Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-774/2025 07.11.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi və şikayət verən şəxs X3 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin rəis müavini Pərvin Səfərəliyev tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 16/1-B-184336 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayətə baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin rəis müavini Pərvin Səfərəliyev tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 16/1-B-184336 nömrəli inzibati tənbeh vermə haqqında qərarla X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə təqsirli bilinərək 50 (əlli) manat məbləğində cərimə edilmişdir. X1 xx.xx.2025-ci il tarixdə «Mercedes» markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobillə sürət məhdudiyyəti 50 km/saat olduğu halda 73 km/saat sürətlə hərəkət etdiyi göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol verilməsi faktı üzrə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitənin Baş X8 İdarəsinin mərkəzi informasiya sisteminə ötürülmüş məlumatı əsasında X2 barəsində EQ 29275937 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmışdır. X4 həmin qərardan məhkəməyə şikayət vemişdir. Ərizəçi şikayət ərizəsində və məhkəmə iclasındakı izahatında şikayətini onunla əsaslandırmışdır ki, o, xx.xx.2025-ci il tarixdə Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsində saat 14:22 radələrində hərəkət edərkən, yolun sağ tərəfində (ƏDO Petrol ilə üzbə-üz) Baş X8 İdarəsinin Yol Patrul Xidməti Alayının 11-ci tağımın əməkdaşlarının xidməti avtomobillərində tam hərəkətsiz duraraq dayandığının şahidi olmuşdur. Təqribən 2 saat keçdikdən sonra mobil telefonuna bildiriş gələrək, M-3, E-119, AH-8 Ələt-Astara-İran yolunun 199-cu km ərazisində guya yolda müəyyən edilmiş sürət həddini 21-40 km/saat aşaraq, İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinin tələblərini pozmuşdur. Nəticə etibarı ilə inzibati tənbeh vermə haqqında qərarla tanış olarkən, aydın şəkildə qeyd edilmişdir ki, “sürət həddi 50 km/saat tələb olunan ərazidə 73 km/saat sürətlə **-NO-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz E270 CDİ minik markalı avtomobili ilə sürət həddini pozmaqla, barəsində “EQ29275937" nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar tərtib edilmişdir. xx.xx.2025-ci il tarixli “EQ29275937” nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarda inzibati xətanın baş verdiyi ərazinin düzgün qeyd olunmaması və şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının elektron qərarda düzgün yazılmaması inzibati xətanın natamam sübuta yetirilməsi hesab etdildiyindən, qərarın ləğvindən ötrü aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda Lənkəran Rayon Məhkəməsinin 3(049)-577/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə şikayəti qismən təmin olunaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 15 iyul 2025-ci il tarixli, EQ 29275937 nömrəli protokol üzrə qəbul edilmiş, inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə göndərilmişdir.Baş X8 İdarəsinənin rəis müavini Pərvin Səfərəliyev tərəfindən inzibati xəta haqqında işə yenidən baxılaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə növündə xx.xx.2025-ci il tarixli, 16/1-B-184336 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.4-cü maddəsinin tələbinə görə inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti inzibati xəta haqqında protokolda göstərilməli olduğu halda, xx.xx.2025-ci il tarixli, 16/1-B-184336 nömrəli inzibati xəta haqqında qərarda inzibati xətanın törədildiyi yer barədə ümumiyyətlə söz açılmamış və inzibati xətanın baş verdiyi əraziyə heç bir münasibət bildirilməmişdir. Bu baxımdan iddia olunan inzibati xətanın törədilmə yeri də onun üçün müəyyən deyildir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq inzibati xəta haqqında icraat aparan orqan Baş X9 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə sorğusuna baxmayaraq inzibati orqan inzibati xəta haqqında protokolun və qərarın tərtib edilməsinə əsas olmuş sübutları məhkəməyə təqdim etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsi dinləyib, həmçinin iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin rəis müavini Pərvin Səfərəliyev tərəfindən qəbul edilmiş 16/1-B-184336 nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, X3 barəsində EQ 29275937 nömrəli inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqın işin icraatına xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: EQ29275937 №-li xx.xx.2025-ci il tarixli DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib edilmiş inzibati xəta haqqında qərardan görünür ki, X4 xx.xx.2025-ci il tarixdə saat 14:22:08-də idarə etdiyi **- NO-*** qeydiyyat nişanlı, MERCEDES BENZ E270 CDİ MİNİK markalı minik avtomobil ilə inzibati xəta törətmişdir və o, AR İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 50 manat məbləğində inzibati cərimə edilmişdir(inzibati xəta hadisəsinin baş verdiyini və nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunur). X2 həmin qərardan Lənkəran Rayon Məhkəməsinə şikayət vermişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(049)-577/2025 saylı qərarından görünür ki, həmin qərarla X3 şikayəti qismən təmin edilərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin EQ29275937 №-li protokol üzrə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə göndərilməsi qərara alınmışdır. Belə ki, qanunvericilik konkret olaraq yol hərəkəti təhlükəsizliyi əleyhinə törədilmiş inzibati xətaların aşkar edilməsini videomüşahidə aparılmaqla müəyyən edilməsini, habelə vizual müşahidə nəticəsində aşkar edildikdə belə həmin halların xüsusi texniki vasitələr vasitəsi ilə inteqrasiyasını təsbit etmişdir. Məhkəmə iclasında araşdırılan şikayətdən müəyyən olunur ki, şikayət verən şəxs inzibati xətanən baş verməsi yerinin düzgün göstərilmədiyini, ona təqdim edilmiş foto və videolardakı ərazinin başqa ərazi olduğunu bildirmişdir. Məhkəmə tərəfindən iştirak edən şikayət verilən orqanın nümayəndəsinə iş üzrə sübutları təqdim etməsi təklif edilmiş, lakin sübutların məhkəməyə təqdim edilməməsi ilə yanaşı qərar qəbul edən orqanın nümayəndəsi də məhkəmədə iştirak etməmişdir. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə, yəni inzibati xətanın törədildiyi yer mübahisələndirildiyindən inzibati xətaya görə inzibati tənbeh vermə qərarının qüvvədə saxlanılması qanunvericilik baxımından da yolverilməzdir. Bu səbəbdən şikayət qismən təmin edilməlidir. EQ29275937 №-li xx.xx.2025-ci il tarixli DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib edilmiş inzibati xəta haqqında qərara əlavə edilmiş EQ seriyalı, 29275937 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X4 tərəfindən 15 iyul 2025-ci il tarixdə saat 14:22 radələrində idarə etdiyi **-NO-*** qeydiyyat nişanlı, MERCEDES markalı minik avtomobil ilə M-3, E-119, AH- 8 Ələt-Astara-İran yolunun 199-cu km ərazisində müəyyən edilmiş sürət həddini 21-40 km/saat aşaraq, yəni sürət həddi 50 km/saat tələb olunan ərazidə 73 km/saat sürətlə hərəkət idarək inzibati xəta törətmişdir. “Google Maps” internet resursunda olan xəritədən görünür ki, M-3, E-119, AH-8, Ələt-Astara-İran yolu avtomagistral yoldur. “Avtomobil yolları haqqında” Azərbaycan respublikası Qanununun 1-ci maddəsinə əsasən, avtomagistral – müəyyən məsafədə avtomobil nəqliyyatı vasitələrinin məhdudlaşdırılmayan sürətlə və maneəsiz hərəkətini təmin edən, yüksək hərəkəti buraxma qabiliyyətinə və ayırıcı zolağa malik olan, eyni səviyyədə kəsişmələri olmayan, habelə hərəkət hissəsində nəqliyyat vasitələrinin dayanması və ya durması qadağan edilmiş, hər 50 kilometrdən çox olmayan məsafədə xüsusi istirahət yerləri və dayanacaq meydançaları ilə təchiz edilmiş avtomobil yoludur. İş materiallarından, həmçinin EQ seriyalı, 29275937 nömrəli inzibati xəta haqqında protokola əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, zösügedən inzibati xətanın qeydə alındığı ərazi avtomagistral deyil, iki istiqamətli şəhər ərazisində olan avtomobil yoludur. Məhkəmə baxışı zamanı işin faktiki hallarından müəyyən edildi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin vəzifəli şəxsi tərəfindən tərtib edilmiş EQ29275937 №-li xx.xx.2025-ci il tarixli və 16/1-B-184336 nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarlarda X4 tərəfindən 15 iyul 2025-ci il tarixdə saat 14:22 radələrində idarə etdiyi **-NO-*** qeydiyyat nişanlı, MERCEDES markalı minik avtomobil ilə inzibati xəta törətməsi qeyd edilsə də o, inzibati xətanın baş verdiyi ərazinin düzgün qeyd olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Məhkəmə şikayət ərizəsini iş üzrə təqdim edilmiş sübutlar əsasında araşdıraraq müəyyən etdi ki, Baş X9 İdarəsinin vəzifəli şəxsi tərəfindən X3 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən onu sübutlarla əsaslandarmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilən hüquq normalarının ümumi məzmunundan, həmin normalarda təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin mahiyyətindən də göründüyü kimi, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Qanunvericiliyin tələblərinə əsasən şəxsin hər hansı inzibati xətanı törətmiş olması, onun əməlində inzibati xətanın tərkibinin inzibati xəta hadisəsinin mövcud olması faktı həmin şəxsin özü tərəfindən deyil, inzibati xəta haqqında protokolu tərtib etmiş və həmin inzibati xəta haqqında işə baxmaq səlahiyyəti olan orqan tərəfindən sübuta yetirilməlidir və bunu sübut etmək vəzifəsi həmin orqanın üzərinə düşür. Bu faktın sübuta yetrilməməsi isə şəxsin əməlində inzibati xəta tərkibinin ehtimal olunması əsası ilə onun inzibati məsuliyyətə cəlb edilməsi halını istisna edir. Bundan başqa, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr də onun xeyrinə həll olunur. Hazırki iş üzrə də X3 əməlində inzibati xəta tərkibinin olması faktının sübuta yetirilməsi vəzifəsi inzibati xəta haqqında protokolu tərtib etmiş və həmin inzibati xəta haqqında işə baxmaq səlahiyyəti olan orqanın üzərinə düşür. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi, inzibati xəta hadisəsinin və inzibati xəta tərkibinin yaranması ilk növbədə hüquqazidd olan, təqsirli sayılan (qəsd və ya ehtiyatsızlıq) hərəkət və ya hərəkətsizliyin mövcudluğunu özündə ehtiva edir. Azərbaycan Respublikası İXM-nin 53.1.1 və 53.1.2-ci maddələrinin məzmununa görə inzibati xəta hadisəsi olmadıqda; inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda (bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması) qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara gəlir ki, X3 şikayəti təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 8, 53, 128-137-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: X3 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin rəis müavini Pərvin Səfərəliyev tərəfindən qəbul edilmiş “İnzibati xəta haqqında iş üzrə” xx.xx.2025-ci il tarixli, 16/1-B-184336 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və X3 barəsində Baş X9 İdarəsinin əməkdaşı tərəfindən tərtib edilmiş EQ 29275937 nömrəli inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(049)-774/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-774/2025
07.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver