Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-764/2025 26.11.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: X1 iştirakı ilə, xx.xx.1967-ci il tarixdə Lənkəran rayonu, Nərimanabad qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsili, Lənkəran rayonu, Balıqçılar qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan (FİN: 02S3SNW) Şəxs barəsində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri Lənkəran Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, müəyyən etdi: Lənkəran rayonu, Balıqçı qəsəbə sakini Şəxs 22 sentyabr 2025-ci il tarixdə, saat 08:00 radələrində Dövlət sərhəd Xidməti Sahil Mühafizəsinin 1-ci (Astara) Sahil nəzarəti şöbəsinin 5-ci (balıqçılar) SNB-nin xidməti ərazisində xx.xx.2025-ci il tarixdə sərhəd sularında su-sərhədboyu rejim qaydalarını pozduğuna görə BA-521 bort nömrəli, ”Proqress-4”tipli,”Yamaha-55” mühərrikli üzmə vasitəsi ilə saxlanılmış Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 571-ci maddəsi ilə 22 sentyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasına dəvət olunmasına baxmayaraq inzibati protokolu tərtib edən şəxs və barəsində inzibati iş üzrə icraat aparılan şəxs məhkəməyə gəlməmişlər. Məhkəmə inzibati xəta haqqında işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş və məhkəmədə elan edilməklə araşdırılmış X5 izahatından görünür ki,O, DSX-i SM-si Astara SNŞ-si Balıqçılar SNB işləyir saat 14:05-də SNB-nin sağ cinahında 17-ci YK-də “ÜVR/ƏBQ” sərhəd naryadı xidmətini təşkil edərkən BA-521 bort nömrəli üzmə vasitəsi rejim sularından qayıdaraq sahilə yan aldı və tərəfimdən üzmə vasitəsinə baxış keçirildi. Üzmə vasitəsinin heyət üzvləri Lənkəran rayonu Balıqçılar qəsəbəsi sakinləri xx.xx.1971-ci il təvəllüdlü X4 (AA 3378127), və xx.xx.1967-ci il təvəllüdlü Şəxs (AZE № ********) balıq ovu ilə məşğul olmaq üçün rejim sularında təyin olunmuş mil məsafəsini keçdiklərini bildirdim və SNB-yə dəvət etdim lakin, vətəndaşlar SNB-yə gəlməkdən, izahat və iltizam verməkdən, həmçinin, barələrində tərtib olunmuş müvafiq sənədləri imzalamaqdan imtina etdilər və saat 15:00da sərhədboyu rejim qaydalarını pozduqlarına görə birtərəfli qaydada rejim pozucusu qismində sənədləşdirmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş və məhkəmədə elan edilməklə araşdırılmış X2 izahatından görünür ki, o, DSX-i SM-si Astara SNŞ-si Balıqçılar SNB işləyir 14:05-də SNB-nin sağ cinahında 17-ci YK-də “ÜVR/ƏBQ” sərhəd naryadı xidmətini təşkil edərkən BA-521 bort nömrəli üzmə vasitəsi rejim sularından qayıdaraq sahilə yan aldı və tərəfimdən üzmə vasitəsinə baxış keçirildi. Üzmə vasitəsinin heyət üzvləri Lənkəran rayonu Balıqçılar qəsəbəsi sakinləri xx.xx.1971-ci il təvəllüdlü X4 (AA 3378127), və xx.xx.1967-ci il təvəllüdlü Şəxs (AZE № ********) balıq ovu ilə məşğul olmaq üçün rejim sularında təyin olunmuş mil məsafəsini keçdiklərini bildirdim və SNB-yə dəvət etdim lakin, vətəndaşlar SNB-yə gəlməkdən, izahat və iltizam verməkdən, həmçinin, barələrində tərtib olunmuş müvafiq sənədləri imzalamaqdan imtina etdilər və saat 15:00-da sərhədboyu rejim qaydalarını pozduqlarına görə birtərəfli qaydada rejim pozucusu qismində sənədləşdirmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş və məhkəmədə elan edilməklə araşdırılmış xx.xx.2025-ci il tarixli Raportdan görünür ki, xx.xx.2025-ci tarixdə 5-ci (Balıqçılar) sahil nəzarəti bölməsinin 17-li yanalma körpüsündən rəsmiləşdirilərək rejim sularına buraxılan BA-521 bort nömrəli, proqress-4 tipli, yamaha-55 mühərrikli. 2 (iki) nəfər heyət üzvü olan üzmə vasitəsi saat 08:00- da 202 saylı sərhəd gəmisi tərəfindən sahildən 5 mil məsafədə müşahidə olunmuşdur. Sərhəd gəmisi və 5-ci (Balıqçılar) sahil nəzarəti bölməsinin qarşılıqlı əlaqəsi nəticəsində qeyd olunan üzmə vasitəsi saat 14 05-də 'ÜVR/ƏBQ" sərhəd naryadı xidmətini təşkil edən sərhəd naryadı başçısı miçman O Eminov, üzvü çavuş Q Qəribov tərəfindən 17 №-li yanalma korpusu istiqamətində sahilə yan alarkən saxlanılmış və baxış keçirilmişdir. Baxış zamanı uzmə vasitəsinin heyət üzvləri Lənkəran rayonu Balıqçılar qəsəbəsi sakinləri xx.xx.1971-ci il təvəllüdlü X4 (AA 3378127) və xx.xx.1967-ci il təvəllüdlü Şəxs (AZE № ********) təyin olunmuş məsafəni keçərək inzibati xəta törətmələri izah olunmuş və SNB-yə dəvət olunmuşdur. Lakin, vətəndaşlar SNB-yə gəlməkdən və müvafiq sənədlərə imza çəkməkdən imtina etdiklərinə görə saat 15:20-də birtərəfli akt əsasında sərhədboyu rejim pozucusu qismində sənədləşdirilmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş və məhkəmədə elan edilməklə araşdırılmış xx.xx.2025-ci il tarixli Raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 08:00 radələrində 202 saylı sərhəd gəmisi tərəfindən 5-ci (Balıqçılar) SNB-nin 17-ci yanalma körpüsündən rəsmiləşdirilərək rejim sularına buraxılan BA-521 bort nömrəli, proqress-4 tipli, yamaha-55 mühərrikli, heyət üzvü 2 (iki) nəfərdən ibarət olan üzmə vasitəsi sahildən 5 mil məsafədə müşahidə olunmuşdur. Qeyd olunan üzmə vasitəsi saat 14:05 radələrində SNB-nin 17 №-li yanalma körpüsündə “ÜVR/ƏBQ” SN xidmətini təşkil edən sərhəd naryadı miçman Orxan Eminov tərəfindən sahilə yan alarkən saxlanılmış və baxış keçirilmişdir. Baxış zamanı üzmə vasitəsinin heyət üzvləri Lənkəran rayonu Balıqçılar qəsəbəsi sakinləri xx.xx.1971 -ci il təvəllüdlü X4 (AA 3378127), xx.xx.1967-ci il təvəllüdlü Şəxs (AZE № ********) təyin olunmuş məsafəni keçərək inzibati xəta törətmələri izah olunmuş və SNB-yə dəvət olunmuşdur. Lakin, vətəndaşlar SNB-yə gəlməkdən və müvafiq sənədlərə imza çəkməkdən imtina etdiklərinə görə saat 15:00-da birtərəfli akt əsasında sərhədboyu rejim pozucusu qismində sənədləşdirilmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş və məhkəmədə elan edilməklə araşdırılmış 22 sentyabr 2025-ci il tarixli şəxsi axtarış, fiziki şəxsdə olan şeyləri yoxlamaq, şeylərin və səndlərin götürülməsi haqqında protokoldan görünür ki, X3 üzrəində onaməxsus şəxsiyyət vəsiqəsinin surəti aşkar olumuşdur. İnzibati xəta haqqında materiala əlavə edilmiş və məhkəmədə elan edilməklə araşdırılmış 22 sentyabr 2025-ci il tarixli aktdan görünür ki, AR DSX Sahil Mühafizəsinin 1ci (Astara) sahil nəzarəti şöbəsinin 5-ci (Balıqçılar) sahil nəzarəti bölməsinin rəisi v.m.i. baş leytenant Ceyhun Qaçayev, 5-ci (Balıqçılar) sahil nəzarəti bölməsinin nəzarətçisi miçman Orxan Eminov, 5-ci (Balıqçılar) sahil nəzarəti bölməsinin nəzarətçisi kiçik miçman Tapdıq Vahabov bu aktı tərtib etdik ondan ötrü ki, SNB-nin 17-ci YK-dən rəsmiləşdirilərək rejim sularına buraxılmış və təyin olunmuş mil məsafəsini keçərək inzibati xəta törətmiş BA-521 bort nömrəli üzmə vasitəsinin heyət üzvləri X4 və Şəxs heç bir səbəb gətirmədən barələrində tərtib olunmuş inzibati xəta haqqında sənədlərə imza etməkdən və izahat verməkdən imtina etmişlər. Məhkəmə inzibati xəta haqqında iş materiallarını və ona əlavə edilmiş sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, inzibati xəta törətmiş Şəxs İXM-nin 571-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də məhkəmə Şəxs həmin maddənin saksiyası çərçivəsində tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. İXM-nin 571-ci maddəsinə görə Azərbaycan Respublikasının sərhəd sularında, yəni sərhəd çaylarının, göllərin və başqa sututarların, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində balıqçılıq, ovçuluq, elmi-tədqiqat, idman gəmilərinin, motorlu və motorsuz başqa gəmilərin və digər üzən vasitələrin qeydiyyata alınması, saxlanması, onların yanalma körpülərindən dəniz və digər sututarların sularına çıxması, orada olması, üzməsi və geri qayıtması qaydalarının pozulmasına, göstərilən sularda icazə olmadan və ya belə icazə olduqda, lakin müəyyən edilmiş qaydaları pozmaqla ovçuluq (balıqçılıq), tədqiqat və axtarış fəaliyyətinin həyata keçirilməsinə görə -gəmi və ya digər üzən vasitə müsadirə edilməklə və ya edilməməklə fiziki şəxslər iki yüz əlli manatdan üç yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz əlli manatdan altı yüz əlli manatadək məbləğdə cərimə edilir. İXM-nin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını, habelə inzibati xəta haqqında icraat aparılan şəxsin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs İXM-nin 571-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati cərimə edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsi ilə təqsirli bilinsin 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-764/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-764/2025
26.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver