Məhkəmə qərarları › İş №3(049)-780/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-780/2025

28.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-780/2025 28.10.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X1 sahə rəisi, polis leytenantı X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1969-cı il tarixdə Cəlilabad rayonunda doğulmuş, ünvan 1 ünvanda yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, təqaüdçü Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X1 sahə rəisi, polis leytenantı X9 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən, o cümlədən Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısının «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 15 oktyabr 2025-ci il tarixli qərarından görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 13 radələrində ünvan 2 ünvanında qeydiyyatda olan qonşusu Zərərçəkmiş şəxs yumruq ilə üzünə müxtəlif nahiyələrinə zərbələr vurub, onu döyərək xəsarət yetirmişdir. Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X1 sahə rəisi, polis leytenantı X9 məhkəmə iclasında protokolun məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi təhqiqatda aparılan araşdırma zamanı zərərçəkmişin izahatı, tibbi ekspertizanın rəyi və digər sübutlarla sübuta yetirilmişdir və onun inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 13 radələrində ünvan 2 ünvanında qeydiyyatda olan qonşusu Zərərçəkmiş şəxs və onun oğlunun qonşusı olan Qalib Yunisovu döyduyuni görmuşdir. O, da həyətə düşmüşdür. Zərərçəkmiş şəxs onun və ailəsinin ünvanına məhkəmə iclasında ifadə edə bilmədiyi nalayiq söyüş söymüşdür. O, da bundan hiddətlənərək, Mehdinin üzünə 2-3 dəfə tüpürmüşdür. Lakin Mehdini vurmamışdır. Barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Lənkəran şəhərində yaşayır. Uzun illər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışmışdır. Təqaüdə ayrıldıqdan sonra mənzil tikintisi sahəsində fəaliyyət göstərməyə başlamışdır. Mənzil tikintisi sahəsində həmkarlıq etdiyi “Cənub MTK”-nin sədr müavini X5 ilə aralarında Lənkəran şəhəri Şəhidlər Xiyabanı 46/20A ünvanına notarial çıxarışların məhkəmədə mübahisələndirilməsinə görə bir neçə ildir ki, aralarında mübahisə yaranmışdır. Lənkəran şəhəri Ş.Xiyabanı 46\20A ünvanında yerləşən torpaq sahəsi rəsmi çıxarış ilə ona məxsusdur. Tərəflər arasında hazırda bir neçə fərqli yerdə məhkəmə prosesi davam edir. X2 “Cənub MTK”-nin sədr müavini olaraq qaravulçu olaraq işə aldığı Şəxs da ona özünə məxsus torpaq sahəsi üzərində tikinti-təmir işləri aparmağa mane yaradır. Sonuncu dəfə xx.xx.2025-ci il tarixində öz torpaq sahəsində kanalizasiya sisteminin çəkliməsi üçün tikinti texnikası cəlb edilmişdir. Saat 13 radələrində həmin ərazidə qaravulçu olaraq çalışan Şəxs ilk öncə ona yaxınlaşaraq onu təhqir etmiş və burada qazıntı işlərini aparmağa icazə verməyəcəyini demişdir. Daha sonra isə ona və oğlu X3 hücum etmişdir. Şəxs ona bir neçə yumruq zərbəsi endirmişdir. Bu hadisədən sonra o, 102 Polis xidmətinə müraciət etmişdir. Şəxs inzibati həbs növündə cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən X10 bildirdi ki, 25 sentyabr 2025-ci il tarixdə Şəxslə Zərərçəkmiş şəxs arasında Lənkəran şəhərində yaşadıqları evin həyətində mübahisə olmuşdur. O, görmə məhdudiyyətli əlil olduğundan Muxtarın Mehdiyə zərbə vurduğunu görməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X4 bildirdi ki, Zərərçəkmiş şəxs onun atasıdır. 25 sentyabr 2025-ci il tarixdə Şəxslə atası Zərərçəkmiş şəxs arasında Lənkəran şəhərində yaşadıqları evin həyətində mübahisə olmuşdur. Mübahisə zamanı Muxtar onun atasına üz nahiyəsindən bir neçə yumruq zərbəsi vurmuşdur. “Sağlamlığa zərər vurmanın təyininə dair” Lənkəran rayonlararası MTE və PA zona mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli 748 №-li ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, Zərərçəkmiş şəxs qızının bədəni üzərində - sağ qulaqltı, döş qəfəsi nahiyəsində sıyrıq, aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt eşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən bir gün əvvələ uyğun gəİir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. İş materiallarına əlavə edilmiş Lənkəran ŞRPŞ-nin TB-nin baş təhqiqatçısı, polis leylenantı X11 tərəfindən qəbul edilmiş 15 oktyabr 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın təsviri əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 13 radələrində ünvan 2 ünvanında qeydiyyatda olan qonşusunu döyub Zərərçəkmiş şəxs DİN-nin 102 xidmətinə məlumat verərək, xx.xx.2025-ci il tarixdə saat 13 radələrində Şəxs onu döyərək xəsarət yetirməsini bildirmiş və onun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhmə iclasında baxış keçirilməklə tədqiq edilən CD diskdə olan video görüntülərdən müəyyən edilmişdir ki, həyətdə bir neçə şəxs arasında mübahisə yaranıb. Mübahisə zamanı əynində qırmızı köynək olan kişi cinsli şəxs əynində qara gödəkçə geyinmiş şəxsin üz nahiyəsinə bir neçə yumruq zərbəsi vurur. Video çəkilişə baxış zamanı Şəxs izahatında əynində qırmızı köynək geyinmiş şəxsin özü olduğunu, qara gödəkçə geyinmiş şəxsin də Zərərçəkmiş şəxs olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs da eyni halları təsdiq etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini özü etiraf etməsə də, onun əməli zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, inzibati xəta haqqında protokol, ekspert rəyi, videoçəkiliş və habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Beləliklə, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı tam sübuta yetirilmiş sayılmalı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə zərərçəkmiş şəxs arasında barışıq olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin maddə ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Şəxs yaşlı insan olduğu məhkəmə tərəfindən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs şəxsiyyətini və törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş cərimə edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar