Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-779/2025 28.10.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 15:00 Hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X8, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs: Lənkəran Rayon Polis Şöbəsinin polis sahə rəisi polis X9 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs, Müdafəçi: Lənkəran Rayon Vəkil Bürosuda fəaliyyət göstərən vəkil X3 iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Lənkəran şəhəri Şəhidlər Xiyabanı 93-ünvanında qeydiyyatda olan və yaşayan (FİN:xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər- Rayon Polis Şöbəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər Rayon Polis Şöbəsinin 28 oktyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərardadı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün inzibati təhbeh tədbiri tətbiq olunması üçün material məhkəməyə göndərilmişdir. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin 28 oktyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, Şəxs 27 oktyabr 2025 -ci il tarixdə, saat 18:12 radələrində ünvan 2ünvanından DİN-nin 102 xidmətinə zəng edərək operatora nalayiq ifadələr işlədərək söymüş eyni zamanda şöbənin əməliyyat qurupunun əməkdaşların müqavimət göstərmişdir. Bununla da, Şəxs tərəfindən İXM-in 510 və 535.1ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş X9 göstərdi ki, Lənkəran Rayon Polis X1 Bölməsində polis sahə rəisi vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə saat 18:12 radələrində DİN-in 102 xidməti zəng mərkəzindən Lənkəran ŞRPŞ-nın növbətçi hissəsinıiLənkərn şəhəri Şəhidlər Xiyabanı küçəsi ev 93-də yaşayan Şəxs ***-***-**-** saylı telefon nömrəsindən zəng edərək operatora nalayiq ifadəlır işlədərək söyüş söyərək təhqir etmişdir. Əməliyyat qrupunun üzvləri həmin şəxsin ünvanına şikayətinin və ərizəsinin alınmasının məqsədi ilə getdiyləri zaman Şəxs yaşadığı evin həyətində sərxoş vəziyyətdə onları görüb ucadan ölkə rəhbərliyinə və polis əməkdaşlarının ünvanına söyüş söyərək təhqir etmişdir. Bu zaman xidməti otaqda olan digər polis əməkdaşları onu nizam intizama dəvət etsə də o, polis əməkdaşlarının qanuni tələbinə tabe olmamış və öz hərəkətlərini daha aqresiv formada davam etdirmişdir. Şəxs cəmiyyətə açıqca hörmətsizlik edən hərəkətlərə yol verməklə qəsdən polisin qanuni tələblərinə tabe olmayaraq inzibati xəta əməlini törətmişdir. Onun hərəkətləri yoldan keçən vətəndaşların narazılıqlarına səbəb olduğundan Şəxs sərxoşluğunun dərəcəsinin müəyyən olunması üçün polis şöbəsinə aparılmışdır. Qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 18 radələrində o evdə sprtli içkilər içmişdir. İçkili olduğu üçün polisin 102 xidmətinə zəng edərək operatorun nalayiq ifadələr işlətməklə söymüşdür. Daha sonra ona polis şöbəsində bir nəfər zəng etmiş və 102 xidmətinə niyə zəng vurmasını soruçub maraqlanmışdır, o, həmin şəxsi də söymüşdür. Bundan sonra yenə 102 xidmətinə zəng edərək nalayiq ifadələr işlətmişdir. Bir müddət sonra təqribən saat 18:30-da polis əməkdaşları yaşadığı evin həyətinə gəlmişlər və o, da onları gördükdə əsəbləşmiş onların ünvanına nalayiq ifadələr işlədərək söymüşdür. Ona izahat verməyə dəvət edəndə yenidən əsəbləşmiş, lakin daha sonra isə polis əməkdaşları ilə polis şöbəsinə getmişdir. Əməlindən peşmandır içkili olduğu üçün hərəkətlərini düzgün ifadə edə bilməmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi X7 barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində İXM-nin 535.1-ci maddəsinin inzibati xəta tərkibi olmadığını nəzərə alıb həmin hissədə icraata xitam verilməsini, İXM-nin 510-cu maddəsi ilə isə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid X5 izahatında göstərdi ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin İTB-nın polis sahə rəisi vəzifəsində xidmət edir. xx.xx.2025-ci il tarixdə saat 18:12 radələrində DİN-in 102 xidməti zəng mərkəzindən Lənkəran ŞRPŞ-nın növbətçi hissəsinı Lənkərn şəhəri Şəhidlər Xiyabanı küçəsi ev 93-də yaşayan Şəxs ***-***- **-** saylı telefon nömrəsindən zəng edərək operatora nalayiq ifadəlır işlədərək söyüş söymüşdür. Əməliyyat qrupunun tərkibində həmin şəxsin ünvanına şikayətinin və ərizəsinin alınmasının məqsədi ilə getdiyləri zaman Şəxs yaşadığı evin həyətində sərxoş vəziyyətdə onları görüb ucadan ölkə rəhbərliyinə və polis əməkdaşlarının ünvanına söyüş söyərək təhqir etmişdir. Bu zaman xidməti otaqda olan digər polis əməkdaşları onu nizam intizama dəvət etsə də, o, polis əməkdaşlarının qanuni tələbinə tabe olmamış və öz hərəkətlərini daha aqresiv formada davam etdirmişdir. Onun hərəktləri yoldan küçən vətəndaşların narazılıqlarına səbəb olduğundan Şəxs sərxoşluğunun dərəcəsinin müəyyən olunması üçün polis şöbəsinə aparılmışdır. Məhkəmə iclasında iştirak edən şahid X6 izahatında göstərdi ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin İTB-nın polis nəfəri vəzifəsində xidmət edir. xx.xx.2025-ci il tarixdə saat 18:12 radələrində DİN-in 102 xidməti zəng mərkəzindən Lənkəran ŞRPŞ-nın növbətçi hissəsinı Lənkərn şəhəri Şəhidlər Xiyabanı küçəsi ev 93-də yaşayan Şəxs ***-***- **-** saylı telefon nömrəsindən zəng edərək operatora nalayiq ifadəlır işlədərək söyüş söyərək təhqir etmişdir.Əməliyyat qrupunun tərkibində həmin şəxsin ünvanına şikayətinin və ərizəsinin alınmasının məqsədi ilə getdiyləri zaman Şəxs yaşadığı evin həyətində sərxoş vəziyyətdə onları görüb ucadan ölkə rəhbərliyinə və polis əməkdaşlarının ünvanına söyüş söyərək təhqir etmişdir.Bu zaman xidməti otaqda olan digər polis əməkdaşları onu nizam intizama dəvət etsədə o,polis əməkdaşlarının qanuni tələbinə tabe olmamış və öz hərəkətlərini daha aqresiv formada davam etdirmişdir. Onun hərəktləri yoldan küçən vətəndaşların narazılıqlarına səbəb olduğundan Şəxs sərxoşluğunun dərəcəsinin müəyyən olunması üçün polis şöbəsinə aparılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 01 oktyabr 2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci tarixdə saat 10:00 radələrində Lənkəran şəhər Ü.Hacıbəyov küçəsi döngə 2, ev 7-də qeydiyytda olmaqla yaşayan Şəxs barəsində araşdırma materialı ilə əlaqədar Lənkəran ŞRPŞ-nin 306 nömrəli xidməti otağında olan zaman qarşı tərəf X2 ünvanına ardıcıl formada davamedici şəkildə söyərək ictimai qaydanı kobud şəkildə pozmuşdur. Bu zaman xidməti otaqda olan digər polis əməkdaşları onu nizam intizama dəvət etsədə o,polis əməkdaşlarının qanuni tələbinə tabe olmamış və öz hərəkətlərini daha aqresiv formada davam etdirmişdir. Sonrada məlum olmuşdur ki, Şəxs əvvəllər də tanışı X4 qarşı analoji hərəkətlərə yol vermişdir. Şəxs cəmiyyətə açıqca hörmətsizlik edən hərəkətlərə yol verməklə qəsdən polisin qanuni tələblərinə tabe olmayaraq inzibati xəta əməlini törətmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Lənkəran Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Daxili İşlər Nazirliyin Vahid Məlumat- Axtarış Sistemindən (VMAS) sorğu aparılmış nəticədə Şəxs heç bir növ pensiya və müavinət almadığı müəyyən olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Lənkəran Şəhər Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Lənkəran şəhər Şəhidlər Xiyabanı ev 93-də qeydiyytda olmaqla yaşayan Şəxs barəsində Lənkəran Şəhər Polis Şöbəsinin Növbətçi hissəsində yığılan inzibati kartotektasında son bir il ərzində heç bir məlumat daxil olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Lənkəran Şəhər Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli Hacıəli Əhədzadə tərəfindən Lənkəran ŞRPŞ-nın rəisi polis palkovniki Azər Cahngirova ünvanlanmış Raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 18:12 radələrində DİN-in 102 xidməti zəng mərkəzindən Lənkəran ŞRPŞ-nın növbətçi hissəsinı Lənkərn şəhəri Şəhidlər Xiyabanı küçəsi ev 93-də yaşayan Şəxs ***-***- **-** saylı telefon nömrəsindən zəng edərək operatora nalayiq ifadəlır işlədərək söyüş söyərək təhqir etmişdir.Əməliyyat qrupunun tərkibində həmin şəxsin ünvanına şikayətinin və ərizəsinin alınmasının məqsədi ilə getdiyləri zaman Şəxs yaşadığı evin həyətində sərxoş vəziyyətdə onları görüb ucadan ölkə rəhbərliyinə və polis əməkdaşlarının ünvanına söyüş söyərək təhqir etmişdir. Bu zaman xidməti otaqda olan digər polis əməkdaşları onu nizam intizama dəvət etsədə o,polis əməkdaşlarının qanuni tələbinə tabe olmamış və öz hərəkətlərini daha aqresiv formada davam etdirmişdir. Şəxs cəmiyyətə açıqca hörmətsizlik edən hərəkətlərə yol verməklə qəsdən polisin qanuni tələblərinə tabe olmayaraq inzibati xəta əməlini törətmişdir.Onun hərəktləri yoldan küçən vətəndaşların narazılıqlarına səbəb olduğundan Şəxs sərxoşluğunun dərəcəsinin müəyyən olunması üçün polis şöbəsinə aparılmışdır. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış 27 oktyabr 2025-ci il tarixli, 001746 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinədən görünür ki, Şəxs 0,97 promil şərxoşluq vəziyyəti aşkar edilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış video diskdən müəyyən olunur ki, Şəxs 102- xidmətinə zəng edərək operatoru, polis orqanı və ölkə rəhbərliyinin ünvanına söyüş söyərək təhqir etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmışdır. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, .......cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi (köhnə redaksiyada) ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2025-ci il tarixd, saat 18.30 radələrində ünvan 2ünvanında ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək nalayiq ifadələr, həmçinin söyüşlər işlətmiş, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq nümayiş etdirmiş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verməklə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Həmin hal polis əməkdaşlarının izahatları ilə tam təsdiq olunmuşdur. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində həmçinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin də olması barədə nəticəyə gəlməyə əsas verir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-nin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyəti yüngülləşdirən hal müəyyən edilməmişdir. İXM-nin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İXM-nin 3, 4, 6.1, 9.1, 12.1 və 21-ci maddələrinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, işin faktiki hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 31.4, 34.3, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1, 510 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən barəsində 1 ay (bir) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbs müddətinin əvvəli 28 oktyabr 2025-ci il tarixdən, saat 15:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-779/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-779/2025
28.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver