Məhkəmə qərarları › İş №3(049)-784/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-784/2025

28.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-784/2025 28.10.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi X1- "xxxx" ASC-i barəsində Azərbaycan Respublikası İXM-nin 266.2 və 271-ci maddələrinə əsasən ETSN 1 saylı Regionalı Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq m ü ə y y ə n e t d i m: ETSN 1 saylı Regionalı Ekologiya və Təbii Sərvətlər İdarəsindən "xxxx" ASC-i barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran rayon Məhkəməsinə göndərilmidir. Materialı araşdıraraq hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsinə əsasən rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin aidiyyəti müəyyən edilmişdir. İXM-nin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələri tərəfindən bu Məcəllənin bir sıra maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxılması qeyd edilmişdir. Həmin maddələrin sırasında İXM-nin 266.2 və 271-ci maddələri yoxdur. Qeyd edilməlidir ki, məhkəmə qeyd olunan maddələrlə inzibati xəta haqqında protokola o vaxt baxa bilər ki, cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsaslar olsun. Belə ki, İXM-nin 43.3-cü maddəsinə əsasən Bu Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. Lakin İXM-nin 266.2 və 271-ci maddələrinin sanksiyalarında cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh nəzərdə tutulmamışdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Prezdentinin Fərmanının 5.11-ci bəndinə əsasən həmin Məcəllənin 228, 230, 234, 236 - 242, 243.0.2, 243.0.3, 243.0.5, 243.0.6, 243.0.8, 243.0.9, 244 (meşə fondu torpaqlarına aid hissəsində), 253, 253-1.2 - 253-1.4, 254 - 261, 266.1 (bu Fərmanın 5.11-1-ci bəndi nəzərə alınmaqla), 266.2, 266.5–266.13, 269, 271, 273, 275.1 – 275.3, 291, 292 (balıq və su bioresursları istisna olmaqla) və 541-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi baxır. Göründüyü kimi ETSN 1 saylı Regionalı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilərkən yuxarıda göstərilən qanunvericiliyinin tələblərinə riayət edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərar qəbul edilir. Beləliklə iş materiallarını tam şəkildə araşdırıb belə qənaətə gəlirəm ki, məhkəməyə göndərilmiş inzibati xəta haqqında material qanunvericiliyin tələblərinə riayət edilmədən göndərilmişdir və geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı və 114.3-cü maddələrini rəhbər tutaraq, qəraraaldım: "xxxx" ASC-i barəsində barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında material ETSN 1 saylı Regionalı Ekologiya və Təbii Sərvətlər İdarəsinə geri qaytarılsın. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar