşdur (konkret şəxs(lər) araşdırılmalarla istintaq tərəfindən müəyyən edilə bilər).Zərərçəkmiş şəxs əməyin mühafizəsi qaydalarına dair təlimatlandırılmadan işə buraxıldığını və tapşırılan işin icrası ifə əlaqədaq müvafiq texniki tərkibli tədbirlərin görülmədiyini nəzərə alaraq, onun özü tərəfindən qayda və təlimatların tələblərinin pozulması halı müəyyən edilmir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış “Baxış keçirilməsi haqqında” 26 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Lənkəran rayonu, Sütəmurdov kəndi ərazisində yerləşən Lənkəran rayon, Sütəmurdov kənd tam orta ümumtəhsil məktəbinin inzibati binasıdır. Həmin inzibati bina dörd mərtəbədən ibarətdir Baxışda iştirak edən Rədifə Şirəliyeva bildirdi ki, xx.xx.2025-ci il tarixdə səhər saat 08 30 radələrində işə gəlmiş, həmin vaxt Təranə artıq işə başlamışdı. İşə gəldikdən sonra təsərrüfat müdiri Qəhrəman müəllim onlara bildirmişdi ki, sabahdan müəllimələr işə gələcəklər ikinci mərtəbəyə qalxsın və Təranə ilə birgə işləsin. O da ikinci mərtəbəyə qalxaraq Təranə ilə sinif otaqlarını silib süpürməyə başlamışlar. İkinci mərtəbəyə çıxdıqdan sonra solda ən axırıncı otağı təmizləyən vaxt saat 11.00 radələrində Təranə çilçırağın tozunu almaq üçün ayağının altına stul qoyub oraya çıxmaq istəmiş, bu vaxt stul onun ayağının altından qaçmış və Təranə yerə yıxılmışdı. O, dərhal Təranəyə yaxınlaşmış, sonuncunun vəziyyətinin yaxşı olmadığını görmüşdür. Daha sonra təsərrüfat müdiri və həmin vaxt məktəbdə olan direktora məlumat vermişdir. Təcili yardıma məlumat verilmiş və həkimlər gələrək Təranəni xəstəxanaya aparmışlar. Bundan sonra Rədifə Şirəliyeva hadisənin baş verdiyi yeri əyanı olaraq göstərdi. Həmin yer məktəbin pilləkənləri ilə ikinci mərtəbəyə qalxdıqdan sonra sol dönüb dəhlizlə getdikdə soldan ən axırıncı sinif otağıdır. Sinif otağına giriş qapısı çölə doğru açılır, qapının üzərində “Vlll-B” sözləri yazılmışdır. Otağa daxil olduqda 120 sm irəlidə aşmış vəziyyətdə stul olması müşahidə edilir. Baxışda iştirak edən Rədifə Şirəliyeva bildirdi kı, Zərərçəkmiş şəxs həmin stulun üzərinə çıxdıqdan sonra yıxılmış, həmin vaxt da o da sinif otağında olmuş və baş vermiş hadisəni görmüşdür. Baxış zamanı stulun üzərində - tavanda çilçıraq olması aşkar edildi. Stulun yerdən hündürlüyü ölçüldü və müəyyən edildi ki, yerdən stulun oturmaq üçün nəzərdə tutulmuş yerinə qədər məsafə 50 sm-dir. Sinif otağının hündürlüyü isə 3 metr təşkil edir. Bundan əlavə, sinif otağında bir ədəd lövhə, iki ədəd pəncərə, bir ədəd dolab və partaların olması da aşkar edildi. Tavanda isə ümumilikdə dörd ədəd çilçıraq vardır. Sinif otağına baxış yekunlaşdı. Daha sonra pilləkənlərlə aşağıya düşüldü, bu zaman birinci mərtəbədə pilləkənlərin aşağısında nərdivan olması aşkar edildi. Baxış zamanı digər hər hansı əhəmiyyətli bir xüsusat aşkar edilməmişdir. İXM-nin 198.3-cü maddəsinə əsasən Bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda —min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. İXM-nin 198.2-ci maddəsinə əsasən Texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmədə İXM-in 32 və 33-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 şəxsiyyətini, həmçinin məsuliyyətini ağırlaşdıran halların olmamasını, eləcə də inzibati xəta hadisəsinin baş vermə səbəbini nəzərə alaraq hesab edir ki, X4 İXM-in 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni X2 qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 128-130 və 157ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar